Axtarış

veb Səhifə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
veb Səhifə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

22 Ocak 2014 Çarşamba

Blogcu.com -da blog açmaq

Salam. İndi blogcu.com blog saytında blog açmağı öyrədəcəm. Blog açmaq üçün ilk öncə orda nə yazacağını düşünməli və işini sonunadək getməlisən. blogcu.com saytında ilk əvvəl blog açmaq üçün siz e-mail adresi ilə qeydiyyatdan keçməlisiz. Bunun üçün siz Blogcu.com adresinə daxil olursunuz. Orda yuxarı küncdə giriş/kayıt yazılan yerdə kayıt`ı seçirsiniz. Sonra qarşınıza belə bir səhifə gələcək. Orda siz kullanıcı adınızı, şifrənizi , e-poçtunuzu yazırsınız. Güvənlik kodunu yığırsınız və "KULLANICI SÖZLƏŞMƏSİNİ" oxuyub sonra onu işarə edirsiniz. Bu sizin nə vaxt blogdan block ediləcəyinizi göstərir. Daha sonra aşağıda Blog aç düyməsinə daxil olursunuz.
Siz bundan başqa Facebook ile bağlan düyməsi ilə də qeydiyyatdan keçə bilərsiniz.

daha sonra qarşımıza blogunuzun idarə etmə sistemi gəlir. Bir şeyidə unutmayaq, verəcəyiniz Kullanıcı adına diqqət yetirin. O sizin blogunuzun ünvanı olacaq. Məsələn deyək ki, adı qoyduz həyat , blogunuz həyat.blogcu.com kimi olacaq.
Qeydiyyatdan keçdikdən sonra siz Ayarlar menyusuna daxil olaraq, blogunuzun görüntüsünü yarada bilərsiniz. Əgər sizin Veb Dizayn proqramlarından başınız çıxırsa siz öz blog şablonunuzu yarada bilərsiniz. Bunun üçün siz Şablon seç/düzenle menyusuna daxil ola bilərsizin. Statistikanı yoxlamaq üçün İstatistik bölümünə daxil olun. Blogda kateqoriyalar yaratmaq üçün Kateqoriyalar bölümünə daxil olun.


Əziz oxucular əlavə suallarınız olarsa buyurun şərh bölümünə daxil olaraq yaza bilərsiniz. Yaxın günlərdə bütün blog servisləri göstərən saytlarda blog açmağı yazacam



24 Eylül 2013 Salı

HTML Dərs-1

Salam. Blogumuzda HTML dərslərinə başlayırıq.
HTML-in əvvəl nə olduğunu öyrənək...
HTML-HyperText Markup Language
HTML dili yaranmağa 1989-cu ildə Oksford Universiteti`nin tələbəsi Tim Berners Lee tərəfindən hipermətn sənəd sisteminin çıxarılması təklifi ilə başladı.1990-cı ildə O bunu World Wide Web-Ümumidünya hörümçək toru adlandırdı.Sistemin əsası hipermətnli nişan idi.
1990 -ci ildə o HTML sənədlərə baxmağa icazə verən brauser yaratdı.
HTML dilinin ilk versiyası  HTML 1.0 versiyasıdır.  Daha sonra 1994-cü ildə HTML 2.0 versiyası işıq üzü gördü.Bu zaman HTML dili standartlaşdı.1996-cı il buraxılışında (HTML 3.0 ) artıq cədvəllər var idi. Bu dövrdə Veb-dizaynyüksək səviyyəsin yüksəldi. 1996-cı ildə HTML 3.2 versiyası işıq üzü gördü.197-ci ildə HTML 4.0 versiyası işıq üzü gördü və bu versiyada multimedia vasitələrindən istifadə etmək mümkün idi.
1999-cu ildə HTML 4.1 versiyası işıq üzü gördü. Son versiyası isə HTML 5.0 versiyasıdır.Öyrənəcəyimiz HTML dili isə HTML 4.01 versiyasıdır


HTML 4.01 dərsiyini yazdı Size Qrup Hüseynov Emil...


Növbəti dərslərimizi qaçırmayın.



19 Nisan 2013 Cuma

İnternetdən pul qazanmaq dərsləri - VI

Salamlar bu gün İnternetdən pul qazanmaq metodlarından olan Google Adsense haqqında danışacağıq. Bizim axtarış sistemi kimi bildiyimiz Google Şirkətinin məhsullarından olan Google Adsense ilə bir çox sayt sahibləri pul qazanırlar. Daha çox da blog sahibləri.
İndi görək bu yolla qazanmaq mümkündürmü?
Məsələn Akif bəyin bir əmtəəsi var və o məhsulunu dünyada tanınmasını və alınmasını istəyir. Bunun üçün o Google Adsense ilə razılaşır və hər tıklama başına 10 USD verəcəyini deyir. Blog,sayt sahibləri Google Adsense-yə müraciət edir . Google Adsense deyir ki, tıklama başına sənə 53 USD verəcəm və onlar razılaşırlar. Əgər 100 dəfə həmin reklam tıklanarsa Məhsul sahibi 1000 USD Google Adsenseyə verir. Google Adsense isə 5300 USD-ı blog sahibinə verir. Beləliklə Adsense 700 USD qazanır, Blog sahibi 300 USD qazanır, Məhsul sahibinin isə məhsulu satılır.Yəni hər üçü üçün sərfəlidir.
Deyərsiniz ki,onda bəs niyə hamı Google Adsenseyə müraciət etmir? Onda hamı ona müraciət edər axı?.
İşin çətin tərəfinə göz ataq. 
Google Adsense deyirki, Sən blogunda kopiya yazı yazmayacaqsansa səni qəbul edirəm. Əgər blogunda kopiya yazı varsa boşuna Adsensedə vaxtını itirmə.
Google Adsense deyir: Sən blogunda link verməyəcəksən,başqa sayta keçid verməyəcəksən.
Daha sonra deyir ki,ən azı 5 yazı yazmalısan ki,səni qəbul edək.
Ən azı 100 oxucun olmalıdır ki, səni qəbul etsin.
İşin çətin tərəfi bununla bitmir.
Əgər sən reklamı yerləşdiribsən müəyyən məbləğ bitmədən Google Adsense sənə pul vermir. 
Əgər sən reklamı yerləşdiribsən və Adsense qaydalarından birini pozsan onda sənin hesabın dondurulur.
Qeydiyyatdan keçərkən Ünvanını,poçt nömrəsini və s. düzgün yazmalısan ki,ödəniş çeki ünvanına gəlsin.

Adsense ilə qazanmaq nə qədər asandırsa da o qədərdə çətindir.

Şərhlərinizi gözləyirəm.Növbəti dərslərimizdə görüşənədək.

18 Nisan 2013 Perşembe

Kompyuterinizdə saytlara girişi bağlamaq qaydası

Salam. Hörmətli valideynlər və oxucular. Uşaqlarımızı pornu saytlardan qoruyaq.Çünki biz gələcəyimizi pis və porno saytlara baxa-baxa yetişdirə bilmərik. Bunu üçün nə etmək lazımdır?Yəni porno saytları necə bağlamaq olar? Əgər sizində Antivirusunz Kaspeysky 2013 dürsə.Onda yuxarıdakı videoya baxın və əməl edin.

İnternetdən pul qazanmaq dərsləri V

Salam bu gün İnternetdən pul qazanmağın daha bir yolundan danışacağıq. Bu üsul Saytdan qazan kimi adlanır. Onu da deyim ki, bu üsul istifadə edilir və ən çox bundan qazanc əldə olunur. Niyə? Çünki telefon sahibləri dayanmadan bu saytlardadır.
Bəs ən çox qazanan saytlar hansılardır?
Bu saytlar aşağıdakı kimi təsnifləşdirilir:
1. ÇATlar
2. Veb Səhifələr
2.1 Musiqi səhifələri
2.2 Əyləncə saytları
2.3. Porno saytlar

1. Çatlardan ən çox qazanırlar. Niyə? Çünki bütün telefon sahibləri zamanında Çatlarda var və burda Postun biri 1 və ya 2 AZN-dir. Düşünün  və görün nə qədər qazanırlar.
2.1. Musiqi saytları qazanclarıda pis deyil. Çünki musiqi axtaranlar belə saytlara müraciət edir və burda istifadəçi çoxluğu yaranır. Bundan istifadə edən sayt admini reklam linklərindən öz pulunu qazanır.
2.2 və 2.3 saytlarıda eləcə.
   Ancaq Porno saytları heç kimə məsləhət görməzdim və xaiş edərdim ki, belə saytları Kompyuteriniz üçün bağlayasınız

Növbəti yazılarımızda danışarıq.

16 Nisan 2013 Salı

Proqramlaşdırma

Bu gün Proqramlaşdırma dilləri haqqında danışacağıq
Proqramlaşdırmada istifadə edilən dillər aşağıdakılardır:
1.HTML
2.PHP
3.C++
4.Java Script
Bu dillər vasitəsi ilə saytlar,bloglar daha maraqlı və rəngarəng olur. İstifadəçilər daima bu bloglardan ,saytlardan və proqramlardan istifadə etmək marağı olur.
Bəs bu dilləri necə öyrənmək olar.
Necə təcrübə qazanmaq olar.
Kompyuterimizdə olan NotePad,Bloknot və Tekstnovot Document proqramlarının köməyi ilə və ya offline işləyən bir blog açaraq burda öyrəndiyimiz bu dillərdən istifadə edə bilərik.
Kim bu dilləri öyrənmək istəyirsə  bu xəbəri oxusun və pulsuz dərslərdən istifadə etsin.

13 Nisan 2013 Cumartesi

İnternetdən pul qazanmaq dərsləri - II

Salam. Bu dərsimizi oxumaqdan əvvəl Birinci dərsimizi oxumağı məsləhət görürəm.
Niyə? çünki onu oxumadan bu dərsi başa düşməyəcəksiniz dərsin məğzi nədir !!!
    Keçək dərsə
 Bu günkü dərsi oxuyan oxucularımız aşağıdakiları biləcəklər;
1. Tıkla qazan metodundan biri olan Anket doldurmaqla qazan?
2. Anket doldurmaqla pul qazanmaq mümkündürmü?
3.Azərbaycanda anket doldurmaqla pul qazanmaq olurmu?
4. Bu üsulla qazananlar varmı?
5. Pul necə ödənilir?
6. Mənfi və müsbət cəhətləri

İndi keçək bunların izahına

 Anket doldurmaqla pul qazanmaq- İnternetdə internetdən pul qazanmaq adı ilə axtarış zamanı qarşımıza çıxan saytlardan biridə anket saytlarıdır ki, bu saytlardan qeydiyyatdan keçirsiniz və sizə günə 1 anket gəlir.Onu dolduraraq sizə 0.1 USD ilə 2 USD arasında və "nop" adlı sayt pullarını verəcəyini deyir.  İstifadəçi qeydiyyatdan keçir və başlayır anketləri doldurmağa. Müəyyən müddətdən sonra ya hesabın bloklanır və ya da siz bezərək saytdan uzaqlaşırsınız.beləliklə yenə də vaxt itkisi ilə üzləşirsiniz.
 Məsələn,mən napolyon.com saytına qeydiyyatdan keçmişdim , bir neçə gün anket doldurdum və bir problem çıxdı. Hesabıma daxil ola bilmirdim. Adminstrasiyaya və Referreri olduğum insana mesajla müraciət etdim.Heç birindən cavab gəlmədi və məndə o saytdan və "Anket doldurmaqla pul qazanmaq" üsulundan imtina etdim . O vaxta gədər mənim 1 ayım itdi,yəni 1 ay vaxt itkisi ilə qarşılaşdım.
Başqa şəxslərlə də danışırdım ,bu işdə I olan şəxslərlə. Onlardan yararlı məsləhətlər aldıqdan sonra mən uzaqlaşdım
Bəs Anket doldurmaqla Azərbaycanda pul qazanmaq mümkündürmü?
Xeyr.Mümkün deyil. Bəs niyə mümkün deyil?
I, Çünki Azərbaycanda belə bir sistem yoxdu və bu sistem olan saytlarda Azərbaycan adı yoxdu. Əziz oxucular heç vaxt saytda Azərbaycan adı olmadığı halda başqa ölkə adı ilə qeydiyyatdan keçməyin. Çünki, bu zaman sayt hansı ölkəyə məxsusdursa. Həmin ölkə "Dolandırmaq" adı ilə sizi məhkəməyə verə bilər.
I, Bu sistemdə pulu PayPal ilə verilir. Bu kartlarda Azərbaycanda işləmir.
III.    Azərbaycanda bu sistem sınanmış və Mənim kimiləri bu sistemə vaxtında yox demişdir.

Bu üsulla pul qazananlar varmı bəs?
Bəli var. Onlarda İLKLƏR-dir. Çünki onların sayəsində milyonlarca insan bu saytlara qeydiyyatdan keçirlər.
Onlar haqqında məqaləmiz olacaq.

Pul necə ödənilir?
Dediyim kimi, Ya PayPal ilə ya da Payza ilə ödənilir.
Mənfi cəhəti?
odur ki, 1. Vaxt itkisi və sağlamlığını itirmək problemi
Müsbət cəhəti ?
Hər bir itki bir qazancdır. Çünki vaxtını itirərə sən nəsə öyrənirsən.Məsələn mən Napolyonda vaxtımı itirdim,əvəzində belə saytların əsas niyyətini öyrəndim.
Əsas niyyət bu saytda anketləri verənlər, hansısa bir işi sizi aldatmaqla sizə gördürür və özü qazanc 
əldə edir.

Bu qədər növbəti dərslərimizi oxumağa davam edin.

12 Nisan 2013 Cuma

Internetdən pul qazanmaq dərsləri - I

Bu yazımı İnternetdən pul qazanmaq, Kompyuterin köməyi ilə pul qazanmaq istəyənlər üçün yazmışam. Əgər sizində belə bir marağınız varsa buyurun oxuyun.

İnternetdən pul qazanmaq İlk kompyuter yaradılanda insanlar heç düşünmürdülər ki, bir gün İstifadəçilər internetdən gündə minlərcə dollar pul qazanacaq. Bəli minlərcə və hətda milyonlarca.
Bu mümkündür. İnsanlar internetdən pul qazanmaq diyə yazdıqlarında qarşılarına 0.33 saniyəyə  65900 qədər sayt gəlir. Buda səbəbsiz deyil.Çünki hal-hazırda belə qazananlar çoxdur. Azərbaycanda da çoxdur, ancaq bir o qədər deyil.

Bəs internetdən pul qazanmaq adı altında etdiyimiz axtarışda qarşımıza nə cür saytlar çıxır. Onların məqsədləri nədir?
İnternetdən pul qazanmaq mövzusu altında məqalələr yazan və bloggürlərin əsas məqsədi ŞƏBƏKƏ yığmaqdır !!!
Bəs bu nədir? Bu İnternetdən pul qazanmağın yollarından biridir. İnternetdən üç əsas yolla pul qazanmaq mümkündür.
  1. Tıkla Qazan - Reklam izlə, Anket doldur,Online Tərcümə işi
  2. İşlə qazan -  Online Reklam Agentliyi,Saytdan qazan, Google Adsense ilə qazan və s.
  3. Şəbəkə Marketinqi  - CPA,Afflicate Marketinq, MLM, Online MArketinq, Şəbəkə Biznesi,Şəbəkə Marketinqi kimi bir-birinə oxşar anlayışları  özündə birləşdirən bir üsul.
İndi biz qısa olaraq Tıkla qazan saytları və onların qazanc mənbəyi ,nə məqsədlə onlar 60 saniyəyə və ondan daha çox vaxta görə pul ödəyir və nə qədər? suallarına cavab tapacayıq və suallarınız olsa aşağıdan yaza bilərsiniz.

Tıkla qazan diyən saytlar əsasən sizdən reklam etdiyi şirkətlərin,müəsisələrin və s. veb səhifələrinə daxil olaraq onu izləməyinizi təşkil edir və onlardan pul götürür.
Siz bir reklamı ən azı 1 dəqiqə izləyirsiz və hesabınıza 0.001 USD-dan tutmuş 0.1 USD kimi pul verirlər.
Limit olaraq 10 və ya 100 USD olduqda sizə pulu götürməyə icazə verirlər.
Onların qazancı sizdən çox olur.
Tıkla qazan gərçəkləri
Siz tıklayaraq və vaxtınızı sərf edərək reklamlar izləyirsiniz və pulunuz 10 USD və ya 100 USD çatdıqda sizə bir mesaj gəlir

Siz saytımızın a.b.s qaydasını pozduğunuza görə sizin məbləğ silinir

o qədər zəhət oldu heçnə.
Budur tıkla qazan gərçəkləri . Sizin kimi, internetdən pul qazanmağa başlayanlar belə bir yalana aldanaraq və bəziləri tərəfindən aldadılaraq vaxtınızı itirirsiniz.
Düzdür qazananlar var. Bəs onlar kimlərdir? Həmin saytlar təzə açılan vaxtda qeydiyyatdan keçən istifadəçilər.Niyə? Çünki onlar ilklər sayılırlar.( İLklər haqqında məqaləmiz olacaq. Blogumuzu izləməyə davam edin.)
Budur tıkla qazan haqqında məqaləmiz beləcə qurtardı. Nəsə aydın olmadısa suallarınızı verə bilərsiniz.

27 Mart 2013 Çarşamba

Blogumun məqsədi

Bu Kompyuter və İnternetlə bağlı olaraq yaratdım.Bu blogumda mən nə yazacam?
Bu blogumda mən Kompyuter haqqında məlummatları,Kompyuter elmi, İnternet aləmi, İnternet və Azərbaycan, Sosial Şəbəkələr,Veb Səhifələr,Pulsuz sayt açmaq və İnternetdən pul qazanmaq və daha dəqiq Kompyuterlə bağlı hər şey haqqında yazacam.
Bu blogun tez bir zamanda daha çox yazılar yazacam.
SİZDƏN XAİŞ:  Sizində Kompyuterlə bağlı yazılarınız varsa və yazmaq istəyirsinizsə Mənim e-poçtuma mesaj atın və gmail poçtunuzu bildirin. Sizin poçtunuza tez bir zamanda təsdiq mesajı gələcək və daha sonra siz yazılarınızı yaza biləcəksiniz.