Axtarış

Facebook etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Facebook etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2 Kasım 2014 Pazar

İnternetdən pul qazanmaq X - Google Adsense və 2014-cü il yenilikləri

   Salam dostlar.

Keçən dəfə Facebook səhifəmizdə söz verdiyimiz "Google Adsense 2014 yenilikləri"
 başlıqlı mövzumuzla qarşınızdayıq.

Bu yazımızda biz Azərbaycan reklamyayımlayanları sevindirəcək bir  yeniliyi yazacam.

Adsense ilə işləyən və daima onu izləyən birisi böyük ehtimal nə haqda söhbət getdiyini bilmişdir artıq.

Bildiyimiz kimi əvvələr Azərbaycanlı reklamyayımlayanlar öz məvaciblərini çek vasitəsi ilə alırdılar. Birbaşa ödəniş yox idi. Çek isə ölkəyə 2 ay ərzində çatırdı və ölkə ərazisində yalnız 2 bank bu çekləri pula dəyişirdi. 

Yenilik nədən ibarətdir ....

Google Adsense 2014 İyun-İyul aylarındakı dəyişikliklərə əsasən Azərbaycana nəğd ödənişlər həyata keçirəcək. 
Yəni artıq çek sistemi sona çatdı. Artıq əgər Bank hesabınız varsa pullarınız sizin seçiminiz əsasında Banka yatırılacaq və istədiyiniz zaman gedib götürə biləcəksiz.

Beləliklə artıq Azərbaycan saytları rahatlıqla öz saytlarını Adsense`də qeydiyyatdan keçirəcək (Ölkə Azərbaycan seçərək) və pullarını problemsiz əldə edəcəkdir.

29 Mart 2014 Cumartesi

Hashtag düzəltmək


Bu günki yazımız Hashtag yaratmaqdır. Hər hansı mövzu üzərində diqqəti artırmaq üçün Hasgtag yaradılır. Bü günki gündə Bütün Sosial şəbəkələrdə Hashtag yaratmaq olar. bü çox asan işdir.  Sadəcə Sözün önündə  # işarəsini qoymaq bəsdir. 
Ancaq bəzən # işarəsini qoyduqda Hashtag əmələ gəlməyə bilər. 
1. Hastag yaratmaq üçün # işarəsindən sonra boşluq qoymaq olmaz. 
Məsələn : # həyat   yox #həyat

2. Daha oxunaqlı Hashtag yaratmaq üçün sözlərin sayını azaldın.


Artıq Günümüzdə Hashtag bütün sosial şəbəkələrdə istifadə olunur, həmdə hər gün. 



Yazımızın sonuna çatdıq .



15 Mart 2014 Cumartesi

Facebook Hacker


Salam, dostlar 
Bu günki movzumda hamının maraqla axtardığı proqrama həsr edəcəm.
FACEBOOK HACKED
Facebook profil qırmaq, profil oğurlamaq və s. kim necə başa düşürsə elə.
Facebook profil oğurlamaq mümkündürmü??? Hansi programlarla bu mümkündür??? Facebook yaradıcısı Mark bəs buna qarşı nə edir???

Gəlin başlıyaq.
Sizə deyim ki, Facebook hack mümkündür. Ancaq belə bir program mövcud deyil. Sual verərsiz, bəs necə hack edirlər. Böyük və hackerlər tərəfindən sevilən, proqramçıların sevimli programı olan DarComet, Keylogger, Rat, Troyan proqramlarla sizin facebook profiliniz çalınır. Başqa cür mümkün deyil. Bu programlarda hazırlanan viruslar yalançı "FACEBOOK HACK" programların içində olur. Və Siz bu programları yüklədikdə virus kompüterinizə daxil olur və məlumatları həmin virusun istehsalçısına gedir. Və o çox asanlıqla sizin bütün profillərinizə daxil olur. Şəxsi məlumatlarınızı belə öyrənə bilir.
Bu arada Facebook oğurlayanlar, belə internet istifadəçiləri çox zaman HACKER adlanırlar. Ancaq belə istifadəçilər HACKER deyillər. Yaxın zamanda HACKER-lərlə bağlı olan məqalələri sizlər üçün yazacam.

Düşünün "Facebook Hack" programı mövcuddur. Bu programla profillər oğurlanır. Bəs Mark?? onun profili oğurlanar. Facebook necə bizə zəmanət verirki, profilizdəki şəxsi məlumatlarınız gizli saxlanılır. Facebook Gizlilik  bu linkə daxil olaraq siz Facebook gizlilik haqqında oxuya bilərsiz. Necə olurki Facebook buna zəmanət verir. Çünki elə proqram yoxdur. Facebook şirkətinin özündə 200-dən çox HACKER işləyir. Bunlar zəif və orta dərəcəli hackerlər deyil. Onlar təkmilləşmiş, 100lərcə programın istehsalçısıdır.


Və sonda bütün istifadəçilərə demək istəyirəm ki, Facebook Hacker adında bir program yoxdur. Və yükləməyin. Belə programı sizlərə kim məsləhət görürsə deməli o özü sizin profilinizi oğurlamaq istəyir. Profil oğurlamağın isə çox böyük yolları vardır. Növbəti yazılarımızda bunun yolları haqqında yazacam...

Mövzunu sona qədər oxuduğunuz üçün təşəkkür edirəm..

Bizi Facebookda bəyənməyi və Tvitterdə izləməyi unutmayın

11 Temmuz 2013 Perşembe

Facebook profilində itirilmiş ( yaddan çıxmış" parolun bərpası

Salam əziz blogumuzun izləyiciləri.

Bir çox zaman facebook istifadəçilərinin şifrəni unudub əvəzində yeni bir profil açdığını görürük.
Bəs yaddan çıxmış şifrəni nece bərpa etmek, başqası ilə əvəzləmək olar.
 onun üçün aşağıdakı şəkillərə baxaq. Şəkillərdə izahıda verilib...




Burda yeni bir səhifədə bizə "yeni parol" və "parolu təkrar yaz" adlı xanalar gələcək. istədiyiniz parolu iki dəfə yazırsınız.


 Beləliklə sizdə sınayın. ... İnternetdən (facebookdan) istifadə zamanı ən çox qarşımıza çıxan problemlərdən biridir.
Yazını axıradək oxuduğunuz üçün təşəkkür edirik.