Axtarış

17 Ocak 2014 Cuma

HTML Dərs -2

Salam Əziz oxucular.
Bu gün HTML mövzusunda ikinci dərsi yazacam. Bağışlayın ki, tez-tez yaza bilmirəm. İşlərimlə bağlı ola problemdir.
HTML öyrənmək üçün ilk öncə kompüterinize NotePad proqramı olmalıdır. Əgər NotePad proqramı yoxdursa onda yükləməyinizi xaiş edirəm.
NotePad proqramını açırıq.Üst paneldə Language menyusuna daxil oluruq və Dili HTML olaraq dəyişirik. və Encoding menyusundan UTF-8`i seçirik. UTF-8 -də azərbaycan hərfləri düzgün görsənir.
Sonra səhifədə aşağıdakıları yazırıq

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">
<html>
<head>
<title> Azerbaijan (istədiyiniz şey yazin) </title>
</head>
<body>
<p> Baku, Sheki, Guba  (İstədiyiniz şey yazın) </p>
</body>
</html>

Daha sonra File menyusundan Save as seçirik. Mətnin adını ders1 (istədiyiniz adı yazın). ve .html edərək , məsələn html1.html
Daha sonra İE brauserinə daxil olaraq faylı açırıq.

Nəticə alındısa şərhdə gözləyirəm.


Gələn dərsdə sizlərə bu kodların mənalarını yazacam....


İzləməyə davam edin.

TP- LİNK modemlərinə parol qoymaq qaydası - Yazılı

Salam. Əziz oxucular. İnşAllah yaxşısız.

TP-LİNK modeminə parol qoymaq qaydası haqqında olan video materialımızda bəzi qüsurlar vardı. Bu səbəbdən bir çox oxucular başa düşmədilər. Onların istəyi ilə indi sizlərə yazılı şəkildə şəkillərlə yazacam

İlk önce istifadə etdiyiniz brauserə 192.168.1.1 yazın və qarşınıza aşağıdakı kimi səhifə gələcək
burda login və parol yerinə admin yazın. Hər ikisinə eyni sözü yazdıqdan sonra Giriş Yap düyməsini tıklayın...



Qarşınıza gələn səhifədə İnterface Setup menyusuna girin.
Wireless menyusuna daxil olun
Wireless menyusunda aşağıdakı səhifə gələcək. orda olan xanaları aşağıdakı kimi olduğuna əmin olduqdan sonra SSİD xanasına istediyiniz ad qoyursunuz. Pre-Shared Key xanasına isə parol qoyursunuz.


aşağıda olan sehifede SAVE edirsiniz. 
                                  


Bu qədər.

Şəkillər Vurğun Əliyev`ə məxsusdur.
mətnlərdə bəzi düzəlişləri özüm etdim.


Vurğun müəllim təşəkkürlər.
Vurğun Əliyev Facebookda

Təşəkkürlər...


9 Aralık 2013 Pazartesi

Zaqatala Səyahət Klubundan yeni bir layihə

Bu gün biz informasiya texnologiyalarından ve turizmin əlaqələri haqqında bir xəbəri bildirəcəm. Zaqatala Səyahət Klubu (rəsmi veb səhifəsi www.zsk-tc.webs.com ) yeni bir layihəsi əsasında Zaqatala Turizm Radiyosu işə başlayacaq və bu layihə üçün kadrların yetişdirilməsi başlanılmışdır.

Zaqatala Qəzeti, Zaqatala Səyahət Klubu və Zaqatala Turizm Radiosu birlikdə sizləri Radio Kurs`a dəvət edir. Radio Kursda yiyələnəcəiniz biliklər:

  • Radiosujetlərin hazırlanması;
  • Canlı verilişlərin idarə olunması;
  • Radio debatların təşkili;
  • Radio aparıcılıq;
  • Radioda prodüser işi

Kursa qoşulmaq üçün CV`lərinizi Cavid Vahabovun e-poçtuna göndərməyiniz xaiş olunur.


Zaqatala Turizm Radiosunun əsas məqsədi Azərbaycanın, daha doğrusu Zaqatala` nın turizm potensialı, mədəniyyəti və incəsənətini dünyaya tanıtmaq və məşhurlaşdırmaqdır.

Zaqatala Turizm Radiosu aşağıdakı veb səhifələrdə yayımlanacaq.

Zaqatala Turizm Radiosunun veb səhifəsi
Zaqatala Səyahət Klubu
Ünvan :Zaqatala rayonu Mərkəzi Mədəniyyət Evi, Nizami küç, Zaqatala Səyahət Klubu.

Əlaqə: Cavid Vahabov, cvdjvd@rambler.ru

Ətraflı məlumat http://z-tr.blogspot.com/