Axtarış

Crack etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Crack etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

30 Ekim 2014 Perşembe

RePack nədir?

Salam dostlar.

Bu dəfəki mövzumuz RePACK haqqında olacaq. İnternetdən istifadə etdiyimiz zaman, hər hansı proqram axtarışı zamanı qarşımıza tez-tez çıxan bu RePACK nədir.

Əvvəlcə bir nümunə ilə başlayaq. Yaddaşı böyük olan bir proqram və yaxud oyun ( və s.) yükləmək istəyirsiz. Ancaq həmin proqram ödənişlidir. Və siz onu yükləməkdən imtina edəcəksiz, ya da onun açarlarını axtaracaqsız.

Günümüzdə xakerlər, proqramistlər belə proqramlar üzərində işləyib onların həcmlərini azaldıb və orda yerləşən bəzi dosyaları silmiş və yenidən paketləndirərək İnternet aləminə təklif etmişdir. Və biz axtardığımız proqramın FREE (Pulsuz) versiyasını axtararkən birdən həmin proqramın REPACK yazılan formasını görürük. Həmin xakerlərin, proqramistlərin üstündə işləyib və yenidən paketləyib internet aləminə təklif etdiyi həmin proqramlar RePack adlanır. 

RePack - sözü ingilis sözüdür. Repeat - yenidən, təkrar və Pack - paket sözlərindən əmələ gəlmişdir, hərfi tərcümədə Təkrar Paket, Yeni Paket kimi çıxır. 

RePack proqramları sizin aktivləşdirməyinizə ehtiyac yoxdur. O proqramlar özləri aktivasiya olunmuş proqramlardır. 

RePack proqramlar yükləyərkən ehtiyatlı olun.
 Güvənmədiyiniz saytlardan yükləməyin. 
Çünki bəzən bu proqramların tərkibində Crack versiyalar olur. 
RePack və Crack tamam ayrı-ayrı anlayışlardır. 

Crack proqramlar haqqında yaxın zamanlarda yazı yazacam. 

Yazını sona qədər oxuduğunuz üçün təşəkkürlər.

15 Mart 2014 Cumartesi

Facebook Hacker


Salam, dostlar 
Bu günki movzumda hamının maraqla axtardığı proqrama həsr edəcəm.
FACEBOOK HACKED
Facebook profil qırmaq, profil oğurlamaq və s. kim necə başa düşürsə elə.
Facebook profil oğurlamaq mümkündürmü??? Hansi programlarla bu mümkündür??? Facebook yaradıcısı Mark bəs buna qarşı nə edir???

Gəlin başlıyaq.
Sizə deyim ki, Facebook hack mümkündür. Ancaq belə bir program mövcud deyil. Sual verərsiz, bəs necə hack edirlər. Böyük və hackerlər tərəfindən sevilən, proqramçıların sevimli programı olan DarComet, Keylogger, Rat, Troyan proqramlarla sizin facebook profiliniz çalınır. Başqa cür mümkün deyil. Bu programlarda hazırlanan viruslar yalançı "FACEBOOK HACK" programların içində olur. Və Siz bu programları yüklədikdə virus kompüterinizə daxil olur və məlumatları həmin virusun istehsalçısına gedir. Və o çox asanlıqla sizin bütün profillərinizə daxil olur. Şəxsi məlumatlarınızı belə öyrənə bilir.
Bu arada Facebook oğurlayanlar, belə internet istifadəçiləri çox zaman HACKER adlanırlar. Ancaq belə istifadəçilər HACKER deyillər. Yaxın zamanda HACKER-lərlə bağlı olan məqalələri sizlər üçün yazacam.

Düşünün "Facebook Hack" programı mövcuddur. Bu programla profillər oğurlanır. Bəs Mark?? onun profili oğurlanar. Facebook necə bizə zəmanət verirki, profilizdəki şəxsi məlumatlarınız gizli saxlanılır. Facebook Gizlilik  bu linkə daxil olaraq siz Facebook gizlilik haqqında oxuya bilərsiz. Necə olurki Facebook buna zəmanət verir. Çünki elə proqram yoxdur. Facebook şirkətinin özündə 200-dən çox HACKER işləyir. Bunlar zəif və orta dərəcəli hackerlər deyil. Onlar təkmilləşmiş, 100lərcə programın istehsalçısıdır.


Və sonda bütün istifadəçilərə demək istəyirəm ki, Facebook Hacker adında bir program yoxdur. Və yükləməyin. Belə programı sizlərə kim məsləhət görürsə deməli o özü sizin profilinizi oğurlamaq istəyir. Profil oğurlamağın isə çox böyük yolları vardır. Növbəti yazılarımızda bunun yolları haqqında yazacam...

Mövzunu sona qədər oxuduğunuz üçün təşəkkür edirəm..

Bizi Facebookda bəyənməyi və Tvitterdə izləməyi unutmayın