Microsoft Office Excel 2007 ilə ilk tanışlıq adlı məqaləmizə xoş gəlmisiz. Bu yazımızda Excel proqramı nə işə yarıyır və proqram necə açılır onu göstərəcəyik
Microsoft Şirkətinin istehsalı olan MS Excel MS Office proqram paketinə daxil olan proqramlardan biridir. Excel proqramı istənilən hesablama əməliyyatları aparamaq və cədvəllər qurmaq üçün istifadə edilir. Ofis Proqramları içində demək olarki, ən çətin proqramlardan biridir. Exceli tam öyrənmək üçün uzun müddət lazımdır. Excel-i tam olaraq bilən nadir hallarda tapılar məncə. (Əlbətdəki Azərbaycanda)
İlk olaraq baxaq MS Excel 2007 necə açılır.
MS Excel 2007 Proqramını açmaq üçün
1a. Start düyməsini klikləyirik və ordan All Programs düyməsini klik edirik. Aşağı düşürük və Microsoft Office qovlugundan Microsoft Office Excel 2007-ni seçirik.
1b. İkinci bir yol isə Desktop-da mausun sol düyməsini klik edirik və New pəncərəsindən Microsoft Office Excel-i seçirik.
Qarşımıza bunun kimi bir səhifə çıxacaq.
Gəlin Excel kitabımızla tanış olaq.
Excel ilk açdığımızda İşçi vərəqinin üstündə A,B,C,D ..... hərflərini, və yan tərəfdə 1,2,3..... rəqəmlərini görürük.
Excel 2007-i proqramı 3 İşçi vərəqindən, hər birində hərflərlə işarələnmiş 256 sütun və rəqəmlərlə işarələnmiş 65536 sətrdən ibarətdir. Ümumilikdə 16777216 xanadan ibarətdir.
Yuxarı tərəfdə Menyu sətri yerləşir.
Hər xananın öz ünvanı vardır. Məsələn A1, A4, B23, C32 kimi adlandırılır bu ünvanlar
Excel kitabı aşağıdakı menyulardan ibarətdir.
1. Home 2. İnsert 3. Page Layout 4. Formulas 5. Data 6. Review 7.View 8.Foxit Reader PDF( Bu PDF proqramınızın hansı olmağından asılıdır.) , 9. Team
Növbəti yazılarımızda bu menyularla tanış olacağıq.
Şərhlərinizi və suallarınızı gözləyirik.