Axtarış

Yükləmə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Yükləmə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

12 Mart 2014 Çarşamba

Torrent Nədir? müsbət və mənfi cəhətləri hansılardır?


Salam, Dostlar. Bu gün yazımız Torrent Fayllar haqqında olacaq. 
Əvvəla Torrent haqqında danışaq. 
Torrent- İnternetdə fayl yükləmək üçün lazım olan bütün informasiyanı özündə saxlayan .torrent tipli fayl sistemidir.
Torrent fayllarda yaddaşı böyük olan fayllarıın yaddaşı kiçildilir. Biz əgər hər hansı böyük həcmli programı yükləmək istəyiriksə, bu zaman həmin programın torrent faylını axtarırıq və yükləyirik, daha sonra torrent programımızı açıb, həmin programı yükləməyə başlayırıq. 
 Torrent-in müsbət və mənfi cəhətləri vardır.
Əvvəlcə müsbət cəhətləri:
1. Çox sürətli yükləmə sistemdir;
2. Yükləməni istədiyimiz an dayandırıb, istədiyimiz an davam etdirə bilərik;
3.  Digər programlar kimi saatlarla kompüterin başında durub yükləməyə ehtiyac qalmayacaq.

Mənfi cəhətləri:
1. Əgər yüklədiyiniz torrent fayl etibarsız bir saytdandırsa, kompüterinizə virus gətirə bilər;
2. Əvvəlcə yükləmək istədiyimiz faylın hansı saytda olduğunu, bu saytın nə dərəcədə etibarlı olduğunu tapmalıyıq.
3. Bəzən torrent içində gizli viruslar olurki, bəzi antiviruslar onları seçə bilmir və kompüterinizə yoluxur.

Torrent fayllar əgər etibarlı saytlardan yüklənilibsə rahatlıqla kompüterinizə qurub istifadə edə bilərsiz. Torrent faylı yüklədiyimizdən sonra onu Torrent programında açmaq və istədiyimiz oyun,program və s. faylı sürətlə yükləyə bilərik. 
Əsas Torrrent terminləri
1. Seeder - Torrenti tam yükləyən və onu upload edən şəxs.
2.Leechet - Faylı yükləyib ,yükləmə prosesini başa çatdırmayan şəxs.
3. Peer- Faylı yükləyən və upload edən şəxs.
4. Tracker - Torrentin yüklənildiyi mənbə.
5.Reseed - Yüklənilən faylı təkrar yükləyən şəxs.
6. Client - Torrent faylları yüklənməsinə və açmasına kömək edən program

Məsləhət gördüyüm bəzi Client programlar aşağıda verilib..


Torrent program, oyun, fayl və s. istədiyiniz hər şeyi yükləmək üçün torrent.com saytına ziyarıt edin.

Sağ olun, Növbəti yazimizda görüşənədək.