Axtarış

5 Mayıs 2014 Pazartesi

MS PowerPoint 2007-də musiqi əlavə etmək (Bütün slaydlara tək musiqi) - Şəkilli İzah

Salam dostlar 
Bu yazımızda MS PowerPoint 2007-də slaydlara musiqi əlavə etməkdən danışacam.

İlk öncə Proqramımızı açırıq.


Bir neçə slayd yaradırıq və İnsert menyusuna keçirik.


İnsert menyusundan Sound-a gəlib Sound from File-dən muqimizi seçirik.


Musiqini seçdikdə slaydımızın ortasında belə işarə gələcək, 2 dəfə klikləyək və Options menyusuna keçirik


Daha sonra Automatically olan yerdən Play across slides seçirik.


Hazırdı. Slaydımızı çalışdıraq mahnı slayd-videonun müddəti boyunca davam edəcək. Ancaq mahnının vaxtı bitdikdən sonra dayanacaq.

Təşəkkürlər sona qədər oxuduğunuz üçün. Bütün proqramlardan nə probleminiz varsa yazın bizə kömək edək. Bildiyimiz qədər. 







4 Mayıs 2014 Pazar

İnternetdən pul qazanmaq (IX Yazı) - Google Adsense üzvlüyünüzün Ban edilməsi

Salam Dostlar 

Bu yazımızda Google Adsense üzvlüyümüz nə vaxt sonlana bilər onu yazacağıq.

Google Adsense üzvlüyümüz Adsense qaydaları pozulduğu an ləğv edilir. Adsense-yə üzv olan bir istifadəçi hər saniyə izlənilir. Qayda pozulduğu an ya xəbərdarlıq göndərir ya da hesabı bağlayır.
Adsense qaydaları haqqında əvvəlki yazımızda danışmışdıq. Oxumaq üçün bura klikləyin.

Bu yazımızda isə o qaydaları qısa şəkildə konspektləşdirəcəyik.
1.  Reklam qutularının səhv yerləşdirilməsi
2. Ziyarətçiləri aldadan reklam qutuları
3. Məcburi klikləmə
4. Porno vide və porno ilə bağlı məqalə
5. Kopiya material
6. Müəlliflik hüquqlarının pozulması
7. Hit sayısının az olması
8. iki və daha çox Adsense hesabınız olduğu aşkarlanarsa
9. Öz reklam qutularınızı klikləsəniz
10. Adsense reklam qutularının yerlərinin tez-tez dəyişdirilməsi
11. İframe, pop-up və s. bu kimi ziyarətçi artıran proqramlara qoşulma
12. Spam tapıması və s.
Bu yuxarıdakı hallar aşkarlanarsa sizin Adsense hesabınız 2 yolla bağlanacaq.
1. Xəbərdarlıqla bağlamaq - Bu zaman sizə xəbərdarlıq göndəriləcək.Əgər xəbərdarlığa məhəl qoymasanız bağlanacaq hesabınız
2. Xərəbdarlıq olunmadan bağlanma - Bu zaman hesabınız xəbərdarlıqsız bağlanacaq.

Əgər sizin hesabınızda pul varsa, o pullar gedecek. Adsense ilə zarafat olmaz. Çalışın Adsense ilə öz qanunları ilə oynayın. Əmin olun ki, bu zaman qazanan siz olacaqsınız.

Növbəti yazılarda görüşənədək

İnternetdən pul qazanmaq (VIII Yazı ) - Google Adsense qaydaları

Salam, Dostlar

Bu yazımızda Google Adsense qaydaları haqqında yazacağıq.

Google Adsense haqqında Azərbaycan dilində məlumat çox azdı. Ancaq Türk dilində müəyyən qədər var. İstifadəçilərdə çalışırlar ki, türk dilində olan məlumatları oxuyub Google Adsense-dən qeydiyyatdan keçsinlər. Bu yazımda Google ADsensenin qaydaları haqqında danışacağıq.
Google Adsense qeydiyyatdan keçməkdən əvvəl sizə Qaydaları oxumağı təklif edir. Hər birimiz saytlarda qeydiyyatdan keçərkən qaydaları oxumadan "razıyam" klikləyir. Ancaq Google ADsense ilə ehtiyyatlı olmaq lazım. 
Google ADsense qaydaları :
1. Saxta klikləmə və göstərmə: Üzvlər, heç bir halda öz reklamlarını özləri klikləyə bilməzlər. klik sayısını artırmaq məqsədilə klikləyə bilməz. Məqsəd nə olur olsun, Adsense saxta klikləri qəbul etmir və üzvlüyünüzü dayandıra bilər.
2. Klikə məcbur etmək: Heç bir halda blogun (saytın) qonağlarına klik üçün məcburiyyət olmamalıdır. Bu istifadəçilərin tam istəkləri ilə olmalıdır. "Bizə dəstək olun!", "Bizə qatılın" kimi etiketlərlə istifadəçiləri klikləməyə məcbur edə bilməzsiz. Yalnızca "Reklamlar" başlığı altınnda yerləşdirə bilərsiz. "Populyar saytlar" ,"Partnyorlar" başlıqları altında reklam yerləşdirə bilməzsiz.
3. Məzmun : Blogunuz (saytınız) mitinglərə, çıxışlara, irqçiliyə, dini ayrıseçkinçiliyə, separatizmə, pornoqrafiyaya aid olmamalıdır. Belə yazılar və ya videolar olduğunda Adsense sizi qəbul etməz.
4. Müəlliflik hüququ : Başqa saytlarda copy+paste etdiyiniz yazılar varsa, icazəsiz məlumatlar varsa, başqalarına məxsus hüquqlardan sui-istifadə edirsinizsə onda Google Adsenseyə yaxın durmayın.
5. Təqlid məhsullar: Hər hansı brendlərinin reklamı ilə Adsense reklamları birlikdə yayımlana bilməz.
6. Yanlış yönləndiricilər : Saytınıza səhv etiket daxil etməyin, bu zaman Adsense üzvlüyünüz ləğv edilə bilər. Məqalələrdə əgər səhv etiket varsa, yanlış bildirişlər varsa Adsense-ə yaxın durmayın.
7. Ziyərtçi qaynağı: İstifadəçiləri, ziyarətçiləri istənilməyən saytlara keçid ediləməz, səhv saytlar verilə bilməz, başqa saytlardan qanunsuz reklamlar qəbul edilmir. Yəni 3-cü bir tərəfin olması Adsense üçün arzuolunmazdır.
8. Qanunsuz yarışlar: Qanunsuz yarışlar keçirilən səhfələrdə Adsense reklamı qəbulolunmazdır.

Digər qaydalar:
İstifadəçilər hər səhfəyə ən azı 3 məqalə olduğunda reklam yerləşdirə bilərsiz. Ölçüsü 300x600 olmalıdır. Və hər səhfəyə maksimum 2-3 reklam qutusu yerləşdirilə bilər.

Google Adsense əsasən, ingilis, fransız, rus və digər avropa dillərində olan saytları tez qəbul edir. Türkdilli saytlarda qəbul edilir. Azərbaycan dilli saytlar təsadüfi hallarda qəbul edilir. 

Növbəti yazımızda Adsense-dən pul necə qazanılır və pul hara gəlir, hansı üsullarla gəlir, və biz o pulu necə ala bilərik onun haqqında danışacağıq.