Axtarış

free etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
free etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

30 Ekim 2014 Perşembe

RePack nədir?

Salam dostlar.

Bu dəfəki mövzumuz RePACK haqqında olacaq. İnternetdən istifadə etdiyimiz zaman, hər hansı proqram axtarışı zamanı qarşımıza tez-tez çıxan bu RePACK nədir.

Əvvəlcə bir nümunə ilə başlayaq. Yaddaşı böyük olan bir proqram və yaxud oyun ( və s.) yükləmək istəyirsiz. Ancaq həmin proqram ödənişlidir. Və siz onu yükləməkdən imtina edəcəksiz, ya da onun açarlarını axtaracaqsız.

Günümüzdə xakerlər, proqramistlər belə proqramlar üzərində işləyib onların həcmlərini azaldıb və orda yerləşən bəzi dosyaları silmiş və yenidən paketləndirərək İnternet aləminə təklif etmişdir. Və biz axtardığımız proqramın FREE (Pulsuz) versiyasını axtararkən birdən həmin proqramın REPACK yazılan formasını görürük. Həmin xakerlərin, proqramistlərin üstündə işləyib və yenidən paketləyib internet aləminə təklif etdiyi həmin proqramlar RePack adlanır. 

RePack - sözü ingilis sözüdür. Repeat - yenidən, təkrar və Pack - paket sözlərindən əmələ gəlmişdir, hərfi tərcümədə Təkrar Paket, Yeni Paket kimi çıxır. 

RePack proqramları sizin aktivləşdirməyinizə ehtiyac yoxdur. O proqramlar özləri aktivasiya olunmuş proqramlardır. 

RePack proqramlar yükləyərkən ehtiyatlı olun.
 Güvənmədiyiniz saytlardan yükləməyin. 
Çünki bəzən bu proqramların tərkibində Crack versiyalar olur. 
RePack və Crack tamam ayrı-ayrı anlayışlardır. 

Crack proqramlar haqqında yaxın zamanlarda yazı yazacam. 

Yazını sona qədər oxuduğunuz üçün təşəkkürlər.

17 Nisan 2014 Perşembe

Recuva (silinmiş faylların bərpası) + Video

Salam dostlar.

Bu yazımızı Facebook səhifəmizdə izləyicimizin xaişi ilə yazırıq. 
İlk öncə Recuva nə işə yarayır? - Recuva - PriForm şirkətinin istehsalı olan proqramlardan biridir. Proqram vasitəsi ilə Kompüterimizin Korzina (Recycle Bin - Səbət) -sından silinmiş faylları bərpa etmək olar. Aşağıda video şəklinə istifadəsi göstərilmişdir. Proqamı qurarkən dili Türk dili edin. Daha asan olsun.

Videoya baxarkən HD olmasına diqqət yetirin.


Recuva proqramını yükləmək üçün aşağıdakı linkə klikləyin



Təşəkkürlər




15 Mart 2014 Cumartesi

Facebook Hacker


Salam, dostlar 
Bu günki movzumda hamının maraqla axtardığı proqrama həsr edəcəm.
FACEBOOK HACKED
Facebook profil qırmaq, profil oğurlamaq və s. kim necə başa düşürsə elə.
Facebook profil oğurlamaq mümkündürmü??? Hansi programlarla bu mümkündür??? Facebook yaradıcısı Mark bəs buna qarşı nə edir???

Gəlin başlıyaq.
Sizə deyim ki, Facebook hack mümkündür. Ancaq belə bir program mövcud deyil. Sual verərsiz, bəs necə hack edirlər. Böyük və hackerlər tərəfindən sevilən, proqramçıların sevimli programı olan DarComet, Keylogger, Rat, Troyan proqramlarla sizin facebook profiliniz çalınır. Başqa cür mümkün deyil. Bu programlarda hazırlanan viruslar yalançı "FACEBOOK HACK" programların içində olur. Və Siz bu programları yüklədikdə virus kompüterinizə daxil olur və məlumatları həmin virusun istehsalçısına gedir. Və o çox asanlıqla sizin bütün profillərinizə daxil olur. Şəxsi məlumatlarınızı belə öyrənə bilir.
Bu arada Facebook oğurlayanlar, belə internet istifadəçiləri çox zaman HACKER adlanırlar. Ancaq belə istifadəçilər HACKER deyillər. Yaxın zamanda HACKER-lərlə bağlı olan məqalələri sizlər üçün yazacam.

Düşünün "Facebook Hack" programı mövcuddur. Bu programla profillər oğurlanır. Bəs Mark?? onun profili oğurlanar. Facebook necə bizə zəmanət verirki, profilizdəki şəxsi məlumatlarınız gizli saxlanılır. Facebook Gizlilik  bu linkə daxil olaraq siz Facebook gizlilik haqqında oxuya bilərsiz. Necə olurki Facebook buna zəmanət verir. Çünki elə proqram yoxdur. Facebook şirkətinin özündə 200-dən çox HACKER işləyir. Bunlar zəif və orta dərəcəli hackerlər deyil. Onlar təkmilləşmiş, 100lərcə programın istehsalçısıdır.


Və sonda bütün istifadəçilərə demək istəyirəm ki, Facebook Hacker adında bir program yoxdur. Və yükləməyin. Belə programı sizlərə kim məsləhət görürsə deməli o özü sizin profilinizi oğurlamaq istəyir. Profil oğurlamağın isə çox böyük yolları vardır. Növbəti yazılarımızda bunun yolları haqqında yazacam...

Mövzunu sona qədər oxuduğunuz üçün təşəkkür edirəm..

Bizi Facebookda bəyənməyi və Tvitterdə izləməyi unutmayın

12 Mart 2014 Çarşamba

Photo Slideshow Maker Free


Salam, dostlar. Bu gün sizlərə sevdiyim bir Slayd programını bölüşmək istəyirəm. 
Photo SlideShow Maker Free
 Bu program istifadə etdiyimiz digər programlardan fərglənir. Çox sevilən bir programlardan biridir. 

Həm Keyfiyyətləri həmdə həcmcə digərlərindən fərglənən proqramlardan biridir.

Programı yükləmək üçün aşağıdakı linkə tıklayın.
Lisenziya: Free
Sistem: Win7/ Win8/Win XP



Təşəkkürlər . Şərhlərinizi gözləyirik..



29 Ocak 2014 Çarşamba

Brauzer Opera

Salam, Mövzumuz Opera brauseridir.

Opera yeni versiyası ilə ən sürətli brauzer adını yenə öz üzərinə götürdü. Turbo gücü ilə köhnəsindən 7 qat daha sürətli olan Opera ən yavaş internet əlaqəsini belə daha sürətli açır. Opera aşağıdakıları özündə birləşdirir:
1. Ən sürətli Java Script 7 qat daha sürətli
2.  Gizli və etibarlı gəzişmə xüsusiyyətləri ilə arxanızda iz buraxmadan istifadə edə biləcəksiniz.
3. Artırılan təhlükəsizlik xüsusiyyətləri ilə güvənmədiyiniz saytlara belə rahat girib çıxa bilərsiniz.
4. HTML 5 və CSS 4 dəstəkli inkişaf etdirilən veb standartları
5. Dizaynda edilən Aero Glass inkişaf etdirmələrlə yep-yeni Opera bizləri gözləyir...


Opera
Free lisenziya
İstənilən ƏS
Dünyanın müxtəlif dillərində
yüklə
mənbəVikipedia:Opera (brauzer)
Opera Free Yüklə

26 Ocak 2014 Pazar

İnteriCAD T5

Salam, Hörmətli oxucular. Mövzumuz İnteriCAD Dizayn proqramıdır. Mövzunun sonunda yükləmə linki də veriləcək.
        İnteriCAD rahat istifadə edə biləcəyimiz bir 3D Dizayn proqramıdır. 3ds Max və ya AutoCAD proqramından bir neçə xüsusiyyətinə görə qabaqda gedir İnteriCAD proqramı. İnteriCAD proqramının xüsusiyyətləri:
1. Proqramı rahat öyrənə və istifadə edə bilərik ;
2. Sürətli modelləşdirmə;
3. 2D dən 3D-yə rahat çevrilmə.
4. 3D ekranda istediyimiz figurları, detalları rahat və sürətli istifadə etmək imkanı 

 və s.  İnteriCAD proqramının xüsusiyyətlərini, imkanlarını saymaqla bitməz. 

İnteriCAD
Verisya : T5
Lisenziya: Free
Dil: İngilis
ƏS: Win XP, Win7, Win8, Vista
Yaddaş tutumu: 349 MB

Yüklə

Pascal 2.2.2 Free

Salam, Hörmətli oxucular . Bu gün ki, yazımız oxucumuzun istəyi ilə Pascal Proqramı haqqındadır.
      Pascal proqramı Pascal Proqramlaşdırma dilinin redaktor proqramıdır. Pascal proqramlaşdırma dili 1970-ci ildə professor Niklaus Virt tərəfindən yazılmış və Frnasız riyaziyyatçısı Blez Paskalın şərəfinə Pascal adlandırılmışdır. Pascal Free proqramı da Pascal dili ilə yazılmışdır.

Pascal Free proqramının xüsusiyyətləri:
Versiya : 2.2.2
Limit: Free Lisenziya
ƏS: Windows (bütün ƏSlarda)
Yaddaş tutumu: 33.8 MB

yüklə:
Pascal Free 2.2.2 

Şərhlərinizi gözləyirik. Növbəti məqaləmizdə görüşənədək...



25 Ocak 2014 Cumartesi

CCleaner 4.06

Crap Cleaner sözlerinin birləşməsindən əmələ gəlmiş CCleaner Proqramı PriForm şirkəti tərəfindən hazırlanmışdır. CCleaner proqramı bir utilitydir. O kompüterinizi təmizləyir və sürətlənməsinə kömək edir.

CCleaner 4.06
Lisenziya : free
Faylın yaddaşı : 4.00 MB
ƏS:

  1. Microsoft Windows 2000 Professional
  2. Microsoft Windows 7
  3. Microsoft Windows Vista
  4. Microsoft Windows 8
  5. Microsoft Windows XP


CCleaner proqramının 4 növü vardır:

  1. Free       Pulsuz
  2. Proffessional    24.95 USD
  3. Bussines Edition     34.95 USD
  4. Network Edition     Şəbəkəyə görə təyin edilir.
Yüklə


24 Ocak 2014 Cuma

Foxit Reader 6.0.6.0722

Foxit Reader proqramı ilə PDF faylları oxuya bilərsiniz. Elektron kitabların çox hissəsi PDF olduğu üçün çox zaman problemlər yaşanır. Düzdür bir çox kompüterlərdə Standart Adobe Reader proqramı var. Ancaq Foxit Reader`in bəzi keyfiyyətləri ondan yaxşıdır. Demirəm ki, Foxit Reader Adobe Reader`dən daha yaxşıdır. Hər ikisinin mənfi və müsbət keyfiyyətləti kifayət qədərdir.

Foxit Reader`in xüsusiyyətləri:
- Kiçik həcmli olması
- Sənədlərə avtomatik ad qoyma
- Sənədlərə açıqlayıcı şərh əlavə etmək
- Mətn dəyişdirmək
- Yüksək dərəcədə təhlükəsizlik və gizlilik
- heç bir vaxt sofware olmayan

Foxit Reader
Lisenziya: freeware
ƏS: Win7/Vista
Dil: Ingilis
Foxit Reader yüklə

22 Ocak 2014 Çarşamba

TeamViewer haqqında

Salam. Bu gün sizlərə TeamWiever proqramı haqqında qısa yazacam.

TeamWiever proqramı bir çoxlarının sevdiyi uzaqdan idarəedici proqramlardan biridir. Onu da deyim ki, bu proqramı 200 milyondan çox istifadəçisi var və şikayətlərin sayı azdır. Az-az hallarda narazı istifadəçilər yaranır.

Məsələn siz işdə oturub TeamWiever proqramı vasitəsi ilə evdəki kompüteri istifadə edə bilərsiniz. Və ya Kompüterin hansısa bir problemi yarandıqda ustaya götürmədən TeamWiever kodunu deyərək usta sizin kompüterə baxa bilər. və s. kimi keyfiyyətləri var.

TeamWiever "free lisans"-la verilir. Yəni limitsiz lisenziya, Kompüteriniz üçün pulsuz host , Ən yüksək təhlükəsizlik xidməti Əlaqələriniz 2048 bit RSA şifrə və 256 bit AES kodlaması ile istifadə edilən şifrəli quruluşa malikdir.

Və TeamWiever proqramının bir çox versiyası vardır. Bunlardan sonuncusu TeamWiever 9 versiyasıdır. TeamWiever 7, TeamWiever 8 və TeamWiever 9 versiyalarını yükləmək istəyirsinizsə aşağıdakı linklərdən istifadə edin.

TeamWiever 7 yüklə
free lisenziya,
 türk, ingilis, fransız, alman, italyan,ispan, portugal dilləri
Win XP, Vista, Win7  sistemləri tərəfindən dəstəklənir

TeamWiever 8 yüklə
TeamWiever 9 yüklə


Sağolun. Blogumuzu izləməyə davam edin....
Sual və təkliflərinizi gözləyirəm.