Axtarış

Windows uygulamaları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Windows uygulamaları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

11 Haziran 2014 Çarşamba

Kompüterdə itmiş dil panelini geri qaytarmaq (Windows 7)

Salam dostlar
Bu yazımızda Windows 7 ƏS-da itmiş dil paneli haqqında danışacağıq.

İstifadəçilərin son vaxtlar ən çox verdiyi suallar içində dil panelin itməsi daha çox yer alır. 
Çoxda sizi yormaq istəmirəm başlayaq dil panelini necə qaytarmaq olar izah etməyə.

Əgər dil paneli alt paneldə itibsə onda İdarəetmə Panelinə daxil olun.


Burdan isə Click, Language and Region bölməsinin tərkibində olan Change display Language menyusuna klik edin.


Burda Region and Language pəncərəsinin Keyboards and Language bölümü açılacaqdır. Orda Change Keyboards.. klik edin.


Açılacaq olan Text Services and İnput Language pəncərəsində Language Bar bölümünə baxaq. Hidden sözünün qabağı işarələnmiş olacaqdır. İşarəni götürürük və Dosked in the Taskbar klik edirik və Apply klikləyirik.


Gördüyünüz kimi Dil paneli alt paneldə yerini aldı.

Yazımızı sona qədər oxuduğunuz üçün təşəkkür edirik. Növbəti yazılaarımzda görüşənədək.




2 Mayıs 2014 Cuma

Windows Task Manager (Диспетчер задач windows)

Salam dostlar
Windows Task Manager  adlı yazmızda xoş gördük. 



Windows Task Manager (Windows Görev Yöneticisi) Azərbaycan dilində Tapşırıq Meneceri kimi tərcümə edilir. Kompüterimizin performansı, Arxa fonda fəaliyyət göstərən proqramları, fəaliyyətdə olan əmrlər, İstifadəçilər, İnternet ayarları CPU-nun işlək vəziyyəti və s. haqqında məlumat verən bir pəncərədir. Windows Task Manager -in vasitəsi ilə biz 2-ci istifadəçiləri və ya özümüzü sistemdən çıxara bilərik, fəaliyyətdə olan proqramların fəaliyyətini dayandıra bilərik, İnternet ayarlarını dəyişə bilərik, Və bundan başqa kompüterimizi söndürə, yuxu rejiminə sala bilərik.

Windows Task Manager -ə daxil olmaq üçün Ctrl+Shift+Esc qısa yolundan istifadə etmək olar. Başqa yol isə Alt panelin üstünə sağ düməni klikləyib Open Task Manager klikləyə bilərik.



21 Nisan 2014 Pazartesi

Windows 7-də öz temanızı qurun

Salam, dostlar

Windows 7 -də mövcud olan temanı dəyişib, şəkillərdən slayd şəklində temanı istədiyimiz temanı qura bilərik. Bundan xəbəriniz var idimi???
Əgər yoxdursa məqaləni tam oxuyun. (Şərh yaddan çıxmasın)

İşçi stolun boş sahəsinə mousun sağ düyməsini klik edin və Personalize klik edin.



Bu Personalization pəncərəsindən Desktop background klik edin.


Desktop Background pəncərəsindən ekranda görünün şəkillərin üstünə gəldikdə işarə yeri gəlir. Onu işarələyirik. (Ox işarəsi ilə yeri göstərmişəm)

Daha sonra Save Changes klik edin.

Təşəkkürlər. Növbəti yazılarımızda görüşənədək.

Windows 7-də "Local Disk D:" -ni Start düyməsi kimi etmək

Salam dostlar
Bu yazımda Kompüterin Windows 7 Əməliyyat sistemində alt panelə Local Disk D:-ni necə əlavə etmək olar onun haqqında danışacam.

Başlayaq.
İlk öncə alt panelin boş sahəsinə sağ düyməni klik edirik

orda Toolbars-a daxil oluruq və New Toolbar klik edirik.


New Toolbar -Choose a toolbar pəncərəsindən biz Local Disk (D:) ni seçirik.


Folder: yazısında Local Disk (D:) göründükdə Select Folder klikləyirik


Və alt paneldə göründüyü kimi Local Disk (D:) yazısı gəlir. Qarşısındakı ox işarəsinə klik etdikdə isə D: diksinə giriş edilir. Ancaq D: diski pəncərə kimi açılmır. Start düyməsi kimi açılır.