Axtarış

4 Nisan 2014 Cuma

MS Excel 2007 - Home Menyusunun alt menyuları (Styles Alt Menyusu)

Dostlar, bu yazımda MS Excel 2007 proqramında yerləşən Styles alt menyusundan danışacam.

Styles - Üslub, tərz mənasını verir ingilis dilində. Styles alt menyusu vasitəsi ilə istifadəçilər MS Excel cədvəllərinə öz stillərini verə bilərlər. Cədvəlləri daha baxımlı edə bilərlər.
Başlayaq
Əvvəlcə MS Excel 2007 proqramına daxiş olaq.


Daha sonra Home menyusunun Styles alt menyusunun üzərinə gələk.
Burda gördüyümüz kimi Styles altmenyusu 3 əmr başlığından ibarətdir.
Conditional Formatting  - Şərti format
Format as Table   - Cədvəl formatı
Cell Styles     - mobil format

İndi isə bu styles başlıqları, əmrləri ilə nələr edə bilərik bir baxaq.

Başlayaq bu əmrləri izah etməyə
Əvvəlcə A1-dən A5 xanasına qədər xanalar doldurulur. Daha sonra A1-dən A5-ə qədər seçilir və Styles-in Cell Styles əmri verilir. Bununla da seçilən xanalar arxa fonu eyni rəngdə olur.


A1-dən A5-ə qədər xanalar doldurulur. Daha sonra Format as Table əmri verilir. Beləliklə Başlıq xananın arxa fonu fərgli digərləri isə oxşar rənglənir.



A1-dən A5-ə qədər xanalar doldurulur. Daha sonra Conditional Formating-dən Data Bars seçilir.


Burda isə xanalar işarələndikdən sonra İcon Sets seçilir. Burda müxtəlif iconlar, Smayllar verilmişdir.


Burda isə Color Scales əmri verilib. Xanalar müxtəlif olaraq rənglənilib.



Və bu qədər. Styles alt menyusundan istifadə edilərək, Excel cədvəllərimizi daha baxımlı edə bilərik. Bu istifadəçilərin istəklərindən asılıdır.

Styles altmenyusunda yerləşən digər əmrləri isə istifadəçilər özləri istifadə edərək öyrənə bilərlər. Əlavə suallarınız olarsa buyurub şərhlərdə yaza bilərsiz.

 Təşəkkürlər. Sona qədər oxuduğunuz üçün. Şərhlərinizi gözləyirik


Hiç yorum yok: