Axtarış

Reklam etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Reklam etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2 Kasım 2014 Pazar

İnternetdən pul qazanmaq X - Google Adsense və 2014-cü il yenilikləri

   Salam dostlar.

Keçən dəfə Facebook səhifəmizdə söz verdiyimiz "Google Adsense 2014 yenilikləri"
 başlıqlı mövzumuzla qarşınızdayıq.

Bu yazımızda biz Azərbaycan reklamyayımlayanları sevindirəcək bir  yeniliyi yazacam.

Adsense ilə işləyən və daima onu izləyən birisi böyük ehtimal nə haqda söhbət getdiyini bilmişdir artıq.

Bildiyimiz kimi əvvələr Azərbaycanlı reklamyayımlayanlar öz məvaciblərini çek vasitəsi ilə alırdılar. Birbaşa ödəniş yox idi. Çek isə ölkəyə 2 ay ərzində çatırdı və ölkə ərazisində yalnız 2 bank bu çekləri pula dəyişirdi. 

Yenilik nədən ibarətdir ....

Google Adsense 2014 İyun-İyul aylarındakı dəyişikliklərə əsasən Azərbaycana nəğd ödənişlər həyata keçirəcək. 
Yəni artıq çek sistemi sona çatdı. Artıq əgər Bank hesabınız varsa pullarınız sizin seçiminiz əsasında Banka yatırılacaq və istədiyiniz zaman gedib götürə biləcəksiz.

Beləliklə artıq Azərbaycan saytları rahatlıqla öz saytlarını Adsense`də qeydiyyatdan keçirəcək (Ölkə Azərbaycan seçərək) və pullarını problemsiz əldə edəcəkdir.

6 Haziran 2014 Cuma

Reklamların Saytlarda əhəmiyyəti və Adguard-ın mənfi təsiri - Video

Salam dostlar
Bu dəfəki videomuzda reklam haqqında danışacağıq.
İlk olaraq onu da deyim ki, videomuzda istifadə edilən nümunə saytlardır.
Bu ümumi İnternet dünyasına aid etdim.
Videomda Yandex Brauzer və Adguard tətbiqetməsi haqqında danışdım. 
Adguard tətbiqetməsi haqqında ətraflı məlumatı Yandex Brauzerdə reklamları əngəlləmək (Adguard) , daha doğrusu bir əvvəlki video məqaləmizdə tapa bilərsiz. Buyurun videomuzu izləyin və fikirlərinizi bölüşün


Əvvəlcədən təşəkkürlər

5 Haziran 2014 Perşembe

Yandex Brauzerdə reklamları əngəlləmək, saytların etibarlılıq dərəcəsi, brauzerdə internetin sürətini yüksəltmək + Video

Salam dostlar
Bu videomuz ilə istənilən reklamları əngəlləmyi, saytların etibarlılıq dərəcəsinə səs verməyi, səs verilmiş saytların etibarlılıq dərəcəsini öyrənəcəyik.


Təşəkkürlər
Şərhlərinizi gözləyirik

4 Mayıs 2014 Pazar

İnternetdən pul qazanmaq (IX Yazı) - Google Adsense üzvlüyünüzün Ban edilməsi

Salam Dostlar 

Bu yazımızda Google Adsense üzvlüyümüz nə vaxt sonlana bilər onu yazacağıq.

Google Adsense üzvlüyümüz Adsense qaydaları pozulduğu an ləğv edilir. Adsense-yə üzv olan bir istifadəçi hər saniyə izlənilir. Qayda pozulduğu an ya xəbərdarlıq göndərir ya da hesabı bağlayır.
Adsense qaydaları haqqında əvvəlki yazımızda danışmışdıq. Oxumaq üçün bura klikləyin.

Bu yazımızda isə o qaydaları qısa şəkildə konspektləşdirəcəyik.
1.  Reklam qutularının səhv yerləşdirilməsi
2. Ziyarətçiləri aldadan reklam qutuları
3. Məcburi klikləmə
4. Porno vide və porno ilə bağlı məqalə
5. Kopiya material
6. Müəlliflik hüquqlarının pozulması
7. Hit sayısının az olması
8. iki və daha çox Adsense hesabınız olduğu aşkarlanarsa
9. Öz reklam qutularınızı klikləsəniz
10. Adsense reklam qutularının yerlərinin tez-tez dəyişdirilməsi
11. İframe, pop-up və s. bu kimi ziyarətçi artıran proqramlara qoşulma
12. Spam tapıması və s.
Bu yuxarıdakı hallar aşkarlanarsa sizin Adsense hesabınız 2 yolla bağlanacaq.
1. Xəbərdarlıqla bağlamaq - Bu zaman sizə xəbərdarlıq göndəriləcək.Əgər xəbərdarlığa məhəl qoymasanız bağlanacaq hesabınız
2. Xərəbdarlıq olunmadan bağlanma - Bu zaman hesabınız xəbərdarlıqsız bağlanacaq.

Əgər sizin hesabınızda pul varsa, o pullar gedecek. Adsense ilə zarafat olmaz. Çalışın Adsense ilə öz qanunları ilə oynayın. Əmin olun ki, bu zaman qazanan siz olacaqsınız.

Növbəti yazılarda görüşənədək

19 Nisan 2013 Cuma

Google ailəsi - Reklam sahəsində

Salamlar. Biz bu gün Google ailəsi haqqında danışacağıq . Google 1998 4 Sentyabr tarixində Amerika Birləşmiş Ştatlarının Kaliforniya Ştatında qurulan bir şirkətdir.Google şirkəti elə inkişaf etmişdir ki, onun gəlirləri 37.905 milyard USD təşkil edir.(2011 tarixinə olan statistik göstərici). Şirkəti Sergey M.Brin və Larry Page tərəfindən yaradılmışdır. Şirkətin hal-hazırda aşağıdakı sahələr üzrə bir çox məhsulları var və indi hamısını sizə göstərəcəm: və gələcək yazılarımda bir-bir yazacam. İndi isə Rekam sahəsində olan məhsullarını yazacam
1. Google Adsense
2. Google AdWords
3.Google Advertising Professional
4. Google Analytics
5. Google Base
6. Google Checkout
7. Google DoubleClick
8. Google Search
9. Google Trends

Növbəti yazılarımda hamısı haqqında məlumat verəcəm.