Axtarış

22 Ocak 2014 Çarşamba

TeamViewer haqqında

Salam. Bu gün sizlərə TeamWiever proqramı haqqında qısa yazacam.

TeamWiever proqramı bir çoxlarının sevdiyi uzaqdan idarəedici proqramlardan biridir. Onu da deyim ki, bu proqramı 200 milyondan çox istifadəçisi var və şikayətlərin sayı azdır. Az-az hallarda narazı istifadəçilər yaranır.

Məsələn siz işdə oturub TeamWiever proqramı vasitəsi ilə evdəki kompüteri istifadə edə bilərsiniz. Və ya Kompüterin hansısa bir problemi yarandıqda ustaya götürmədən TeamWiever kodunu deyərək usta sizin kompüterə baxa bilər. və s. kimi keyfiyyətləri var.

TeamWiever "free lisans"-la verilir. Yəni limitsiz lisenziya, Kompüteriniz üçün pulsuz host , Ən yüksək təhlükəsizlik xidməti Əlaqələriniz 2048 bit RSA şifrə və 256 bit AES kodlaması ile istifadə edilən şifrəli quruluşa malikdir.

Və TeamWiever proqramının bir çox versiyası vardır. Bunlardan sonuncusu TeamWiever 9 versiyasıdır. TeamWiever 7, TeamWiever 8 və TeamWiever 9 versiyalarını yükləmək istəyirsinizsə aşağıdakı linklərdən istifadə edin.

TeamWiever 7 yüklə
free lisenziya,
 türk, ingilis, fransız, alman, italyan,ispan, portugal dilləri
Win XP, Vista, Win7  sistemləri tərəfindən dəstəklənir

TeamWiever 8 yüklə
TeamWiever 9 yüklə


Sağolun. Blogumuzu izləməyə davam edin....
Sual və təkliflərinizi gözləyirəm.





Blogcu.com -da blog açmaq

Salam. İndi blogcu.com blog saytında blog açmağı öyrədəcəm. Blog açmaq üçün ilk öncə orda nə yazacağını düşünməli və işini sonunadək getməlisən. blogcu.com saytında ilk əvvəl blog açmaq üçün siz e-mail adresi ilə qeydiyyatdan keçməlisiz. Bunun üçün siz Blogcu.com adresinə daxil olursunuz. Orda yuxarı küncdə giriş/kayıt yazılan yerdə kayıt`ı seçirsiniz. Sonra qarşınıza belə bir səhifə gələcək. Orda siz kullanıcı adınızı, şifrənizi , e-poçtunuzu yazırsınız. Güvənlik kodunu yığırsınız və "KULLANICI SÖZLƏŞMƏSİNİ" oxuyub sonra onu işarə edirsiniz. Bu sizin nə vaxt blogdan block ediləcəyinizi göstərir. Daha sonra aşağıda Blog aç düyməsinə daxil olursunuz.
Siz bundan başqa Facebook ile bağlan düyməsi ilə də qeydiyyatdan keçə bilərsiniz.

daha sonra qarşımıza blogunuzun idarə etmə sistemi gəlir. Bir şeyidə unutmayaq, verəcəyiniz Kullanıcı adına diqqət yetirin. O sizin blogunuzun ünvanı olacaq. Məsələn deyək ki, adı qoyduz həyat , blogunuz həyat.blogcu.com kimi olacaq.
Qeydiyyatdan keçdikdən sonra siz Ayarlar menyusuna daxil olaraq, blogunuzun görüntüsünü yarada bilərsiniz. Əgər sizin Veb Dizayn proqramlarından başınız çıxırsa siz öz blog şablonunuzu yarada bilərsiniz. Bunun üçün siz Şablon seç/düzenle menyusuna daxil ola bilərsizin. Statistikanı yoxlamaq üçün İstatistik bölümünə daxil olun. Blogda kateqoriyalar yaratmaq üçün Kateqoriyalar bölümünə daxil olun.


Əziz oxucular əlavə suallarınız olarsa buyurun şərh bölümünə daxil olaraq yaza bilərsiniz. Yaxın günlərdə bütün blog servisləri göstərən saytlarda blog açmağı yazacam