Axtarış

13 Nisan 2013 Cumartesi

İnternetdən pul qazanmaq dərsləri - II

Salam. Bu dərsimizi oxumaqdan əvvəl Birinci dərsimizi oxumağı məsləhət görürəm.
Niyə? çünki onu oxumadan bu dərsi başa düşməyəcəksiniz dərsin məğzi nədir !!!
    Keçək dərsə
 Bu günkü dərsi oxuyan oxucularımız aşağıdakiları biləcəklər;
1. Tıkla qazan metodundan biri olan Anket doldurmaqla qazan?
2. Anket doldurmaqla pul qazanmaq mümkündürmü?
3.Azərbaycanda anket doldurmaqla pul qazanmaq olurmu?
4. Bu üsulla qazananlar varmı?
5. Pul necə ödənilir?
6. Mənfi və müsbət cəhətləri

İndi keçək bunların izahına

 Anket doldurmaqla pul qazanmaq- İnternetdə internetdən pul qazanmaq adı ilə axtarış zamanı qarşımıza çıxan saytlardan biridə anket saytlarıdır ki, bu saytlardan qeydiyyatdan keçirsiniz və sizə günə 1 anket gəlir.Onu dolduraraq sizə 0.1 USD ilə 2 USD arasında və "nop" adlı sayt pullarını verəcəyini deyir.  İstifadəçi qeydiyyatdan keçir və başlayır anketləri doldurmağa. Müəyyən müddətdən sonra ya hesabın bloklanır və ya da siz bezərək saytdan uzaqlaşırsınız.beləliklə yenə də vaxt itkisi ilə üzləşirsiniz.
 Məsələn,mən napolyon.com saytına qeydiyyatdan keçmişdim , bir neçə gün anket doldurdum və bir problem çıxdı. Hesabıma daxil ola bilmirdim. Adminstrasiyaya və Referreri olduğum insana mesajla müraciət etdim.Heç birindən cavab gəlmədi və məndə o saytdan və "Anket doldurmaqla pul qazanmaq" üsulundan imtina etdim . O vaxta gədər mənim 1 ayım itdi,yəni 1 ay vaxt itkisi ilə qarşılaşdım.
Başqa şəxslərlə də danışırdım ,bu işdə I olan şəxslərlə. Onlardan yararlı məsləhətlər aldıqdan sonra mən uzaqlaşdım
Bəs Anket doldurmaqla Azərbaycanda pul qazanmaq mümkündürmü?
Xeyr.Mümkün deyil. Bəs niyə mümkün deyil?
I, Çünki Azərbaycanda belə bir sistem yoxdu və bu sistem olan saytlarda Azərbaycan adı yoxdu. Əziz oxucular heç vaxt saytda Azərbaycan adı olmadığı halda başqa ölkə adı ilə qeydiyyatdan keçməyin. Çünki, bu zaman sayt hansı ölkəyə məxsusdursa. Həmin ölkə "Dolandırmaq" adı ilə sizi məhkəməyə verə bilər.
I, Bu sistemdə pulu PayPal ilə verilir. Bu kartlarda Azərbaycanda işləmir.
III.    Azərbaycanda bu sistem sınanmış və Mənim kimiləri bu sistemə vaxtında yox demişdir.

Bu üsulla pul qazananlar varmı bəs?
Bəli var. Onlarda İLKLƏR-dir. Çünki onların sayəsində milyonlarca insan bu saytlara qeydiyyatdan keçirlər.
Onlar haqqında məqaləmiz olacaq.

Pul necə ödənilir?
Dediyim kimi, Ya PayPal ilə ya da Payza ilə ödənilir.
Mənfi cəhəti?
odur ki, 1. Vaxt itkisi və sağlamlığını itirmək problemi
Müsbət cəhəti ?
Hər bir itki bir qazancdır. Çünki vaxtını itirərə sən nəsə öyrənirsən.Məsələn mən Napolyonda vaxtımı itirdim,əvəzində belə saytların əsas niyyətini öyrəndim.
Əsas niyyət bu saytda anketləri verənlər, hansısa bir işi sizi aldatmaqla sizə gördürür və özü qazanc 
əldə edir.

Bu qədər növbəti dərslərimizi oxumağa davam edin.

12 Nisan 2013 Cuma

Internetdən pul qazanmaq dərsləri - I

Bu yazımı İnternetdən pul qazanmaq, Kompyuterin köməyi ilə pul qazanmaq istəyənlər üçün yazmışam. Əgər sizində belə bir marağınız varsa buyurun oxuyun.

İnternetdən pul qazanmaq İlk kompyuter yaradılanda insanlar heç düşünmürdülər ki, bir gün İstifadəçilər internetdən gündə minlərcə dollar pul qazanacaq. Bəli minlərcə və hətda milyonlarca.
Bu mümkündür. İnsanlar internetdən pul qazanmaq diyə yazdıqlarında qarşılarına 0.33 saniyəyə  65900 qədər sayt gəlir. Buda səbəbsiz deyil.Çünki hal-hazırda belə qazananlar çoxdur. Azərbaycanda da çoxdur, ancaq bir o qədər deyil.

Bəs internetdən pul qazanmaq adı altında etdiyimiz axtarışda qarşımıza nə cür saytlar çıxır. Onların məqsədləri nədir?
İnternetdən pul qazanmaq mövzusu altında məqalələr yazan və bloggürlərin əsas məqsədi ŞƏBƏKƏ yığmaqdır !!!
Bəs bu nədir? Bu İnternetdən pul qazanmağın yollarından biridir. İnternetdən üç əsas yolla pul qazanmaq mümkündür.
  1. Tıkla Qazan - Reklam izlə, Anket doldur,Online Tərcümə işi
  2. İşlə qazan -  Online Reklam Agentliyi,Saytdan qazan, Google Adsense ilə qazan və s.
  3. Şəbəkə Marketinqi  - CPA,Afflicate Marketinq, MLM, Online MArketinq, Şəbəkə Biznesi,Şəbəkə Marketinqi kimi bir-birinə oxşar anlayışları  özündə birləşdirən bir üsul.
İndi biz qısa olaraq Tıkla qazan saytları və onların qazanc mənbəyi ,nə məqsədlə onlar 60 saniyəyə və ondan daha çox vaxta görə pul ödəyir və nə qədər? suallarına cavab tapacayıq və suallarınız olsa aşağıdan yaza bilərsiniz.

Tıkla qazan diyən saytlar əsasən sizdən reklam etdiyi şirkətlərin,müəsisələrin və s. veb səhifələrinə daxil olaraq onu izləməyinizi təşkil edir və onlardan pul götürür.
Siz bir reklamı ən azı 1 dəqiqə izləyirsiz və hesabınıza 0.001 USD-dan tutmuş 0.1 USD kimi pul verirlər.
Limit olaraq 10 və ya 100 USD olduqda sizə pulu götürməyə icazə verirlər.
Onların qazancı sizdən çox olur.
Tıkla qazan gərçəkləri
Siz tıklayaraq və vaxtınızı sərf edərək reklamlar izləyirsiniz və pulunuz 10 USD və ya 100 USD çatdıqda sizə bir mesaj gəlir

Siz saytımızın a.b.s qaydasını pozduğunuza görə sizin məbləğ silinir

o qədər zəhət oldu heçnə.
Budur tıkla qazan gərçəkləri . Sizin kimi, internetdən pul qazanmağa başlayanlar belə bir yalana aldanaraq və bəziləri tərəfindən aldadılaraq vaxtınızı itirirsiniz.
Düzdür qazananlar var. Bəs onlar kimlərdir? Həmin saytlar təzə açılan vaxtda qeydiyyatdan keçən istifadəçilər.Niyə? Çünki onlar ilklər sayılırlar.( İLklər haqqında məqaləmiz olacaq. Blogumuzu izləməyə davam edin.)
Budur tıkla qazan haqqında məqaləmiz beləcə qurtardı. Nəsə aydın olmadısa suallarınızı verə bilərsiniz.

11 Nisan 2013 Perşembe

Microsoft Office Word 2003 Fayl açmaq və yaddaşda saxlamaq - I Dərs

İndi biz Ofis Proqramları arasında ən çox istifadə edilən  Word fayl açmaq və onu yaddaşda saxlamağı öyrənəcəyik. Çalışacam ki, həm rus dilli kompyuterlər üçün ,həm də ingilis dilli kompyuterlər üçün yazım
İlk adımımız kompyuteri 3 dəfə obnovit (Refresh) edirik. Daha sonra kompyuterdə mausun sol düyəməsini sıxaraq Sozdat (New) və Document Microsoft Word-ü seçirik. Burda Pəncərəmizdə yeni bir .doc formatında bir fayl açıldı. Biz onun üstünə 2 dəfə sıxaraq daxil oluruq. İstədiyimiz qeydləri apardıqdan sonra File (Fayl) menyusundan "Soxranit kak" (Save as) əmrini veririk. Burda xəbərdarlıq paneli qarşımıza çıxır. Orda biz faylımıza istənilən ad,faylımızın tipini və hara yerləşdirəcəyimizi haqqında informasiyanı kompyuterə veririk. Artıq biz .doc faylını yaratdıq və üzərində bəzi yazılar yazaraq onu yaddaşa saxladıq.
Əgər biz həmin faylın üstündə bəzi dəyişikliklər aparmaq istəyiriksə onda Həmin faylın üstündə 2 dəfə sıxırıq və açılan faylda dəyişiklikləri edirik və fayl menyusundan Soxranit ( Save) əmrini seçirik və faylımıza etdiyimiz dəyişiklikləri qeydə aldıq.
Növbəti dərslərimizdə görüşənədək.