Axtarış

RUN etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
RUN etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

12 Nisan 2014 Cumartesi

Skype-da giriş zamanı profil adının Skype tarixçəsindən silinməsi (Şəkilli izah)


Salam dostlar.

Bu yazımızda Skype-da istifadəçi adının silinməsi haqqında olacaq.

Başlayaq

İlk öncə Skype profilindən çıxaq və Skype proqramını bağlayaq
Daha sonra Run əmr pəncərəsini çağıraq.
(Windows+R)


Run pəncərəsinə %appdata%\Skype yazısı yazaq və OK (Enter) klik edək.


Daha sonra Skype qovluğu açılacaq.


Burda profil adınızda olan qovluğu silin.

QEYD:
Əgər siz Skype mesajlarını silmək istəyirsizsə main.db faylını köçürün. Onu silməyon. 


Bu qədər təşəkkür edirik. Əgər alınmaza yaza bilərsiz.

=============================
Yazımızı oxuduğunuz üçün təşəkkür edirik
Səhifəmizi bəyənin, Blogumuzun izləyicisi olun.
Daha çox öyrənək və öyrədək

9 Mart 2014 Pazar

Flash USB -nin formatini dəyişmək (FAT32 convert NTFS)

Salam dostlar, bu gün USB-ların formatları olan FAT32 və NTFS-dan yazacam. Əvvəlcə FAT32 və NTFS nə olduğuna baxaq.

NTFS (New Texnology File System) - NTFS - fayl sistemlerinin kompüterlərin saxlanma mühitlərini istifadə etməyi təmin edir.
FAT32 isə FAT ailəsinə məxsusdur. FAT ( File Allocation Table-Fayl Yerləşdirmə Sistemi) - əsasən günümüzdə USB, DVD Disk kimi əlavə yaddaş qurğularında olur. FAT-in 3 versiyası vardır FAT12,FAT16 və FAT32. Ən çox istifadə olunanı FAT32-dir.

Bəs biz FAT32 formatlı USB-ı necə NTFS formatına çevirə bilərik.
FAT32 formatını 2 yolla biz NTFS-a çevirə bilərik.
I. USB-a format verməklə
II. USB- format vermədən.
Gəlin USB-a format vermədən USB FAT32 formatından NTFS-a çevirək.
1. Windows+R qısa yolu ilə RUN-u çağırırıq.
2. Gələn pəncərədə cmd yazıb enter tıklayırıq.
3. Bu zaman gələn yeni Administratorla əlaqə bölməsinə aşağıdakı sözü yazın
convert F:/fs:ntfs 
F:/ yerinə siz öz USB-nin disk adini yazin. Məsələn b İ: ,G: ola bilər.
4. Bu zaman Admisitrator bəzi əməliyyatlar aparacaq və bizdən yeni əmr istəyəcək.
Bu zaman aşağıdakı əmri yazın.
convert F:/fs:ntfs 
enteri tıklayın. Və bizim FAT32 formatında olan USB-miz NTFS formatına çevrildi.

Sağolun. Əgər sizdə bir problem çıxarsa, şərh yazın. Şəkilli və ya Video izah hazırlayıb yerləşdirərik

5 Mart 2014 Çarşamba

Kompüterin Video Kartı (Ekran Kartı) haqqinda


Salam Dostlar, Bu gün ki, yazımız Kompüterlərin Ekran kartı və ya Video kartı haqqındadır. Video kart nə işə baxır bəs? - Cavab, Video kart, məlumatı kompüterin monitoruna verir, məlumatın oxunmasına təşkil edir. Video Kartın keyfiyyəti onun parametrlərindən asılıdır.Video kartlar 4 hissədən ibarətdir:
  1. Qrafik həll prosessoru
  2. Qrafik RAM-ı
  3. Bağlayıcılar
  4. Soyuducular
Ekran kartlarının kompüterin öz yaddaşından başqa öz sürətli yaddaşlarıda vardır. Ekran kartları 3D səhnələrin , 2D qrafik oxuma qabiliyyəti, Multi monitora qosumaq kimi funksiyaları vardır. Müasir dövrdə ekran kartlarının 2 ən məşhur istehsalçısı vardır. Nvidia və AMD şirkətləridir. Ekran kartlarının yaddaş tutumu 125 MB-dan 8 GB-a qədər dəyişir.  Müasir kompüterlərdə ən güclü Ekran kartı  Nvidia istehsalı olan QUADRO K6000 modelidir. 

İndi isə baxaq biz kompüterimizin Ekran kartının parametrlərinə. Bəzən istifadəçilər sual verirlər biz Ekran kartı haqqında məlumatı hardan alaq.  Bunun üçün aşağıdakıları yerinə yetirin.

Windows+R yazıb RUN`u çağırırıq. RUN gələndə biz ora dxdiag yazıb OK klikləyirik.

Qarşımıza aşağıdakı kimi səhifə çıxır.

Gələn bu səhifədə Display`a daxil oluruq


Budur, kompüterimizin Ekran kartı haqqında informasiyalar. 

Sağolun yazımızı oxuduğunuz üçün.


Bütün oxucularımızdan izləyicilər siyahısına qoşulmağa dəvət edirəm.