Axtarış

Proqramlar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Proqramlar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

16 Nisan 2013 Salı

MS Word 2007 Dərs 1

Salam. Bu gün MS Word 2007 dərslərinə başlayırıq. Ən əvvəl baxaq özü MS Word 2007 nə proqramıdır və nədə istifadə edilir.

MS Word 2007 MS Officenin ən çox istifadə edilən tətbiqi proqramlardan biridir.Bu proqram vasitəsilə mətnlər redaktə olunur,formatlaşdırılır
Yəni mətn redaktoru dedikdə nəyi nəzərdə tuturam NotePad, WorldPad kimi MS Word 2007 proqramıda mətn redaktorudur.
İndi isə keçək MS Word 2007 fayl açmaq qaydası, redaktə və faylı yadda saxlamaq qaydasına
1. Start düyməsinə basırıq.
2. MS Word 2007 düyməsinin üzərinə bir dəfə sıxırıq. Bu əgər sizin istifadə panelindədirsə belə edirik.Əgər belə deyilsə VSE PROQRAMS yazılan yazılan yerə tıklayaraq MS Offceni axtarırıq və burdan MS Word 2007 seçirik.
3. Sonra isə biz  MS Word 2007 faylının açıldığını görürük.
Bu faylda istədiyimiz yazıları yazırıq və gəlirik yaddaşda saxlamağa bunun üçün File menyusundan Save as düyməsini vururuq və açılan pəncərədə biz fayla ad veririk və faylın tipini seçirik. daha sonra save edərək.Faylımızı yaddaşda saxlayırıq.
Bu qədər nə suallaarınız olsa müraciət edin və suallarınızı verin.

Növbəti dərslərdə görüşənədək.

Proqramlaşdırma

Bu gün Proqramlaşdırma dilləri haqqında danışacağıq
Proqramlaşdırmada istifadə edilən dillər aşağıdakılardır:
1.HTML
2.PHP
3.C++
4.Java Script
Bu dillər vasitəsi ilə saytlar,bloglar daha maraqlı və rəngarəng olur. İstifadəçilər daima bu bloglardan ,saytlardan və proqramlardan istifadə etmək marağı olur.
Bəs bu dilləri necə öyrənmək olar.
Necə təcrübə qazanmaq olar.
Kompyuterimizdə olan NotePad,Bloknot və Tekstnovot Document proqramlarının köməyi ilə və ya offline işləyən bir blog açaraq burda öyrəndiyimiz bu dillərdən istifadə edə bilərik.
Kim bu dilləri öyrənmək istəyirsə  bu xəbəri oxusun və pulsuz dərslərdən istifadə etsin.

13 Nisan 2013 Cumartesi

Windows 7 Temanı dəyişmək.

Salam. Win7 də temanı dəyişmək üçün nə etmək lazımdır.
Aşağıdakıları bir-bir edərək temanı dəyişə bilərsiniz.
1. Boş yerə siçanın sol düyməsini sıxın
2.Qarşınıza çıxan pəncərədə "Personalize" adlı yazı gələcək (Adətən,ən sonuncu) .həmin yazını tıklayın
3. Sonra gələn pəncərədə sizə nümunə temalar göstərilib, birini seçin və həmin pəncərəni bağlayıb 4. 2 dəfə obnovit edin.

11 Nisan 2013 Perşembe

Microsoft Office Word 2003 Fayl açmaq və yaddaşda saxlamaq - I Dərs

İndi biz Ofis Proqramları arasında ən çox istifadə edilən  Word fayl açmaq və onu yaddaşda saxlamağı öyrənəcəyik. Çalışacam ki, həm rus dilli kompyuterlər üçün ,həm də ingilis dilli kompyuterlər üçün yazım
İlk adımımız kompyuteri 3 dəfə obnovit (Refresh) edirik. Daha sonra kompyuterdə mausun sol düyəməsini sıxaraq Sozdat (New) və Document Microsoft Word-ü seçirik. Burda Pəncərəmizdə yeni bir .doc formatında bir fayl açıldı. Biz onun üstünə 2 dəfə sıxaraq daxil oluruq. İstədiyimiz qeydləri apardıqdan sonra File (Fayl) menyusundan "Soxranit kak" (Save as) əmrini veririk. Burda xəbərdarlıq paneli qarşımıza çıxır. Orda biz faylımıza istənilən ad,faylımızın tipini və hara yerləşdirəcəyimizi haqqında informasiyanı kompyuterə veririk. Artıq biz .doc faylını yaratdıq və üzərində bəzi yazılar yazaraq onu yaddaşa saxladıq.
Əgər biz həmin faylın üstündə bəzi dəyişikliklər aparmaq istəyiriksə onda Həmin faylın üstündə 2 dəfə sıxırıq və açılan faylda dəyişiklikləri edirik və fayl menyusundan Soxranit ( Save) əmrini seçirik və faylımıza etdiyimiz dəyişiklikləri qeydə aldıq.
Növbəti dərslərimizdə görüşənədək.

8 Nisan 2013 Pazartesi

Microsoft Office 2003 proqramları ailəsi

Microsoft Office ailəsindən olan ofis proqramları ən çox istifadə edilən proqramlar sırasındadır. İndi isə həmin proqramları bir -bir hansı əməliyyatları yerinə yetirdiyini öyrənək.Onu da deyim ki, həmin proqramların xüsusiyyətləri ayrıca mövzularda olacaq.
1. Microsoft Office Word 2003- Bu proqram vasitəsi ilə müxtəlif mətnlər redaktə və formatlaşdırılır.
2.Microsoft Office Excel 2003 - Bu proqram vasitəsi ilə Cədvəllər qurulur.Həmin proqramdan Mühasibat və maliyyə işində də istifadə edilir.
3.Microsoft Office Access 2003 - Bu proqramla Verilənlər bazası yaradılır.
4.Microsoft Office Pover Point 2003- Müxtəlis slaydlar,Təqdimatlar,Prezentasiyalar bu proqram vasitəsi ilə yaradılır.
5.Microsoft Office Publisher 2003- Bu proqram vasitəsi ilə Saytların və bukletlərin,rezetkalarıViza kartlarının modelləri yaradılır.

Windows 7 əməliyyat sistemi - Hesabın idarə edilməsi

Bu gün Vin7-də hesabın yaradılması ,parolun qoyulması və hesabın silinməsini öyrənəcəyik. Siz oxuculardan istəyim bunları oxuduqca bir bir etmək.
Burda sözlər əsasən rus dilində olan Vin 7 proqramları üçündür və o sözlərin oxunuşunu yazmışam.

  1. Start.
  2. Panel Upravleniya
  3. Uçetnie Zapisi Polzovateley
  4. Upravleniya druqoy uçetniyu zapisı
  5. Sozdaniya Uçetnoy Zapisı
  6. Açılan yeni səhifədə biz boş xana görürük. Yeniyaradacağımız bir hesab adını qeyd edirik. (Məsələn sizin adınız)
  7. Sizə iki yolu deyir istifadəçi(Abiçnıy) və ya adminstrasiya hesabı.
  8. Hansını istəyirsinizsə seçirik və “ Sozdaniya Uçetniya Zapisı” düyməsini sıxırıq.
  9. Bu zaman yeni pəncərədə 3 istifadəçi görəcəksiniz. Biridə sizin adınız olacaq. Adınızın üzərinə tıklayın və gözləyin
  10. Açılan yeni pəncərədə siz müxtəlif əməliyyatlar apara bilərsiniz. Qısaca.
10.2.  “Sozdaniya Parolya” üzərinə tıklayırıq və gözləyirik
10.3.  Açılan pəncərədə biz parolu yazırıq və təkrar yazırıq və alta olan “ Sozdaniya Parolya” düyməni sıxırq..
Bu qədər artıq biz Kompyuterə kod qoymağı öyrəndik.
 Biz əgər yaradılmış hesabın şəklini dəyişmək istəyirk sə,"İzmentit risnok" adlanan düyməni sıxın.

Bu məqalə sizi necə qane etdi.
A)    Yaxşı
B)    Orta
C)    Pis
D)    Daha yaxşı ola bilərdi.

Windows NT- nəsilləri


Kompyuterlərin əməliyyat sistemləri arasında son zamanlar, daha doğrusu XXI əsrdə məşhur olan Windows NT əməliyyat sisteminin nəsilləri haqqında danışacam.
Bu məqaləni qısa yazacam. Nəsillərin üzvlərini və yaranma tarixini yazacam. Daha sonra hər birini ətraflı olaraq sizə yazacam.Windows NT üzvləri:
1.Windows NT 3.1 - 1993
2. Windows NT3.5 - 1994
3.Windows NT 3.51 - 1995
4.Windows NT 4.0 - 1996
5.Windows 2000 - 2000 (Windows NT 5.0)
6.Windows XP - 2001 (Windows NT 5.1)
7.Windows XP 64-bit Edition - 2006 (Windows NT 5.2)
8.Windows Server 2003 - 2003 (Windows NT 5.2)
9.Windows Vista - 2006 -(Windows NT 6.0)
10.Windows Home Server  - 2007 (Windows NT 5.2)
11.Windows Server 2008  - 2008 (Windows NT 6.0)
12.Windows Small Business Server  - 2008 (Windows NT 6.0)
13.Windows 7 - 2009  (Windows NT 6.1 )
14.Windows Server 2008 R2  - 2009 (Windows NT 6.1)

7 Nisan 2013 Pazar

Windows XP - Əməliyyat Sistemi


Microsoftun kompyuterlərin və noutbuklar üçün yaratmış olduğu bir 34-bit və 64 bitlik əməliyyat sistemi. Windows XP,Windows 2000 və  Windows ME əməliyyat sistemlərinin varisidir.  Bu əməliyyat sisteminin yaddaşı 256 MBayt,Prosessorun tezliyi 600 MHS –dən aşağı olmamalıdır. Əməliyyat sistemi əsasən zəif kompyuterlərdə işləyir və yüklənir.
Windows XP –də minium yaddaş (RAM) 64 Mbayt-dan,disk yaddaşı 1 Qbat –dan az olmamalıdır. RAM-ın 128 Mbayt-dan çox olması tövsiyə olunandır. Windows XP əməliyyat sisteminin bir neçə növü daha var:
  1. Windows XP Professional Edition
  2. Windows XP Home Edition
  3. Windows XP Tablet PC Edition
  4. Windows XP Media Center Edition
  5. Windows XP Embedded
  6. Windows Embedded  for Point of Service
  7. Windows XP Professional x64 Edition
  8. Windows XP 64-bit Edition
  9. Windows XP Edition N
  10. Windows XP Strater Edition
Microsoft tez-tez Windows XP kömək edəcək Service Packslar yaradır . Onların yaradılma ardıcıllığı:
Services Packs 1 geniş imkanlı sistem olaraq 9 sentyabr 2002-ci ildə yaradıldı.
Services Packs 2 daha geniş imkanları və Wi-Fi əlavə olunaraq 6 avqust 2004 tarixində yaradıldı.
Services Packs 3 Services Packsın daha geniş imkanlısı olaraq 2007-ci ildə yaradıldı.

5 Nisan 2013 Cuma

Alqoritmlər

Bu günkü yazımız gördüyünüz kimi, Alqoritmlər ,Alqoritmlərin necə təsvir etmək olar, Alqoritmlərin nöövləri haqqında olacaq.
Alqoritmlər - qabağımızda olan sualları,məsələləri həll etmək üçün əməliyyatlar sistemidir.Hesablama maşınlarınları əsasən proqramlarla idarə olunur.Yəni istənilən tapşırıq proqram vasitəsi ilə həll olunur.

Alqoritmlərlər 4 üsulla təsvir olunur.
1. Mətn şəklində
2. Qrafiklər şəklində
3.Cədvəllər vasitəsilə
4. Proqramlar vasitəsi ilə.

İndi isə bu üsulları izah edək:
1.Mətn şəklində -Bu üsul ilə məsələ mətnlər,sözlər vasitəsi ilə həll edilir. Məsələn, Kartofu sözlərimizlə necə ifadə edərik. Bax bu üsulla məsələ həll olunur. Kompyuterlərdə bu üsul ən çox Office Word və World proqramlarından istifadə edilir.
2.Qrafiklər şəklində - Əsasən tapşırıqları həll edərkən,həmin tapşırığa uyğun qrafiklər qurulur.Bu üsulla daha rahat tapşırıq başa düşmək mümkün olur və həlli asanlaşır.
3. Cədvəllər şəklində - Verilən tapşırığı əll etmək üçün az-çox Cədvəllərə ehtiyac duyulur. Alqoritmlərin ən çox təsvir edən üsullardan biridir. Bu üsuldan Mühasibat işində,Maliyyə işində istifadə daha çox olunur.
4. Proqramlar vasitəsilə - Qarşımıza çıxan məsələləri həll etmək üçün proqralardan da istifadə edilir. Bu üsul daha çox Proqramistlər məşğul olur. Ümumiyyətlə, Alqoritmlərin bu dörd üsulun hər biri öz istifadə aralığı çox yüksəkdir.

Alqoritmlərin üç tipi mövcuddur:
1. Xətti Alqoritmlər - sadə hesablama prosesi ifadə edən və ardıcıllıqlı əmaliyyatlardan istifadə edilən və yazılı alqoritm tipi.
2. Budaqlanan Alqoritmlər- Tərkibi müəyyən miqdarda məntiq mərhələsi əks etdirən alqoritm tipi. Yəni verilən tapşırığın həllind bir neçə şərt verilir və bu şərtlərdən heç olmasa biri ödənməliir. 
3. Dövri Alqoritmlər - təkrar olunan alqoritm qrupu. Dövri Alqoritmlər özləri 2 yerə bölünür: Sadə və mürəkkəb. Sadə alqoritm tipinin bir dövri olur. Mürəkkəb alqoritm tipinin isə çoxlu sayda. 

Kompyuterlərdə ən çox istifadə edilən bir sistem ALQORİTMLƏR haqqında olan məqaləmiz hələlik bu qədər. Növbəti yazılarımızı qaçırmayın.

"Şərh yazmağı unutmayın."