Axtarış

ofis proqramları dərsləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
ofis proqramları dərsləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

6 Nisan 2014 Pazar

MS Excel 2007 - Excel qrafikləri (Column qrafiki)

Bu dəfəki yazımız Excel 2007 proqramında Column qrafikləri ilə bağlıdır.

Deyək ki, İllər üzrə hər hansı bir gəlir hesablayırsız Excel 2007 proqramında. Və bu gəlirin illər üzrə artıb azalmasını qrafikada görmək istəyirsiz. Bu zaman Excel-də qrafiklərdən istifadə edilir. Column qrafikası ilə tanış olaq.

İlk öncə MS Excel 2007 proqramımızı açırıq


Daha sonra A1, A2, A3, A4, A5 xanalarına qiymətlərini yazırıq. (Mən asan olsun deyə, A1-A5 xanalarını doldurdum, siz istədiyiniz qədər doldurun.)
Daha sonra bütün xanaları işarələyirik,


Daha sonra Excel-də İnsert Menyusuna daxil olub,Charts alt menyusuna keçirik. 


Daha sonra Column başlığını seçirik və qrafikamızı təyin edirik. 


Budur, Qrafikamız hazırdır. Menyu sətrindən istədiyimiz rəngi seçərək, qrafikanı daha aydın şəkildə görə bilərik.



Bu qədər, Əlavə suallarınız olarsa yaza bilərsiz.

Təşəkkürlər, məqaləni sona qədər oxuduğunuz üçün. Çalışacağıq ki, bütün qrafikləri sizlərə göstərək. Növbəti yazılarda görüşənədək.

4 Nisan 2014 Cuma

MS Excel 2007 - Home Menyusunun alt menyuları (Styles Alt Menyusu)

Dostlar, bu yazımda MS Excel 2007 proqramında yerləşən Styles alt menyusundan danışacam.

Styles - Üslub, tərz mənasını verir ingilis dilində. Styles alt menyusu vasitəsi ilə istifadəçilər MS Excel cədvəllərinə öz stillərini verə bilərlər. Cədvəlləri daha baxımlı edə bilərlər.
Başlayaq
Əvvəlcə MS Excel 2007 proqramına daxiş olaq.


Daha sonra Home menyusunun Styles alt menyusunun üzərinə gələk.
Burda gördüyümüz kimi Styles altmenyusu 3 əmr başlığından ibarətdir.
Conditional Formatting  - Şərti format
Format as Table   - Cədvəl formatı
Cell Styles     - mobil format

İndi isə bu styles başlıqları, əmrləri ilə nələr edə bilərik bir baxaq.

Başlayaq bu əmrləri izah etməyə
Əvvəlcə A1-dən A5 xanasına qədər xanalar doldurulur. Daha sonra A1-dən A5-ə qədər seçilir və Styles-in Cell Styles əmri verilir. Bununla da seçilən xanalar arxa fonu eyni rəngdə olur.


A1-dən A5-ə qədər xanalar doldurulur. Daha sonra Format as Table əmri verilir. Beləliklə Başlıq xananın arxa fonu fərgli digərləri isə oxşar rənglənir.



A1-dən A5-ə qədər xanalar doldurulur. Daha sonra Conditional Formating-dən Data Bars seçilir.


Burda isə xanalar işarələndikdən sonra İcon Sets seçilir. Burda müxtəlif iconlar, Smayllar verilmişdir.


Burda isə Color Scales əmri verilib. Xanalar müxtəlif olaraq rənglənilib.



Və bu qədər. Styles alt menyusundan istifadə edilərək, Excel cədvəllərimizi daha baxımlı edə bilərik. Bu istifadəçilərin istəklərindən asılıdır.

Styles altmenyusunda yerləşən digər əmrləri isə istifadəçilər özləri istifadə edərək öyrənə bilərlər. Əlavə suallarınız olarsa buyurub şərhlərdə yaza bilərsiz.

 Təşəkkürlər. Sona qədər oxuduğunuz üçün. Şərhlərinizi gözləyirik