Axtarış

Office etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Office etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

23 Ekim 2014 Perşembe

Cross Platform nədir?

Salam dostlar
Bu dəfəki yazımızda "Cross Platform"dan danışacağıq. Cross Platform nədir onu öyrənəcəyik.

Cross Platform Azərbaycan dilində tərcüməsi Çapraz Platform kimi çıxır. 
Cross Platform birdən çox platform üçün yazılan proqramlardır. Əgər başa düşmədizsə misalla izah edək. 
Operanı götürək. Opera Brauzer həm Windows OS, həm Linux, həm də  Mac platformasında istifadə edilir. 

İndi isə sizin üçün Cross Platform proqramlarını yazaq:
Brauzerlər: Opera, FireFox, Chrome -  Windows OS, Linux, Mac
E-Çat : Mercury Messenger - Windows OS, Linux, Mac
FTP : FileZilla - Windows OS, Linux, Mac
Ofis: LibreOffice, Apache OpenOffice - Windows OS, Linux, Mac



30 Mart 2014 Pazar

MS Excel 2007 - Microsoft Office düyməsi ilə tanışlıq və (Şəkilli izah)


Növbəti bir Excel 2007-dərsimizdə xoş gördük. Bu dərsdə biz Microsoft Office Excel 2007 proqramında Microsoft Office düyməsi ilə tanış olacağıq.


Microsoft Office düyməsi harda yerləşir. Microsoft Office Excel 2007 proqramında Microsoft Excel düyməsi İşçi Kitabın yuxarı hissəsində, Menu Bar-ın yanında yerləşir. 

Həmin Microsoft Office düyməsi aşağıdakı hissələrdən ibarətdir.
1. (New)Yeni (Ctrl+N) - Bu düymə vasitəsi ilə yeni bir işçi kitabı yaradılır.
2.  (Open) Aç (Ctrl+0) - Bu düymə vasitəsi ilə kompüterinizdə olan (yaddaşa verilmiş) excel kitabları açılır.
3. (Save)Yadda Saxla (Ctrl+S) - Bu düymə ilə Excel kitabı düzəliş edilərək kompürerin yaddaşına verilir.
4. (Save as)Yadda Saxla (Ctrl+S) - Bu düymə vasitəsi ilə Excel kitabı ilk dəfə kompüterin yaddaşında saxlanılır.  və bir neçə hissədən ibarətdir.
5. (Print)Çap et (Ctrl+P) - Hazırlanmış Excel kitabını çap etdirmək üçün istifadə edilir
6. (PrePare)Hazırlamaq () - Excel kitabına parol qoymaq ,imza qoymaq və s. kimi əmrlərdə istifadə edilir.
7. (Send)Göndər () - hazırlanmış Excel kitabını başqa bir istifadəçiyə göndərmək üçün istifadə edilir.
8. (Exit) Çıxış () - Proqramdan çıxmaq üçün istifadə edilir.

Qeyd: Bəzi MS Excel proqramlarında Microsoft Office düyməsində yerləşən əmrlərin sayı çox ola bilər. Əgər fərgli bir əmr düyməsi varsa, şərhlərdə yazıb soruşa bilərlər.


Növbəti yazılarımızda Home (Giriş) Menyusu ilə tanış olacağıq.



Hörmətli İstifadəçilər
Məqalələri oxuduqdan sonra şərh yazmağı unutmayın.
Məqalələri əgər bəyəndizsə o zaman sosial şəbəkələrdən isitfadə edərək paylaşın.








26 Ocak 2014 Pazar

Windows XP-nin sonu

Salam, Bu gün məqaləmiz Windows XP Əməliyyat sisteminin gələcəyi ilə bağlıdır.

Windows XP Əməliyyat Sistemi (ƏS) uzun müddət ƏS bazarında liderlik edirdi. Heç bir ƏS onu keçə bilmirdi. İstifadəçilərin ən sevimlisi idi. Ancaq ortaya Windows 7 və Windows 8 çıxdıqdan sonra Windows XP istifadəçiləri Windows XP-dən uzaqlaşmağa başladılar. Çünki Windows XP köhnə versiya idi. Yeni versiya daha yaxşı interfeysə malikdir.

Sıralamaya görə 1-ci yerdə Windows 7 gedir. O bazarda 51.94% yer tutur. Ondan sonra 2-ci sırada Windows XP və ilk üçlüyü 7.41% ilə Windows 8 əməliyyat sistemi gəlir.

Microsoft şirkəti 8 Aprel 2014-cü ilə qədər Windows XP-nin bazar payını 13% endirmək istəyir. Bu tarixdən etibarən Microsoft şirkəti Windows XP və Microsoft Office 2003-ə dəstəyini sonlandıracaq.

Belə bir anda sual ortaya çıxacaq , bəs Windows XP istifadəçiləri nə edəcək ???

Mənbə: TAMindir.com

Sağolun, şərhlərinizi gözləyirik, Blogu izləməyə davam edin...