Axtarış

HTML etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
HTML etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

20 Haziran 2015 Cumartesi

Rasmus Lerdorf kimdir?

22 noyabr 1968-ci il tarixində anadan olmuş danimarka əsilli Kanadalı Rasmus Lerdorf PHP script dilinin yaradıcısı kimi İnformasiya texnologiyaları sahəsinin tarixinə keçmişdir. Hal-hazırda Yahoo şirkətində mühəndis kimi işləyir.

Rasmus Lerdorf PHP dilinin yaranması ilə bağlı suala belə cavab verir: "Kodlaşdırmanı sevmədiyim üçün PHP script dilini yaratdım. Çünki bu yolla kodları təkrar-təkrar işlətmək olur"

Özü üçün HTML dili ilə veb sayt yaradarkən yaşadığı problemləri həll etmə məqsədi ilə özü üçün script dil yaradır. Bu script vasitəsi ilə sayt daha dinamik hal almış və script dili PHP-Personal Home Page adlandırmışdır. Hazırladığı saytın dinamikliyi istifadəçilərin böyük marağına səbəb olmuş və onun yaratdığı PHP Group tərəfindən təkmilləşdirilmişdir. Rasmus Lerdorf PHP dilini Perl dili ilə təkmilləşdirmişdir və sonralar PHP dilinin açılışı "PHP: HyperText Preproces" adlandırılmışdır. Bundan başqa Rasmus Lerdorf, Apache HTTP Server-in təkmilləşdirilməsinə, inkişafına əməyi keçmiş və bir çox şirkətlərdə MySQL məshəhətçisi (Consulting) vəzifəsini yerinə yetirmişdir.

29 Ocak 2014 Çarşamba

Brauzer Opera

Salam, Mövzumuz Opera brauseridir.

Opera yeni versiyası ilə ən sürətli brauzer adını yenə öz üzərinə götürdü. Turbo gücü ilə köhnəsindən 7 qat daha sürətli olan Opera ən yavaş internet əlaqəsini belə daha sürətli açır. Opera aşağıdakıları özündə birləşdirir:
1. Ən sürətli Java Script 7 qat daha sürətli
2.  Gizli və etibarlı gəzişmə xüsusiyyətləri ilə arxanızda iz buraxmadan istifadə edə biləcəksiniz.
3. Artırılan təhlükəsizlik xüsusiyyətləri ilə güvənmədiyiniz saytlara belə rahat girib çıxa bilərsiniz.
4. HTML 5 və CSS 4 dəstəkli inkişaf etdirilən veb standartları
5. Dizaynda edilən Aero Glass inkişaf etdirmələrlə yep-yeni Opera bizləri gözləyir...


Opera
Free lisenziya
İstənilən ƏS
Dünyanın müxtəlif dillərində
yüklə
mənbəVikipedia:Opera (brauzer)
Opera Free Yüklə

17 Ocak 2014 Cuma

HTML Dərs -2

Salam Əziz oxucular.
Bu gün HTML mövzusunda ikinci dərsi yazacam. Bağışlayın ki, tez-tez yaza bilmirəm. İşlərimlə bağlı ola problemdir.
HTML öyrənmək üçün ilk öncə kompüterinize NotePad proqramı olmalıdır. Əgər NotePad proqramı yoxdursa onda yükləməyinizi xaiş edirəm.
NotePad proqramını açırıq.Üst paneldə Language menyusuna daxil oluruq və Dili HTML olaraq dəyişirik. və Encoding menyusundan UTF-8`i seçirik. UTF-8 -də azərbaycan hərfləri düzgün görsənir.
Sonra səhifədə aşağıdakıları yazırıq

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">
<html>
<head>
<title> Azerbaijan (istədiyiniz şey yazin) </title>
</head>
<body>
<p> Baku, Sheki, Guba  (İstədiyiniz şey yazın) </p>
</body>
</html>

Daha sonra File menyusundan Save as seçirik. Mətnin adını ders1 (istədiyiniz adı yazın). ve .html edərək , məsələn html1.html
Daha sonra İE brauserinə daxil olaraq faylı açırıq.

Nəticə alındısa şərhdə gözləyirəm.


Gələn dərsdə sizlərə bu kodların mənalarını yazacam....


İzləməyə davam edin.

24 Eylül 2013 Salı

Tim Berners-Lee


Tim Berners Lee kimdir?
Tim Berners-Lee 1955-ci il 8 iyun tarixində anadan olmuşdu. O WWW yaradıcısı hesab olunur.O Veb`in atası hesab olunur və 1989-cu ikldə HTML dilini o inkişaf etdirərək Dünya Səviyyəsində Şəbəkə sistemini qurmuşdurş MİT`in professurudur. Şəbəkə Scaneri proqramını 1990-cı ildə inkişaf etdirmişdir.2004-cü ildə İngiltərə Kraliçası ona Ser titulunu vermişdir. O HTML dilini məşhurlaşdırmaq üçün Con Pool`s İmage kampaniyasında işə düzəldi. 

HTML Dərs-1

Salam. Blogumuzda HTML dərslərinə başlayırıq.
HTML-in əvvəl nə olduğunu öyrənək...
HTML-HyperText Markup Language
HTML dili yaranmağa 1989-cu ildə Oksford Universiteti`nin tələbəsi Tim Berners Lee tərəfindən hipermətn sənəd sisteminin çıxarılması təklifi ilə başladı.1990-cı ildə O bunu World Wide Web-Ümumidünya hörümçək toru adlandırdı.Sistemin əsası hipermətnli nişan idi.
1990 -ci ildə o HTML sənədlərə baxmağa icazə verən brauser yaratdı.
HTML dilinin ilk versiyası  HTML 1.0 versiyasıdır.  Daha sonra 1994-cü ildə HTML 2.0 versiyası işıq üzü gördü.Bu zaman HTML dili standartlaşdı.1996-cı il buraxılışında (HTML 3.0 ) artıq cədvəllər var idi. Bu dövrdə Veb-dizaynyüksək səviyyəsin yüksəldi. 1996-cı ildə HTML 3.2 versiyası işıq üzü gördü.197-ci ildə HTML 4.0 versiyası işıq üzü gördü və bu versiyada multimedia vasitələrindən istifadə etmək mümkün idi.
1999-cu ildə HTML 4.1 versiyası işıq üzü gördü. Son versiyası isə HTML 5.0 versiyasıdır.Öyrənəcəyimiz HTML dili isə HTML 4.01 versiyasıdır


HTML 4.01 dərsiyini yazdı Size Qrup Hüseynov Emil...


Növbəti dərslərimizi qaçırmayın.



19 Nisan 2013 Cuma

Blog Xəbərləri

Salam Hörmətli oxucular Mart ayının 21 -də blogumuzun açılış günü idi.Artıq 1 aya yaxındır ki, fəaliyyət göstərir. Bu 1 ay ərzində statistikamız aşağıdakı kimidir
Blogumuzun oxucularının sayı 700 ötüb.



Blogun oxucuları Blog xəbəri adı altında yazdığımız xəbərdə HTML,PHP,C++,Java Script kodlarında indidə Delphi və Visual Basic 6.0 Əlavə olundu. Orda olduğu kimi, qeydiyyat forumunu doldurun və dərslərinizi əldə edin.

16 Nisan 2013 Salı

Proqramlaşdırma

Bu gün Proqramlaşdırma dilləri haqqında danışacağıq
Proqramlaşdırmada istifadə edilən dillər aşağıdakılardır:
1.HTML
2.PHP
3.C++
4.Java Script
Bu dillər vasitəsi ilə saytlar,bloglar daha maraqlı və rəngarəng olur. İstifadəçilər daima bu bloglardan ,saytlardan və proqramlardan istifadə etmək marağı olur.
Bəs bu dilləri necə öyrənmək olar.
Necə təcrübə qazanmaq olar.
Kompyuterimizdə olan NotePad,Bloknot və Tekstnovot Document proqramlarının köməyi ilə və ya offline işləyən bir blog açaraq burda öyrəndiyimiz bu dillərdən istifadə edə bilərik.
Kim bu dilləri öyrənmək istəyirsə  bu xəbəri oxusun və pulsuz dərslərdən istifadə etsin.