Axtarış

8 Nisan 2013 Pazartesi

Saytlar - Şərh


Hər bir sayt üçün şərh yazılması önəmli bir amildir və saytlar buna çox önəm verirlər. Düşüncəli, Özünü bilən və məqsədli istifadəçilər sayta daxil olur və burda məqaləni oxuduqdan sonra istifadəçinin o məqalə haqqındaki rəyinə baxır. Buda səbəbsiz deyil. Çünki, İstifadəçi məqalənin başqalarının gözündə hansı rəyi yaradıb deyə maraqlanır.

Bəs Azərbaycan saytlarında rəylər necədir?
Maraqlı bir məqalə rəyi:
Çox təşəkkür edirəm
Doğrudur istifadəçiyə sizin təşəkkürünüz lazımdır.Ancaq bundan çox o məqaləyə olan rəyiniz necədir? Həmin rəyə əsaslanaraq istifadəçi daha dolğun və keyfiyyətli məqalə yazmağa cəd edir.

Xarici ölkələrin saytlarında məqaləyə olan rəylər əsasən daha mükkəməl və mövzuya aid olur. Mövzudan yeni bir mövzu yaradılır və u da istifadəçini yeni və mükkəməl məqalə yazmağa sövq edir.

Son zamanlar bloggerlərin,Blog yazarlarının blogları tərketməsinin əsas səbəbi şərh azlığı və ya mənasız şərhlərdir.
Blog və sayt adminlərinin də səhvləri var bəzi yerlərdə. Yazılan şərhləri gözləmə rejiminə salır. Bu da istifadəçini saytdan uzaqlaşdırır. İstifadəçi əgər pis rəy veribsə onu yayıma buraxmır və yaxşı rəy veribsə onu yayıma buraxır. Ancaq belə olmamalıdır. Adminlərin istifadəçilərin o sayta yenidən qayıtması üçün rəyləri açıq etməlidir. Ancaq rəylərdə söyüş və ibrətamiz sözləri işlətməyə icazə verilməməlidir. Bunu da yaddan çıxarmayaq.
 

Hiç yorum yok: