Axtarış

30 Mart 2014 Pazar

MS Excel 2007 - Microsoft Office düyməsi ilə tanışlıq və (Şəkilli izah)


Növbəti bir Excel 2007-dərsimizdə xoş gördük. Bu dərsdə biz Microsoft Office Excel 2007 proqramında Microsoft Office düyməsi ilə tanış olacağıq.


Microsoft Office düyməsi harda yerləşir. Microsoft Office Excel 2007 proqramında Microsoft Excel düyməsi İşçi Kitabın yuxarı hissəsində, Menu Bar-ın yanında yerləşir. 

Həmin Microsoft Office düyməsi aşağıdakı hissələrdən ibarətdir.
1. (New)Yeni (Ctrl+N) - Bu düymə vasitəsi ilə yeni bir işçi kitabı yaradılır.
2.  (Open) Aç (Ctrl+0) - Bu düymə vasitəsi ilə kompüterinizdə olan (yaddaşa verilmiş) excel kitabları açılır.
3. (Save)Yadda Saxla (Ctrl+S) - Bu düymə ilə Excel kitabı düzəliş edilərək kompürerin yaddaşına verilir.
4. (Save as)Yadda Saxla (Ctrl+S) - Bu düymə vasitəsi ilə Excel kitabı ilk dəfə kompüterin yaddaşında saxlanılır.  və bir neçə hissədən ibarətdir.
5. (Print)Çap et (Ctrl+P) - Hazırlanmış Excel kitabını çap etdirmək üçün istifadə edilir
6. (PrePare)Hazırlamaq () - Excel kitabına parol qoymaq ,imza qoymaq və s. kimi əmrlərdə istifadə edilir.
7. (Send)Göndər () - hazırlanmış Excel kitabını başqa bir istifadəçiyə göndərmək üçün istifadə edilir.
8. (Exit) Çıxış () - Proqramdan çıxmaq üçün istifadə edilir.

Qeyd: Bəzi MS Excel proqramlarında Microsoft Office düyməsində yerləşən əmrlərin sayı çox ola bilər. Əgər fərgli bir əmr düyməsi varsa, şərhlərdə yazıb soruşa bilərlər.


Növbəti yazılarımızda Home (Giriş) Menyusu ilə tanış olacağıq.



Hörmətli İstifadəçilər
Məqalələri oxuduqdan sonra şərh yazmağı unutmayın.
Məqalələri əgər bəyəndizsə o zaman sosial şəbəkələrdən isitfadə edərək paylaşın.








29 Mart 2014 Cumartesi

MS Excel 2007 - İlk tanışlıq (Şəkilli izah)


Microsoft Office Excel 2007 ilə ilk tanışlıq adlı məqaləmizə xoş gəlmisiz. Bu yazımızda Excel proqramı nə işə yarıyır və proqram necə açılır onu göstərəcəyik

Microsoft Şirkətinin istehsalı olan MS Excel MS Office proqram paketinə daxil olan proqramlardan biridir. Excel proqramı istənilən hesablama əməliyyatları aparamaq və cədvəllər qurmaq üçün istifadə edilir. Ofis Proqramları içində demək olarki, ən çətin proqramlardan biridir. Exceli tam öyrənmək üçün uzun müddət lazımdır. Excel-i tam olaraq bilən nadir hallarda tapılar məncə. (Əlbətdəki Azərbaycanda)

İlk olaraq baxaq MS Excel 2007 necə açılır.
MS Excel 2007 Proqramını açmaq üçün 
1a. Start düyməsini klikləyirik və ordan All Programs düyməsini klik edirik. Aşağı düşürük və Microsoft Office qovlugundan Microsoft Office Excel 2007-ni seçirik.
1b. İkinci bir yol isə Desktop-da mausun sol düyməsini klik edirik və New pəncərəsindən Microsoft Office Excel-i seçirik. 


Qarşımıza bunun kimi bir səhifə çıxacaq. 
Gəlin Excel kitabımızla tanış olaq.
Excel ilk açdığımızda İşçi vərəqinin üstündə A,B,C,D ..... hərflərini, və yan tərəfdə 1,2,3..... rəqəmlərini görürük.
Excel 2007-i proqramı 3 İşçi vərəqindən, hər birində hərflərlə işarələnmiş 256 sütun və rəqəmlərlə işarələnmiş 65536 sətrdən ibarətdir. Ümumilikdə 16777216 xanadan ibarətdir. 
Yuxarı tərəfdə Menyu sətri yerləşir.
Hər xananın öz ünvanı vardır. Məsələn A1, A4, B23,  C32 kimi adlandırılır bu ünvanlar
Excel kitabı aşağıdakı menyulardan ibarətdir.
1. Home     2. İnsert    3. Page Layout    4. Formulas    5. Data    6. Review   7.View   8.Foxit Reader PDF( Bu PDF proqramınızın hansı olmağından asılıdır.) ,  9. Team

Növbəti yazılarımızda bu menyularla tanış olacağıq.

Şərhlərinizi və suallarınızı gözləyirik.



Hashtag düzəltmək


Bu günki yazımız Hashtag yaratmaqdır. Hər hansı mövzu üzərində diqqəti artırmaq üçün Hasgtag yaradılır. Bü günki gündə Bütün Sosial şəbəkələrdə Hashtag yaratmaq olar. bü çox asan işdir.  Sadəcə Sözün önündə  # işarəsini qoymaq bəsdir. 
Ancaq bəzən # işarəsini qoyduqda Hashtag əmələ gəlməyə bilər. 
1. Hastag yaratmaq üçün # işarəsindən sonra boşluq qoymaq olmaz. 
Məsələn : # həyat   yox #həyat

2. Daha oxunaqlı Hashtag yaratmaq üçün sözlərin sayını azaldın.


Artıq Günümüzdə Hashtag bütün sosial şəbəkələrdə istifadə olunur, həmdə hər gün. 



Yazımızın sonuna çatdıq .