Axtarış

İdarəetmə paneli etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
İdarəetmə paneli etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

7 Mayıs 2015 Perşembe

Globososo nədir?


Salam dostlar
Bu mövzumuzda Globososo virusu mövzusunu ələ alacağıq. 
Globososo virusu nədir ilk öncə ona baxaq: Globososo virusu kompüterinizə daxil olduqdan sonra sizin Axtarış servislərinizdəki fəaliyyətinizi yadda saxlayır, axtarışlar zamanı sizi viruslu saytlara yönləndirir və onların istifadəçi axınını yüksəldir, zərərli informasiyaları istifadəçilərə yönləndirir və sizin fəaliyyətinizi digər istifadəçilərlə paylaşır. Globososo virusu üzərində axtarışlar nəticəsində onun Kingtale Technology şirkətinə məxsus olduğu üzə çıxmışdır. Virusa yoluxmuş kompüter axtarışları globososo.com və ya search.globososo.com internet adreslərinə yönləndirir. 

Virusdan müxtəlif çıxış yolları vardır. Sizə 3 yolunu deyəcəm:
1. antispyware qurun: STOPzila pro yükləyə bilərsiz
2. Brauzerinizin ayarlarından axtarış səhifəsini Google edə bilərsiz. 
3. Komponentlərin silinməsi
3.1  İdarəetmə panelinə daxil olaraq burdan Proqramlar və Komponentlər bölməsinə daxil olub Bablyon Toolbar, Bablyon Chrome Toolbar, Search Protect by conduit və s. kimi komponentləri silməklə;
3.2 Brauzerinizin ayarlarına daxil olub burdan Axtarış səhifələri bölməsindən Bablyon və digər komponentlərin internet adreslərini silmək və dəyişikliyi yaddaşa verməklə;

2 Temmuz 2014 Çarşamba

Kompüterdə ekran ayarları (Windows 7)

Salam dostlar
Bu yazımızda biz Kompüterin ekran tənzimləmələrindən danışacağıq. 
Ekran tənzimləmələri harda yerləşir?
 Ekran tənzimələrində Ekranın ölçüsü, ekranın orientasiyası və s. haqqında ayarar yerləşir. 

Ekran tənzimləmələrinə daxil olmaq üçün İlk Öncə İdarəetmə Paneli (Control Panel - панель управления)-ə daxil oluruq


Ekran ayarlarını tənzimləmək(adjust screen resolution - настроить разрешение экрана)  daxil oluruq.


Ekran görünüşü (Resolution - разрешение ) - Burdan ekranın ölçüsünü təyin edirik. 


Oriyentasiya (Orientation - ориентация) bölməsinə daxil oluruq. Burdan isə ekranın görüntüsünü təyin edirik. 

Daha sonra Apply klikləyib və daha sonra Ok klik edirik.

Bu qədər. Növbəti yazılarımızda görüşənədək




11 Haziran 2014 Çarşamba

Kompüterdə itmiş dil panelini geri qaytarmaq (Windows 7)

Salam dostlar
Bu yazımızda Windows 7 ƏS-da itmiş dil paneli haqqında danışacağıq.

İstifadəçilərin son vaxtlar ən çox verdiyi suallar içində dil panelin itməsi daha çox yer alır. 
Çoxda sizi yormaq istəmirəm başlayaq dil panelini necə qaytarmaq olar izah etməyə.

Əgər dil paneli alt paneldə itibsə onda İdarəetmə Panelinə daxil olun.


Burdan isə Click, Language and Region bölməsinin tərkibində olan Change display Language menyusuna klik edin.


Burda Region and Language pəncərəsinin Keyboards and Language bölümü açılacaqdır. Orda Change Keyboards.. klik edin.


Açılacaq olan Text Services and İnput Language pəncərəsində Language Bar bölümünə baxaq. Hidden sözünün qabağı işarələnmiş olacaqdır. İşarəni götürürük və Dosked in the Taskbar klik edirik və Apply klikləyirik.


Gördüyünüz kimi Dil paneli alt paneldə yerini aldı.

Yazımızı sona qədər oxuduğunuz üçün təşəkkür edirik. Növbəti yazılaarımzda görüşənədək.




10 Şubat 2014 Pazartesi

Kompüterdə Admin profilin adının dəyişdirilməsi - Şəkilli izah

Salam, Hörmətli blog oxucuları xoş gördük.
Kompüterdə admin adının dəyişdirilməsi qaydasını göstərəcəm. Bir çox qovluqlarin adlari ela Rename düyməsi ilə dəyişərkən Admin adının dəyişdirilməsi başqa cürdür.
İndi baxaq,
Control Panel-ə daxil oluruq. User Accounts and Family Safety menyusuna daxil oluruq.

User Accounts and Family Safety menyusunda User Accounts-a daxil oluruq.
User Accounts kompüterin profil idarəetmə səhifəsidir. Burda biz yeni profil aça bilərik, və ya da Admin Profildə dəyişiklik apara bilərik. Biz indi admin panelin adını dəyişəcəyik.
Bunun üçün User Accounts menyusuna daxil oluruq.

User Accounts-da biz Change your account name -yə daxil oluruq. Biz Burdan Admin adını dəyişəcəyik.
Bu zaman yuxarıdakı kimi səhifə gələcək qarşımıza orda admin adımız yazılan yeri qırmızı işarə etmişəm. Oraya biz istədiyimiz admin adını qeyd edirik. və Change Name tıklayırık.
Bu qədər Admin adını dəyişdirdik. 



Bu qədər Blogumuz Windows 7 Əməliyyat sistemində olan xüsusiyyətləri, əmrləri, funksiyaları, xüsusiyyətləri və s. haqqında oxuculara məlumat vermekdə davam edəcək...


4 Şubat 2014 Salı

Desktop iconlarını dəyişdirmək - Şəkilli izah

Salam, hörmətli oxucular
Bir çox istifadəçilər desktopda əsas iconlar itdi, onları necə geri qaytara bilərəm deyə sual verər və axtararlar. İndi mən şəkillərlə Desktopda itmiş bir əsas iconu geri necə geri qaytarmaq olar, onu göstərəcəm.
İlk öncə Start düyməsini klikləyirik və ordan Control Panel-ə daxil oluruq.

Control Panelə daxil olduqdan sonra qarşımıza yuxarıdakı kimi səhifə gəlir. Appearance and Personalization bölməsinə daxil oluruq.

Appearance and Personalization bölümünə keçdikdən sonra biz Personalization bölümünə keçirik.


Burda Change desktop icons düyməsini klikləyirik.


Qarşımıza belə bir sorğu pəncərəsi gələcək. Biz Desktopda olmasını istədiyimiz iconları işarə edirik və sonda OK düyməsini klikləyirik.

Bunu etməyin başqa bir yolu da var. Desktopun boş yerində mausun sol düyməsini klikləyib Personalize düyməsinə keçib, ordan Change desktop iconsa keçmək


Bu qədər, şərhləriniz gözləyirik, Yeni yazılarımızda görüşənədək...
.