Axtarış

Android etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Android etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

31 Temmuz 2015 Cuma

BlueStack qara ekran xətası - həlli (Black Screen)

Salam dostlar xeyli bir fasilədən sonra bu gün növbəti məqaləmi yazıram.
Bu gün BlueStack proqramını çalışdırarkən bir xəta ilə rastlaşdım və tez həllini axtardım və həll etdim. 
Həmin problemi və problemin həllini sizinlə bölüşmək istədim.



BlueStack proqramını çalışdırdıqdan sonra 20 saniyə ərzində ekran qaralır. 

Problemi həll etmək üçün aşağıdakıları etməyiniz məsləhətlidir. 

1. Alt Panelə gələrək BlueStacks proqramını yenidən çalışdırın
2. Proqram işləməyə başlayanda tez bir zamanda Play Store və yaxud digər yükləmə xidmətinə (1Mobile Market) daxil olun
3. Screen Timeout Toggle proqramını yükləyin və quraşdırın.

Beləliklə problem həll edildi. 

Problem BlueStacks-ın ekran driverindən qaynaqlanır. Bir müddət işləndikdən sonra belə xətalarla tez-tez rastlaşırıq. Screen Timeout Toggle proqramı bu xətanın qarşısını alır. 


23 Ekim 2014 Perşembe

Cross Platform nədir?

Salam dostlar
Bu dəfəki yazımızda "Cross Platform"dan danışacağıq. Cross Platform nədir onu öyrənəcəyik.

Cross Platform Azərbaycan dilində tərcüməsi Çapraz Platform kimi çıxır. 
Cross Platform birdən çox platform üçün yazılan proqramlardır. Əgər başa düşmədizsə misalla izah edək. 
Operanı götürək. Opera Brauzer həm Windows OS, həm Linux, həm də  Mac platformasında istifadə edilir. 

İndi isə sizin üçün Cross Platform proqramlarını yazaq:
Brauzerlər: Opera, FireFox, Chrome -  Windows OS, Linux, Mac
E-Çat : Mercury Messenger - Windows OS, Linux, Mac
FTP : FileZilla - Windows OS, Linux, Mac
Ofis: LibreOffice, Apache OpenOffice - Windows OS, Linux, Mac



18 Ocak 2014 Cumartesi

Kompyuter vs Android proqramlar

İnsanların ən çox istifadə etdiyi sosial şəbəkələrdən İnstagram, WhatsaPP kimi proqramları Win ailəsi dəstəkləmir. İstifadəçilər məcbur olub Android, Smartfon telefonlar alırlar ve bu telefonların sürətli satışına gətirib çıxardır. Ancaq proqramçılar yeni bir proqram yaradıblar ki, bu proqramlar həm Win ailəsi proqramları həm də Android proqramları bir arada işlətmək olar. Bu proqram Blue Stackts proqramıdır. İnternetdən axtarırsınız ve yükləyirsiniz Ustanovka edirsiniz. Ustanovka olduqdan sonra kompüter əvvəl özünden gedəcək. Və siz başlayacaqsız kompüter xarab oldu deye. Ancaq bele deyil. Geci 10 dəqiqədən sonra kompüter açılacaq. Və bu zaman Blue Stackt proqramı açılacaq. Pəncərəni qısaldırsız və kompüterdə həm Win əməliyyat sistemi və də Android proqramları gəlir.

Ancaq burda bir başqa amil var. Bu amil nədən ibarətdir. Bu amil ondan ibarətdir ki, Əgər kompüterinizin RAM`ı 4 GB azdırsa, kompüterinizin sürəti mənim kompüterim kimi zəifləyəcək. və Arabir donmalar olacaq. Ancaq RAM`ı 4 GB-dan çox olan kompüterlərdə heç bir problem olmayacaq..

İndi mən Blue Stackt yükləmişəm. Ustanovka etmişəm. Və İnstagram, WhatsaPP proqramlarımı kompüterimə yükləyib istifadə edirəm.


Sağolun, Blogumuz izləməyə davam edin. Bizim Facebookda qrupumuz. Sizləri qrupumuzda gözləyirik.

13 Mayıs 2013 Pazartesi

Əməmliyyat sistemləri - Andorid

Android Əməliyyat sistemi Google və Open Handest Allience şirkətlərinin birgə fəaliyyəti Linux əsaslı mobil cihazlar üçün istehsal olunmuş əməliyyat sistemidir.İlk dəfə 2007-ci il 5 noyabr tarixində Open Handest Allience tərəfindən yaradıldı.Satışa isə 2008- ci il 21 oktyabr tarixində buraxıldı.
Son versiyası Android 2.3 6 dekabr 2010 tarixində satışa buraxıldı.

Android MPEG4,MP4,H.264,MP3 və AAC,AMR,JPEG,PNG,GİF kimi səs, video və şəkil formatlarını dəstəkləyir.

Android GSM\EDGE,IDEN,CDMA,EV-DO,UMTS,BLOTOOTH,WIFI,LTE və WIMAX kimi şəbəkələri dəstəkləyir.

Androidin rəsmi veb səhifəsi: android.com

12 Mayıs 2013 Pazar

AutoCAD proqramı haqqında qısa anlayış


AutoCAD (Auto computer Aided Design) Autodesk şirkətinin 1982 –ci ildə bazara çıxardığı proqramlardan biridir. Tikinti layihələrinin işlənməsində istifadə edilən proqramlardan biri olaraq çox məşhurdur. Artıq həmin tarixdən bu günə Autodesk şirkəti AutoCAD proqramının 26 versiyası satışa buraxılmışdır. Bu versiyalardan ən sonuncusu AutoCAD 2013 (DW G2013) versiyasıdır.
AutoCAD proqramını aşağıdakı əməliyyat sistemləri dəstəkləyir:
  1. Windows XP
  2.  Mac OS X
  3.  iOS
  4. Android
AutoCad proqramının imkanlarıda xeyli saydadır. Hər bir istifadəçi AutoLİSP dən istifadə edərək, AutoCAD proqramında əlavə sorğu pəncərəsini aça bilər.AutoLİSP - i AutoCAD proqramına qoşmaq üçün NotePaddə proqramı yazıb qurtardıqdan sonra onu .lsp formatında qeydiyyatdan keçirmək lazımdır. Əksi halda AutoCAD AutoLİSP- i tanımayacaq.