Axtarış

İnformasiya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
İnformasiya etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

4 Mayıs 2014 Pazar

İnternetdən pul qazanmaq (VIII Yazı ) - Google Adsense qaydaları

Salam, Dostlar

Bu yazımızda Google Adsense qaydaları haqqında yazacağıq.

Google Adsense haqqında Azərbaycan dilində məlumat çox azdı. Ancaq Türk dilində müəyyən qədər var. İstifadəçilərdə çalışırlar ki, türk dilində olan məlumatları oxuyub Google Adsense-dən qeydiyyatdan keçsinlər. Bu yazımda Google ADsensenin qaydaları haqqında danışacağıq.
Google Adsense qeydiyyatdan keçməkdən əvvəl sizə Qaydaları oxumağı təklif edir. Hər birimiz saytlarda qeydiyyatdan keçərkən qaydaları oxumadan "razıyam" klikləyir. Ancaq Google ADsense ilə ehtiyyatlı olmaq lazım. 
Google ADsense qaydaları :
1. Saxta klikləmə və göstərmə: Üzvlər, heç bir halda öz reklamlarını özləri klikləyə bilməzlər. klik sayısını artırmaq məqsədilə klikləyə bilməz. Məqsəd nə olur olsun, Adsense saxta klikləri qəbul etmir və üzvlüyünüzü dayandıra bilər.
2. Klikə məcbur etmək: Heç bir halda blogun (saytın) qonağlarına klik üçün məcburiyyət olmamalıdır. Bu istifadəçilərin tam istəkləri ilə olmalıdır. "Bizə dəstək olun!", "Bizə qatılın" kimi etiketlərlə istifadəçiləri klikləməyə məcbur edə bilməzsiz. Yalnızca "Reklamlar" başlığı altınnda yerləşdirə bilərsiz. "Populyar saytlar" ,"Partnyorlar" başlıqları altında reklam yerləşdirə bilməzsiz.
3. Məzmun : Blogunuz (saytınız) mitinglərə, çıxışlara, irqçiliyə, dini ayrıseçkinçiliyə, separatizmə, pornoqrafiyaya aid olmamalıdır. Belə yazılar və ya videolar olduğunda Adsense sizi qəbul etməz.
4. Müəlliflik hüququ : Başqa saytlarda copy+paste etdiyiniz yazılar varsa, icazəsiz məlumatlar varsa, başqalarına məxsus hüquqlardan sui-istifadə edirsinizsə onda Google Adsenseyə yaxın durmayın.
5. Təqlid məhsullar: Hər hansı brendlərinin reklamı ilə Adsense reklamları birlikdə yayımlana bilməz.
6. Yanlış yönləndiricilər : Saytınıza səhv etiket daxil etməyin, bu zaman Adsense üzvlüyünüz ləğv edilə bilər. Məqalələrdə əgər səhv etiket varsa, yanlış bildirişlər varsa Adsense-ə yaxın durmayın.
7. Ziyərtçi qaynağı: İstifadəçiləri, ziyarətçiləri istənilməyən saytlara keçid ediləməz, səhv saytlar verilə bilməz, başqa saytlardan qanunsuz reklamlar qəbul edilmir. Yəni 3-cü bir tərəfin olması Adsense üçün arzuolunmazdır.
8. Qanunsuz yarışlar: Qanunsuz yarışlar keçirilən səhfələrdə Adsense reklamı qəbulolunmazdır.

Digər qaydalar:
İstifadəçilər hər səhfəyə ən azı 3 məqalə olduğunda reklam yerləşdirə bilərsiz. Ölçüsü 300x600 olmalıdır. Və hər səhfəyə maksimum 2-3 reklam qutusu yerləşdirilə bilər.

Google Adsense əsasən, ingilis, fransız, rus və digər avropa dillərində olan saytları tez qəbul edir. Türkdilli saytlarda qəbul edilir. Azərbaycan dilli saytlar təsadüfi hallarda qəbul edilir. 

Növbəti yazımızda Adsense-dən pul necə qazanılır və pul hara gəlir, hansı üsullarla gəlir, və biz o pulu necə ala bilərik onun haqqında danışacağıq.






4 Nisan 2014 Cuma

MS Excel 2007 - Home Menyusunun alt menyuları (Styles Alt Menyusu)

Dostlar, bu yazımda MS Excel 2007 proqramında yerləşən Styles alt menyusundan danışacam.

Styles - Üslub, tərz mənasını verir ingilis dilində. Styles alt menyusu vasitəsi ilə istifadəçilər MS Excel cədvəllərinə öz stillərini verə bilərlər. Cədvəlləri daha baxımlı edə bilərlər.
Başlayaq
Əvvəlcə MS Excel 2007 proqramına daxiş olaq.


Daha sonra Home menyusunun Styles alt menyusunun üzərinə gələk.
Burda gördüyümüz kimi Styles altmenyusu 3 əmr başlığından ibarətdir.
Conditional Formatting  - Şərti format
Format as Table   - Cədvəl formatı
Cell Styles     - mobil format

İndi isə bu styles başlıqları, əmrləri ilə nələr edə bilərik bir baxaq.

Başlayaq bu əmrləri izah etməyə
Əvvəlcə A1-dən A5 xanasına qədər xanalar doldurulur. Daha sonra A1-dən A5-ə qədər seçilir və Styles-in Cell Styles əmri verilir. Bununla da seçilən xanalar arxa fonu eyni rəngdə olur.


A1-dən A5-ə qədər xanalar doldurulur. Daha sonra Format as Table əmri verilir. Beləliklə Başlıq xananın arxa fonu fərgli digərləri isə oxşar rənglənir.



A1-dən A5-ə qədər xanalar doldurulur. Daha sonra Conditional Formating-dən Data Bars seçilir.


Burda isə xanalar işarələndikdən sonra İcon Sets seçilir. Burda müxtəlif iconlar, Smayllar verilmişdir.


Burda isə Color Scales əmri verilib. Xanalar müxtəlif olaraq rənglənilib.



Və bu qədər. Styles alt menyusundan istifadə edilərək, Excel cədvəllərimizi daha baxımlı edə bilərik. Bu istifadəçilərin istəklərindən asılıdır.

Styles altmenyusunda yerləşən digər əmrləri isə istifadəçilər özləri istifadə edərək öyrənə bilərlər. Əlavə suallarınız olarsa buyurub şərhlərdə yaza bilərsiz.

 Təşəkkürlər. Sona qədər oxuduğunuz üçün. Şərhlərinizi gözləyirik


19 Nisan 2013 Cuma

İnternetdən pul qazanmaq dərsləri - VI

Salamlar bu gün İnternetdən pul qazanmaq metodlarından olan Google Adsense haqqında danışacağıq. Bizim axtarış sistemi kimi bildiyimiz Google Şirkətinin məhsullarından olan Google Adsense ilə bir çox sayt sahibləri pul qazanırlar. Daha çox da blog sahibləri.
İndi görək bu yolla qazanmaq mümkündürmü?
Məsələn Akif bəyin bir əmtəəsi var və o məhsulunu dünyada tanınmasını və alınmasını istəyir. Bunun üçün o Google Adsense ilə razılaşır və hər tıklama başına 10 USD verəcəyini deyir. Blog,sayt sahibləri Google Adsense-yə müraciət edir . Google Adsense deyir ki, tıklama başına sənə 53 USD verəcəm və onlar razılaşırlar. Əgər 100 dəfə həmin reklam tıklanarsa Məhsul sahibi 1000 USD Google Adsenseyə verir. Google Adsense isə 5300 USD-ı blog sahibinə verir. Beləliklə Adsense 700 USD qazanır, Blog sahibi 300 USD qazanır, Məhsul sahibinin isə məhsulu satılır.Yəni hər üçü üçün sərfəlidir.
Deyərsiniz ki,onda bəs niyə hamı Google Adsenseyə müraciət etmir? Onda hamı ona müraciət edər axı?.
İşin çətin tərəfinə göz ataq. 
Google Adsense deyirki, Sən blogunda kopiya yazı yazmayacaqsansa səni qəbul edirəm. Əgər blogunda kopiya yazı varsa boşuna Adsensedə vaxtını itirmə.
Google Adsense deyir: Sən blogunda link verməyəcəksən,başqa sayta keçid verməyəcəksən.
Daha sonra deyir ki,ən azı 5 yazı yazmalısan ki,səni qəbul edək.
Ən azı 100 oxucun olmalıdır ki, səni qəbul etsin.
İşin çətin tərəfi bununla bitmir.
Əgər sən reklamı yerləşdiribsən müəyyən məbləğ bitmədən Google Adsense sənə pul vermir. 
Əgər sən reklamı yerləşdiribsən və Adsense qaydalarından birini pozsan onda sənin hesabın dondurulur.
Qeydiyyatdan keçərkən Ünvanını,poçt nömrəsini və s. düzgün yazmalısan ki,ödəniş çeki ünvanına gəlsin.

Adsense ilə qazanmaq nə qədər asandırsa da o qədərdə çətindir.

Şərhlərinizi gözləyirəm.Növbəti dərslərimizdə görüşənədək.

18 Nisan 2013 Perşembe

İnternetdən pul qazanmaq dərsləri V

Salam bu gün İnternetdən pul qazanmağın daha bir yolundan danışacağıq. Bu üsul Saytdan qazan kimi adlanır. Onu da deyim ki, bu üsul istifadə edilir və ən çox bundan qazanc əldə olunur. Niyə? Çünki telefon sahibləri dayanmadan bu saytlardadır.
Bəs ən çox qazanan saytlar hansılardır?
Bu saytlar aşağıdakı kimi təsnifləşdirilir:
1. ÇATlar
2. Veb Səhifələr
2.1 Musiqi səhifələri
2.2 Əyləncə saytları
2.3. Porno saytlar

1. Çatlardan ən çox qazanırlar. Niyə? Çünki bütün telefon sahibləri zamanında Çatlarda var və burda Postun biri 1 və ya 2 AZN-dir. Düşünün  və görün nə qədər qazanırlar.
2.1. Musiqi saytları qazanclarıda pis deyil. Çünki musiqi axtaranlar belə saytlara müraciət edir və burda istifadəçi çoxluğu yaranır. Bundan istifadə edən sayt admini reklam linklərindən öz pulunu qazanır.
2.2 və 2.3 saytlarıda eləcə.
   Ancaq Porno saytları heç kimə məsləhət görməzdim və xaiş edərdim ki, belə saytları Kompyuteriniz üçün bağlayasınız

Növbəti yazılarımızda danışarıq.

16 Nisan 2013 Salı

İnternetdən pul qazanmaq dərsləri - IV

Salam. Biz bu gün İnternetdən pul qazanmaq mövzusunda 4 dərsimizi öyrənəcəyik.Keçən dərslərimizdə OTİ (Oline Tərcümə işi) öyrəndik və digər üsullara baxanda OTİ daha avantajlı görsənir.
Bu gün isə Online Reklam Agenti işindən danışacağıq. Bəs ORA nə işidir.Qazanmaq mümkündürmü?

Online Reklam Agenti olmaq o deməkdir ki, Sənin şirkətin var ,ancaq şirkət ünvanı yoxdur.Yəni sən İnternet məkanında işləyirsən. Burda Vergi işini dəqiq bilmirəm.Hər halda vergi ilə məşğul olanlar, Vergi məcəlləsindən başı çıxanlar daha axşı bilirlər.Ancaq əslində bu işdə vergi yoxdur və olmaalıdır.Çünki sən heç bir yeri icarəyə götürmürsən.
Gələk dərsimizə və ORA-ya.
İlk görəcəyin iş bir blog açmaq və onun dizaynını gözəl qurmaq və ziyarətçi trafiki yaratmaq. Bu işin təməli budur.Elə hsab etki, Müəsisənin binasını tikirsən. Sonra həmin blogda hansı sahədə reklam edəcəksən o barədə məqalələr yazmaq (Ən azı 150 sözlü). Məqalələrin sayı 100-200 dən aşağı olmamalıdır və gündə bloguna 25-30 nəfər girməlidir.
Bu uğuru qazanmısınız sa, artıq rahatca şirkətlərin e-poçtuna öz blogun haqqında mesaj göndərə bilərsən.Bunuda yaddan çıxarmayın ki,Ən əvvəl öz blogunun reklamını etməlisən.Reklam deyəndə boş söz yığımı yox,İnsanlara təsiredici məqalələr yazaraq onları səninlə işləməyə təhrik etməlisən.
Bu işin qazancına gələk. Bu işdə sən 1 sirkətlə işləsən qazancın ayda 100-200 AZN olacaq və əgər 2 və daha çox şirkətlə işləsən qazancın 400- 600-dən daha çox ola biləcək. Bu sənin işləmək istəyindən asılı olaraq dəyişir.

Sual 1. Bəs mən ilk məqalələri nə haqda yazım?
Bu sualı verəniz varsa ,çox yaxşıdır. İlk məqalələri siz öz işiniz və blogunuzun məğzi haqqında yazmalısınız.Daha doğrusu yazılarınızın məğzi sizin blogunuz olmalıdır. Eə yazmalısınız ki, sizin etdiyiniz təklifə rədd cavabı gəlməsin.
Sual 2. Dediyiniz uğura çatmaq üçün nə qədər vaxt lazımdır?
Bu uğura çatmaq üçün ən azı 4-5 ay lazımdır. bu vaxt uzayada bilər .Çünki sən bu işə nə qədər çox vaxtını sərf etsən, o qədər tez uğur qazanacaqsız.

 ORA haqqında növbəti yazılarımız olacaq qaçırmayın

14 Nisan 2013 Pazar

İnternetdən pul qazanmaq dərsləri - III

Bu gün üçüncü dərsimiz olan Online Tərcümə işi haqqında bir mövzunu keçəcəyik. Bu mövzunu diqqətlə oxuyun və başa düşmədiyiniz yerləri şərh şəklində soruşun.

Keçək dərsə
İnternetdən pul qazanmaq istəyirsinizsə heç olmasa bir bacarığınız olmalıdır. Ya kompyuter və internet texnologiyalarını 100% bilməlisən ya da başqa bir işi ,bilməlisən.
Əgər hər hansı dildə rahat və səlis danışa bilirsinizsə ona deməli qazana bilərsiniz.
Bəs necə?
Bu iş OTİ adlanır, daha doğrusu qısa olaraq özüm belə adlandırıram. Online Tərcümə İşi.
Bəs bu iş nədən ibarətdir?
Çox rahatdır bunun üçün sən aşağıdakıları bilməlisən;
1. Ən azı 3 xarici dili əzbər və səlis bilməlisən.
2. Vaxtının çox hissəsini bu işə sərf etməlisən.
3. İstifadəçilərə bir nümunə göstərməlisən

İndi gəlin bir-bir bunu izah edək.
Ən azı 3 xarici dili bilməlisən. Çünki 1 və ya 2 xarici dil ilə siz heçnə qazana bilməyəcəksiniz.
Hər halda görmüsünüz şəhər mərkəzlərində Tərcümə Mərkəzləri yerləşir.Onlar OTİ-nin Offline rejimindən istifadə edirlər. Əgər bir işiniz varsa və əlavə gəlir qazanmaq istəyirsinizsə sizə aşağıdakıları məsləhət görürəm.
1. Hər hansı xarici dillər arası tərcümələr yerləşdirmək üçün bir BLOG açın.
2. özünüzə görə maraqlandığınız tərcümələri edin. Onu da deyim ki, yalandan yazılan və ya Translate proqramları vasitəsi ilə tərcümə edilən yazılara baxan olmur və istifadəçiləri heç cür aldada biləsi deyilsiniz.Onun üçün özünüz tərcümə edərək yazıları yazın və müəyyən müddət gözləyin .Çünki açdığınız blogun istifadəçiləri qazanması lazımdır.Bun üçün isə bir müddət vaxt lazımdır.
3. BLOGunun reklamını edin və bəzi saytlarla əməkdaşlıq əlaqəsinə girin, forumlarda və katoloqlarda qeydiyyatdan keçin.Bütün bunlar saytda istifadəçi yığmaq üçündür.

Əgər müəyyən irəlləyiş varsa deməli sizdə nəsə alınıb. Nəsə irəliləyiş olması üçün isə siz bu işə çox vaxt sərf etməlisiniz. Yəni , yarım saat və yaxud 1 saat vaxt çox azdır. Ən azı saat yarım vaxtınızı buna sərf edin və günlük yazılar yazın.Yazacağınız yazılar istifadəçinin gözündə sizə qarşı müsbət rəy yaratmalıdır. Bəzən sizi sınamaq üçün bəzi mətnlər verəcəklər bu mətnləri düzgün və əsası özünüz tərcümə edərək özünə qaytarın.
Əgər hər hansı işdə daima qazanc əldə etmək fikrin varsa həmişə doğru danışmalısan və heç vaxt yalan danışmalı deyilsən.

Əvvəlki dərslərimiz üçün aşağıdakı linkləri tıklaya bilərsiniz.
1.Tıkla qazan
2. Anket dolduraq

11 Nisan 2013 Perşembe

Microsoft Office Word 2003 Fayl açmaq və yaddaşda saxlamaq - I Dərs

İndi biz Ofis Proqramları arasında ən çox istifadə edilən  Word fayl açmaq və onu yaddaşda saxlamağı öyrənəcəyik. Çalışacam ki, həm rus dilli kompyuterlər üçün ,həm də ingilis dilli kompyuterlər üçün yazım
İlk adımımız kompyuteri 3 dəfə obnovit (Refresh) edirik. Daha sonra kompyuterdə mausun sol düyəməsini sıxaraq Sozdat (New) və Document Microsoft Word-ü seçirik. Burda Pəncərəmizdə yeni bir .doc formatında bir fayl açıldı. Biz onun üstünə 2 dəfə sıxaraq daxil oluruq. İstədiyimiz qeydləri apardıqdan sonra File (Fayl) menyusundan "Soxranit kak" (Save as) əmrini veririk. Burda xəbərdarlıq paneli qarşımıza çıxır. Orda biz faylımıza istənilən ad,faylımızın tipini və hara yerləşdirəcəyimizi haqqında informasiyanı kompyuterə veririk. Artıq biz .doc faylını yaratdıq və üzərində bəzi yazılar yazaraq onu yaddaşa saxladıq.
Əgər biz həmin faylın üstündə bəzi dəyişikliklər aparmaq istəyiriksə onda Həmin faylın üstündə 2 dəfə sıxırıq və açılan faylda dəyişiklikləri edirik və fayl menyusundan Soxranit ( Save) əmrini seçirik və faylımıza etdiyimiz dəyişiklikləri qeydə aldıq.
Növbəti dərslərimizdə görüşənədək.

7 Nisan 2013 Pazar

Windows XP - Əməliyyat Sistemi


Microsoftun kompyuterlərin və noutbuklar üçün yaratmış olduğu bir 34-bit və 64 bitlik əməliyyat sistemi. Windows XP,Windows 2000 və  Windows ME əməliyyat sistemlərinin varisidir.  Bu əməliyyat sisteminin yaddaşı 256 MBayt,Prosessorun tezliyi 600 MHS –dən aşağı olmamalıdır. Əməliyyat sistemi əsasən zəif kompyuterlərdə işləyir və yüklənir.
Windows XP –də minium yaddaş (RAM) 64 Mbayt-dan,disk yaddaşı 1 Qbat –dan az olmamalıdır. RAM-ın 128 Mbayt-dan çox olması tövsiyə olunandır. Windows XP əməliyyat sisteminin bir neçə növü daha var:
  1. Windows XP Professional Edition
  2. Windows XP Home Edition
  3. Windows XP Tablet PC Edition
  4. Windows XP Media Center Edition
  5. Windows XP Embedded
  6. Windows Embedded  for Point of Service
  7. Windows XP Professional x64 Edition
  8. Windows XP 64-bit Edition
  9. Windows XP Edition N
  10. Windows XP Strater Edition
Microsoft tez-tez Windows XP kömək edəcək Service Packslar yaradır . Onların yaradılma ardıcıllığı:
Services Packs 1 geniş imkanlı sistem olaraq 9 sentyabr 2002-ci ildə yaradıldı.
Services Packs 2 daha geniş imkanları və Wi-Fi əlavə olunaraq 6 avqust 2004 tarixində yaradıldı.
Services Packs 3 Services Packsın daha geniş imkanlısı olaraq 2007-ci ildə yaradıldı.

5 Nisan 2013 Cuma

Alqoritmlər

Bu günkü yazımız gördüyünüz kimi, Alqoritmlər ,Alqoritmlərin necə təsvir etmək olar, Alqoritmlərin nöövləri haqqında olacaq.
Alqoritmlər - qabağımızda olan sualları,məsələləri həll etmək üçün əməliyyatlar sistemidir.Hesablama maşınlarınları əsasən proqramlarla idarə olunur.Yəni istənilən tapşırıq proqram vasitəsi ilə həll olunur.

Alqoritmlərlər 4 üsulla təsvir olunur.
1. Mətn şəklində
2. Qrafiklər şəklində
3.Cədvəllər vasitəsilə
4. Proqramlar vasitəsi ilə.

İndi isə bu üsulları izah edək:
1.Mətn şəklində -Bu üsul ilə məsələ mətnlər,sözlər vasitəsi ilə həll edilir. Məsələn, Kartofu sözlərimizlə necə ifadə edərik. Bax bu üsulla məsələ həll olunur. Kompyuterlərdə bu üsul ən çox Office Word və World proqramlarından istifadə edilir.
2.Qrafiklər şəklində - Əsasən tapşırıqları həll edərkən,həmin tapşırığa uyğun qrafiklər qurulur.Bu üsulla daha rahat tapşırıq başa düşmək mümkün olur və həlli asanlaşır.
3. Cədvəllər şəklində - Verilən tapşırığı əll etmək üçün az-çox Cədvəllərə ehtiyac duyulur. Alqoritmlərin ən çox təsvir edən üsullardan biridir. Bu üsuldan Mühasibat işində,Maliyyə işində istifadə daha çox olunur.
4. Proqramlar vasitəsilə - Qarşımıza çıxan məsələləri həll etmək üçün proqralardan da istifadə edilir. Bu üsul daha çox Proqramistlər məşğul olur. Ümumiyyətlə, Alqoritmlərin bu dörd üsulun hər biri öz istifadə aralığı çox yüksəkdir.

Alqoritmlərin üç tipi mövcuddur:
1. Xətti Alqoritmlər - sadə hesablama prosesi ifadə edən və ardıcıllıqlı əmaliyyatlardan istifadə edilən və yazılı alqoritm tipi.
2. Budaqlanan Alqoritmlər- Tərkibi müəyyən miqdarda məntiq mərhələsi əks etdirən alqoritm tipi. Yəni verilən tapşırığın həllind bir neçə şərt verilir və bu şərtlərdən heç olmasa biri ödənməliir. 
3. Dövri Alqoritmlər - təkrar olunan alqoritm qrupu. Dövri Alqoritmlər özləri 2 yerə bölünür: Sadə və mürəkkəb. Sadə alqoritm tipinin bir dövri olur. Mürəkkəb alqoritm tipinin isə çoxlu sayda. 

Kompyuterlərdə ən çox istifadə edilən bir sistem ALQORİTMLƏR haqqında olan məqaləmiz hələlik bu qədər. Növbəti yazılarımızı qaçırmayın.

"Şərh yazmağı unutmayın."

Klavitura

Klavitura daxil etmə qurğusudur.İstifadəçi Klavitura vasitəsi ilə lazım bildiyi informasiyanı kompyuterə yığır. Klaviturada üç növ klavişlər var:
1. Hərf və Rəqəmlər
2.Funksional düymələr
3. idarəedici düymələr.
ENTER - Daxil olmaq üçün olan düymədir
ESC- Rejimdən çıxmaq üçün olan düymədir
CAPS LOOK - Böyük Hərflərə keçmək üçün olan düymədir
SPASE - Boşluq buraxmaq üçün düymə
BACK SPACE - Sol tərəfdəki hərfləri və s. silir
CTRL,SHİFT,ALT - bu düymələrlər başqa düymələrdə işlədilir
CTRL+C - Kopiyanı seçmək üçün
CTRL+V- Kopiyanı yapışdırmaq üçündür.
CTRL+ALT+DEL - Kompyuterin yenidən yüklənməsi üçün
TAB - Kursoru 8 xana sağa atır
PRİNT SCREEN - Ekran görünüşünü bufer yaddaşa köçürür.
PAGE UP,PAGE DOWN- Mətni ekran səhifələrinə görə vərəqləyir
HOME- Sətrin əvvəlinə gəlmək üçün
END- sətrin sonuna gəlmək üçün
YUXARI OX - AŞAĞI OX,SAĞA OX,SOLA OX


Gələn yazılarımızda görüşənədək.


27 Mart 2013 Çarşamba

Kompyuter nədir?

Kompyuter sözünün mənası hesablayıcı deməkdir. İndiki Kompyuterlər ilk kompyuterlərdən bir çox xüsusiyyətlərinə görə fərglənirdi. Kompyuterin 5 nəsilli mövcuddur və sonraki nəsillərə keçid baş vermək üzrədir.
"""Kompyuterin nəsilləri haqqında növbəti yazılarımızda görüşərik."""

Kompyuter informasiyanı emal edir. İnformasiya  mətn,şəkil, sənəd və digər formatda ola bilər. Kompyuter İnformasiyanı qəbul edir, saxlayır və emal edir.

Kompyuter insanın ağlına gəlməyəcəyi şeyləri gərçəkləşdirir. Kompyuter insan ağlında sürətli və yüksəkdir.
İnsanlar isə bunun fərgində deyillər.

Növbəti yazılarımda görüşənədək
"Şərh yazmağı unutmayın"