Axtarış

Kompüter etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Kompüter etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Haziran 2014 Çarşamba

Kompüterə yazı stili (Font) yükləmək (Windows 7)

Salam dostlar
Bu günki yazımızda Kompüterə font yükləmək olacaqdır. 
Font nədir? əvvəlcə bu suala cavab tapaq.
Font - kompüterimizdə olan yazı stillərinə verilən addır. 
Font yükləmək üçün aşağıdakılara əməl edin.
Mən indi sizlərə Font depolarında olan FontYukle.Net saytından danışacam.
 Sayta daxil olub istədiyimiz fontda Download -ı klik edirik.


Daha sonra növbəti səhifədə gizli kodu daxil edib Submit klikləyirik. 
Bu zaman yukləmə linki açılır.


Download Now düyməsini klik edirik. 


Burda Save klikləyirik.


Daha sonra Control Panel-ə daxil olub View by:- dan Large icon seçib  Font bölməsinə daxil oluruq.


Fonts-a daxil olduqdan sonra həmin yüklədiyimiz fontu sürükləyib qoyuruq bu bölməyə


Budur font yükləndi. Sınamaq üçün MS Word proqramını açın orda yazı yazın və Font-dan yüklədiyiniz fontu axtarın.

Bu yazımız bu qədər.Əgər oxucularımız Video şəklində istəyərlərsə şərhlərdə bildirə bilərlər.

Sona qədər oxuduğunuz üçün təşəkkürlər.





15 Nisan 2014 Salı

Kompüterdə siçanın (mouse) fonunu dəyişmək

Salam, dostlar.
Bu yazımda siçanın fonunu necə dəyişmək olar onu yazacam.

İlk öncə mausun sağ düyməsini klik edib Personalize klik edirik.


Daha sonra Change mouse pointers yazısını klik edirik.


Sonra isə Scheme menyusundan stil seçirik. Customize-də mausun müəyyən vəziyyətlərdə görünüşü görünür. Hər stildə bir cür. Burdan istədiyimiz stili seçib OK klik edirik. Və siçan görüntüsü dəyişəcək.


Kompüterdə Siçanı sürətləndirmək





Salam, dostlar, bu yazımda Kompüterdə Siçanı , mausu necə sürətləndirməyi göstərəcəm.

Başlayaq

İlk öncə Mausun sağ düyməsini klik edib Personalize klik edirik.


Daha sonra Change mouse Pointers yazısını klik edək.


Pointer Options menyusuna daxil olaq


Daha sonra Select a pointer speed yazısına baxaq. Fast (sürətli) Slow (Yavaş) yazılarını görəcəyik. Fast tərəfə aparsaq maus sürətlənəcək, Slow tərəfə aparsaq sürət yavaşlayacaq.

Bu qədər . Növbəti yazımızda görüşənədək







10 Nisan 2014 Perşembe

Windows 7-də alt panelin itirilməsi və geri qaytarılması

Salam, dostlar

Bu yazımızda Alt panelinin monitordan itməsi və qeri qaytarılmasına baxacağıq.

Əvvəlki mövzumuzda Alt panelin yerini dəyişməsindən danışmışdıq. 

Başlayaq.

İlk öncə panelin boş yerinə sağ düyməni klikləyək. Ordan Properties (Cвойства)  klik edək. 


Burdan isə Auto-hide the taskbar seçirik və OK klik edirik.


Gördüyümüz kimi artıq alt panel ortada yoxdur. Panelin olduğu yerə gəldikdə isə panel ortaya çıxacaqdır.

Əgər sizin kompüterdə panel itibsə 
 yuxarıda qeyd etdiyim yerdən daxil olaraq, paneli göstər işarələyib ok klik etməyiniz kifayətdir.

===========================
Yazımızı sona qədər oxuduğunuz üçün təşəkkürlər.
Blogumuzu izləməyi, Facebook səhifəmizi bəyənməyi unutmayın.
Təşəkkürlər






8 Nisan 2014 Salı

Windows 7 -də tərs çevirən panelin düzəltdilməsi

Salam, dostlar
Bəzən istifadəçilərimiz Windows 7-də panel sağda, solda və ya yuxarıda durur, onu necə düzəltmək olar deyə suallar verirlər. Bu yazımızı həmin istifadəçilər üçün düzəltdim.


Məsələn bu yuxarıdakı şəkildəki kimi, panel sol tərəfdə durub. Onu necə düzəltmək olar.

1. İlk öncə Panelin boş yerinə mausun sağ düyməsini klikləyək.


Daha sonra Properties (Cвойства) klik edək.
Gördüyünüz kimi,  panelin sol tərəfdə durmasının səbəbi Taskbar location on screen (Панель задач расположение на экране)-nın Left (слева ) olmasıdır.


Onu dəyişib biz edəcəyik Botton (дно ). və OK klik edək.


Ok düyməsini klik etdikdə. Panelimiz normal olaraq aşağıya dönəcəkdir. Paneli biz ekranın müxtəlif tərəflərində saxlaya bilərik.


Left (слева) - sol
Right (право  ) - sağ
Bottom (дно ) - alt
Top (топ) - üst

Bu dördündən hər hansı birini seçərək, paneli istədiyiniz yerə apara bilərsiniz.

=====================
Yazımızı sona qədər oxuduğunuz üçün təşəkkürlər.
Yazımıza şərh yazmağı, blogumuzun izləyicisi olmağı, və səhifəmizi bəyənməyi unutmayın.\







12 Mart 2014 Çarşamba

Torrent Nədir? müsbət və mənfi cəhətləri hansılardır?


Salam, Dostlar. Bu gün yazımız Torrent Fayllar haqqında olacaq. 
Əvvəla Torrent haqqında danışaq. 
Torrent- İnternetdə fayl yükləmək üçün lazım olan bütün informasiyanı özündə saxlayan .torrent tipli fayl sistemidir.
Torrent fayllarda yaddaşı böyük olan fayllarıın yaddaşı kiçildilir. Biz əgər hər hansı böyük həcmli programı yükləmək istəyiriksə, bu zaman həmin programın torrent faylını axtarırıq və yükləyirik, daha sonra torrent programımızı açıb, həmin programı yükləməyə başlayırıq. 
 Torrent-in müsbət və mənfi cəhətləri vardır.
Əvvəlcə müsbət cəhətləri:
1. Çox sürətli yükləmə sistemdir;
2. Yükləməni istədiyimiz an dayandırıb, istədiyimiz an davam etdirə bilərik;
3.  Digər programlar kimi saatlarla kompüterin başında durub yükləməyə ehtiyac qalmayacaq.

Mənfi cəhətləri:
1. Əgər yüklədiyiniz torrent fayl etibarsız bir saytdandırsa, kompüterinizə virus gətirə bilər;
2. Əvvəlcə yükləmək istədiyimiz faylın hansı saytda olduğunu, bu saytın nə dərəcədə etibarlı olduğunu tapmalıyıq.
3. Bəzən torrent içində gizli viruslar olurki, bəzi antiviruslar onları seçə bilmir və kompüterinizə yoluxur.

Torrent fayllar əgər etibarlı saytlardan yüklənilibsə rahatlıqla kompüterinizə qurub istifadə edə bilərsiz. Torrent faylı yüklədiyimizdən sonra onu Torrent programında açmaq və istədiyimiz oyun,program və s. faylı sürətlə yükləyə bilərik. 
Əsas Torrrent terminləri
1. Seeder - Torrenti tam yükləyən və onu upload edən şəxs.
2.Leechet - Faylı yükləyib ,yükləmə prosesini başa çatdırmayan şəxs.
3. Peer- Faylı yükləyən və upload edən şəxs.
4. Tracker - Torrentin yüklənildiyi mənbə.
5.Reseed - Yüklənilən faylı təkrar yükləyən şəxs.
6. Client - Torrent faylları yüklənməsinə və açmasına kömək edən program

Məsləhət gördüyüm bəzi Client programlar aşağıda verilib..


Torrent program, oyun, fayl və s. istədiyiniz hər şeyi yükləmək üçün torrent.com saytına ziyarıt edin.

Sağ olun, Növbəti yazimizda görüşənədək.