Axtarış

9 Aralık 2013 Pazartesi

Zaqatala Səyahət Klubundan yeni bir layihə

Bu gün biz informasiya texnologiyalarından ve turizmin əlaqələri haqqında bir xəbəri bildirəcəm. Zaqatala Səyahət Klubu (rəsmi veb səhifəsi www.zsk-tc.webs.com ) yeni bir layihəsi əsasında Zaqatala Turizm Radiyosu işə başlayacaq və bu layihə üçün kadrların yetişdirilməsi başlanılmışdır.

Zaqatala Qəzeti, Zaqatala Səyahət Klubu və Zaqatala Turizm Radiosu birlikdə sizləri Radio Kurs`a dəvət edir. Radio Kursda yiyələnəcəiniz biliklər:

  • Radiosujetlərin hazırlanması;
  • Canlı verilişlərin idarə olunması;
  • Radio debatların təşkili;
  • Radio aparıcılıq;
  • Radioda prodüser işi

Kursa qoşulmaq üçün CV`lərinizi Cavid Vahabovun e-poçtuna göndərməyiniz xaiş olunur.


Zaqatala Turizm Radiosunun əsas məqsədi Azərbaycanın, daha doğrusu Zaqatala` nın turizm potensialı, mədəniyyəti və incəsənətini dünyaya tanıtmaq və məşhurlaşdırmaqdır.

Zaqatala Turizm Radiosu aşağıdakı veb səhifələrdə yayımlanacaq.

Zaqatala Turizm Radiosunun veb səhifəsi
Zaqatala Səyahət Klubu
Ünvan :Zaqatala rayonu Mərkəzi Mədəniyyət Evi, Nizami küç, Zaqatala Səyahət Klubu.

Əlaqə: Cavid Vahabov, cvdjvd@rambler.ru

Ətraflı məlumat http://z-tr.blogspot.com/