Axtarış

28 Mayıs 2014 Çarşamba

İnternetdən pul qazanmaq yollar (XI yazı)- Tək Adsense hesabına çoxlu Veb Səhifə əlavə etmək


Salam dostlar
Yeni yazımızla qarşınızdayıq.
Mövzumuz tək Adsense hesabına çoxlu veb sayt əlavə etmək.

Bir çox Adsense üzvünü düşündürən bir sual "Mən Adsense hesabıma çoxlu sayda veb səhifə əlavə edə bilərəmmi?"

Hörmətli oxucular, istifadəçilər, qonaqlar və Adsense üzvləri bəli bu mümkündür. Siz tək Adsense hesabına istədiyiniz qədər veb səhifə əlavə edə bilərsiz.  Google Adsense qaydalarını yada salaq, " Birdən çox Adsense hesabı olan üzvün Adsense hesabı ban ediləcək !". Yəni sizin əgər 2 və daha çox veb səhifəniz varsa, bu o demək deyil ki, çoxlu sayda Adsense hesabı açasız. Tək Adsense hesabı yetərlidir ki, istədiyiniz qədər Veb səhifənizi bura əlavə edəsiz. 

Ancaq burda bir nüansı unutmayaq. Əlavə edəcəyiniz sayt(blog) Adsense qaydalarına uyğun olmalıdır və qaydaları pozmamalıdır. Əks halda o saytınıza görə mövcud Adsense hesabınız bağlanacaq.
Əgər əlavə edəcəyiniz ikinci və daha sonrakı saytlar Adsense qaydalarına tam uyğundursa onu əlavə edə bilərsiz. Yox əgər uyğun deyilsə boş yerə risqə girməyə dəyməz.

Əlavə suallarınızı şərhlərdə verə bilərsiz
Növbəti yazılarımızda görüşənədək.

2 yorum:

Adsız dedi ki...

siz ozunuz ne ucun reklam vermirsiniz

Unknown dedi ki...

nece yeni reklam? oz blogumda yoxsa blogumu basqa saytlarda?