Axtarış

Win8 etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Win8 etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

12 Mart 2014 Çarşamba

Photo Slideshow Maker Free


Salam, dostlar. Bu gün sizlərə sevdiyim bir Slayd programını bölüşmək istəyirəm. 
Photo SlideShow Maker Free
 Bu program istifadə etdiyimiz digər programlardan fərglənir. Çox sevilən bir programlardan biridir. 

Həm Keyfiyyətləri həmdə həcmcə digərlərindən fərglənən proqramlardan biridir.

Programı yükləmək üçün aşağıdakı linkə tıklayın.
Lisenziya: Free
Sistem: Win7/ Win8/Win XP



Təşəkkürlər . Şərhlərinizi gözləyirik..



5 Mart 2014 Çarşamba

Kompüterin Video Kartı (Ekran Kartı) haqqinda


Salam Dostlar, Bu gün ki, yazımız Kompüterlərin Ekran kartı və ya Video kartı haqqındadır. Video kart nə işə baxır bəs? - Cavab, Video kart, məlumatı kompüterin monitoruna verir, məlumatın oxunmasına təşkil edir. Video Kartın keyfiyyəti onun parametrlərindən asılıdır.Video kartlar 4 hissədən ibarətdir:
  1. Qrafik həll prosessoru
  2. Qrafik RAM-ı
  3. Bağlayıcılar
  4. Soyuducular
Ekran kartlarının kompüterin öz yaddaşından başqa öz sürətli yaddaşlarıda vardır. Ekran kartları 3D səhnələrin , 2D qrafik oxuma qabiliyyəti, Multi monitora qosumaq kimi funksiyaları vardır. Müasir dövrdə ekran kartlarının 2 ən məşhur istehsalçısı vardır. Nvidia və AMD şirkətləridir. Ekran kartlarının yaddaş tutumu 125 MB-dan 8 GB-a qədər dəyişir.  Müasir kompüterlərdə ən güclü Ekran kartı  Nvidia istehsalı olan QUADRO K6000 modelidir. 

İndi isə baxaq biz kompüterimizin Ekran kartının parametrlərinə. Bəzən istifadəçilər sual verirlər biz Ekran kartı haqqında məlumatı hardan alaq.  Bunun üçün aşağıdakıları yerinə yetirin.

Windows+R yazıb RUN`u çağırırıq. RUN gələndə biz ora dxdiag yazıb OK klikləyirik.

Qarşımıza aşağıdakı kimi səhifə çıxır.

Gələn bu səhifədə Display`a daxil oluruq


Budur, kompüterimizin Ekran kartı haqqında informasiyalar. 

Sağolun yazımızı oxuduğunuz üçün.


Bütün oxucularımızdan izləyicilər siyahısına qoşulmağa dəvət edirəm.



26 Ocak 2014 Pazar

Windows XP-nin sonu

Salam, Bu gün məqaləmiz Windows XP Əməliyyat sisteminin gələcəyi ilə bağlıdır.

Windows XP Əməliyyat Sistemi (ƏS) uzun müddət ƏS bazarında liderlik edirdi. Heç bir ƏS onu keçə bilmirdi. İstifadəçilərin ən sevimlisi idi. Ancaq ortaya Windows 7 və Windows 8 çıxdıqdan sonra Windows XP istifadəçiləri Windows XP-dən uzaqlaşmağa başladılar. Çünki Windows XP köhnə versiya idi. Yeni versiya daha yaxşı interfeysə malikdir.

Sıralamaya görə 1-ci yerdə Windows 7 gedir. O bazarda 51.94% yer tutur. Ondan sonra 2-ci sırada Windows XP və ilk üçlüyü 7.41% ilə Windows 8 əməliyyat sistemi gəlir.

Microsoft şirkəti 8 Aprel 2014-cü ilə qədər Windows XP-nin bazar payını 13% endirmək istəyir. Bu tarixdən etibarən Microsoft şirkəti Windows XP və Microsoft Office 2003-ə dəstəyini sonlandıracaq.

Belə bir anda sual ortaya çıxacaq , bəs Windows XP istifadəçiləri nə edəcək ???

Mənbə: TAMindir.com

Sağolun, şərhlərinizi gözləyirik, Blogu izləməyə davam edin...

İnteriCAD T5

Salam, Hörmətli oxucular. Mövzumuz İnteriCAD Dizayn proqramıdır. Mövzunun sonunda yükləmə linki də veriləcək.
        İnteriCAD rahat istifadə edə biləcəyimiz bir 3D Dizayn proqramıdır. 3ds Max və ya AutoCAD proqramından bir neçə xüsusiyyətinə görə qabaqda gedir İnteriCAD proqramı. İnteriCAD proqramının xüsusiyyətləri:
1. Proqramı rahat öyrənə və istifadə edə bilərik ;
2. Sürətli modelləşdirmə;
3. 2D dən 3D-yə rahat çevrilmə.
4. 3D ekranda istediyimiz figurları, detalları rahat və sürətli istifadə etmək imkanı 

 və s.  İnteriCAD proqramının xüsusiyyətlərini, imkanlarını saymaqla bitməz. 

İnteriCAD
Verisya : T5
Lisenziya: Free
Dil: İngilis
ƏS: Win XP, Win7, Win8, Vista
Yaddaş tutumu: 349 MB

Yüklə

25 Ocak 2014 Cumartesi

CCleaner 4.06

Crap Cleaner sözlerinin birləşməsindən əmələ gəlmiş CCleaner Proqramı PriForm şirkəti tərəfindən hazırlanmışdır. CCleaner proqramı bir utilitydir. O kompüterinizi təmizləyir və sürətlənməsinə kömək edir.

CCleaner 4.06
Lisenziya : free
Faylın yaddaşı : 4.00 MB
ƏS:

  1. Microsoft Windows 2000 Professional
  2. Microsoft Windows 7
  3. Microsoft Windows Vista
  4. Microsoft Windows 8
  5. Microsoft Windows XP


CCleaner proqramının 4 növü vardır:

  1. Free       Pulsuz
  2. Proffessional    24.95 USD
  3. Bussines Edition     34.95 USD
  4. Network Edition     Şəbəkəyə görə təyin edilir.
Yüklə


24 Ocak 2014 Cuma

AVG AntiVirus Free Edition 2014

AVG Antivirus 2014 Antivirusu her zaman istifadə etdiyimiz antiviruslardan biridir. Antivirusun xüsusiyyətləri:
- Sürətli və yaxşı axtarış sistemi
- İnkişaf etmiş gizlilik yoxlamaları
- Virus, zərərli maddələri tapır və dayandırır.
- Təhlükəli saytları və faylları dayandırır.
- Pulsuz Mobil Təhlükəsizlik
- Casusluğu və hackı qabaqlayır
- Silinmiş fayllardan arxaya heçnə buraxmır.
- Kompüterinizin sürətlənməsinə kömək edir.
             AVG Antiviruss 2014-ün işləmə sistemi:
Dİl: Türk dili
Lisenziya: free (pulsuz)
ƏS: Win8,Win7,Vista,WinXP
32bit üçün:
AVG Antivirus 2014 (32bit)
64 bit üçün:
AVG Antivirus 2014 (64bit)
1 illik satın almaq üçün: İllik ödəniş 47 TL
AVG Antivirus 2014 (Pullu)

Sağolun, Blogumuzu izləməyə davam edin, Şərhlərinizi gözləyirik...