Axtarış

9 Mart 2014 Pazar

Flash USB -nin formatini dəyişmək (FAT32 convert NTFS)

Salam dostlar, bu gün USB-ların formatları olan FAT32 və NTFS-dan yazacam. Əvvəlcə FAT32 və NTFS nə olduğuna baxaq.

NTFS (New Texnology File System) - NTFS - fayl sistemlerinin kompüterlərin saxlanma mühitlərini istifadə etməyi təmin edir.
FAT32 isə FAT ailəsinə məxsusdur. FAT ( File Allocation Table-Fayl Yerləşdirmə Sistemi) - əsasən günümüzdə USB, DVD Disk kimi əlavə yaddaş qurğularında olur. FAT-in 3 versiyası vardır FAT12,FAT16 və FAT32. Ən çox istifadə olunanı FAT32-dir.

Bəs biz FAT32 formatlı USB-ı necə NTFS formatına çevirə bilərik.
FAT32 formatını 2 yolla biz NTFS-a çevirə bilərik.
I. USB-a format verməklə
II. USB- format vermədən.
Gəlin USB-a format vermədən USB FAT32 formatından NTFS-a çevirək.
1. Windows+R qısa yolu ilə RUN-u çağırırıq.
2. Gələn pəncərədə cmd yazıb enter tıklayırıq.
3. Bu zaman gələn yeni Administratorla əlaqə bölməsinə aşağıdakı sözü yazın
convert F:/fs:ntfs 
F:/ yerinə siz öz USB-nin disk adini yazin. Məsələn b İ: ,G: ola bilər.
4. Bu zaman Admisitrator bəzi əməliyyatlar aparacaq və bizdən yeni əmr istəyəcək.
Bu zaman aşağıdakı əmri yazın.
convert F:/fs:ntfs 
enteri tıklayın. Və bizim FAT32 formatında olan USB-miz NTFS formatına çevrildi.

Sağolun. Əgər sizdə bir problem çıxarsa, şərh yazın. Şəkilli və ya Video izah hazırlayıb yerləşdirərik

8 Mart 2014 Cumartesi

Windows 7 -də Windows Firewall (açmaq və bağlamaq)

Salam dostlar, Yazımızda Windows Firewall-ın açmaq və bağlamaq haqqında danışacağıq.
Əvvəlcə baxaq Windows Firewall nədir?
Windows Firewall Kompüterimizin əsas sistem fayllarını viruslardan, təhdid edici fayllardan qoruyan bir programdır. Bu program ƏS-ların tərkibində olur. Yəni yükləməyinizə ehtiyac yoxdu. 
İndi isə gəlin baxaq Windows Firewall necə açmaq və bağlamaq olar.
Əvvəlcə Control Panel-ə daxil olaq.



Daha sonra System and Security menyusuna daxil olun.



Daha sonra Windows Firewall menyusuna daxil olun.



Qarşımıza belə bir səhifə çıxacaq. Bu səhifədə ox-la göstərilmiş yeri tıklayaq.


Budur biz Windows Firewall on/off menyusundayıq. Burdan biz əgər Windows Firewall-ı bağlamaq istəsək dairəyə alınmış yeri tıklamalıyıq. Yox, bağlanıbsa və açmaq istəyiriksə onda yaşıl yerin qarşısındakı yeri tıklamalıyıq. İndi məndə kompüterdə Windows Firewall açıqdır.


Bu yazımız bu qədər. Sağ olun. Oxuduğunuz üçün təşəkkürlər

5 Mart 2014 Çarşamba

DLL xətaları: d3d11.dll xətası


Salam, dostlar bu gunki yazımızda biz DLL xətalarından birindən danışacağıq. Blogumuzun oxucularından biri (adının qeyd edilməsini istəmədi) bu xəta ilə üzləşib.
 DLL xətalarından biri olan d3d11.dll xətası haqqında danışacağıq. Kompüterimizə oyun və ya program yüklədikdə və onu çalışdırmaq istədikdə qarşımıza d3d11.dl xətası çıxırsa, onda həll yolunu deyirəm.
Bu xəta əsasən Windows 7 64 bit və Windows 7 32 bit Əməliyyat sistemli kompüterlərdə rast gəlinir.
Windows 7 32 bit üçün
1. Perzaqruzka verin.
2. d3d11.dll yükləyin
3. Onu ZİP-dən çıxarıb C:\\Windows\\System32\\   qovluğuna atın.
4. Perzaqruzka verin
Windows 7 64 bit üçün
1. Perzaqruzka verin
2. d3d11.dll yükləyin.
3. Onu ZİP-dən çıxardıb C:\\Windows\\SysWOW64\\ qovluğuna atın.
4. Perzaqruzka verin

Əgər problem yenədə həllini tapmazsa, əlaqə saxlayın.
Sağolun. Yazımızın sonuna çatdıq.