Axtarış

İKT etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
İKT etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

19 Nisan 2015 Pazar

İnternetdən pul qazanmaq XII: Affiliate Marketing qazanc modelləri


Salam dostlar, İKT.Media layihəsində paylaşdığım məqaləni blogumda təkrar sizlərə təqdim edirəm. 
Bundan əvvəlki məqalədə CPL faizi yazmışdım. CPL haqqında ətraflı danışmaq üçün AM-in qazanc modellərindən danışmaq lazımdır. Odur ki, başlayaq.
AM  başqa adla Satış ortaqlığı sisteminin 3 qazanc modeli var:
1. Klik başına ödəmə (Cost Per Click - CPC)
CPC modelində sistem tərəfindən referans linkləri verilir və istifadəçilər sizə verilən bu linkə etdiyi hər bir klik başına sizə 4-15 qəpik arası ödəmə edir. Azərbaycanda CPC modelinin gəlirlilik səviyyəsi çox aşağıdır. Bu modeldən Google Adsense istifadə edir. Adsensedən başqa Gittigidiyor, Hepsiburada.com, Adcahs.com kimi sistemlərdə bu modeldən istifadə edir.
2. Üzv başına ödəmə - (Cost Per Lead - CPL)
CPL modeli ona görə digərlərindən fərqlənir ki, bu modellə qazanmaq üçün xeyli əmək sərf etmək lazım. Auditoriyanızın qarşısında müəyyən qədər inama sahib olmalısız. İmiciniz olmalıdır. CPL modeli üzvlük başına ödəniş edir. Üzvləriniz varsa ödəniş alırsız. Şəbəkə Marketinqinə bir növ oxşayır ancaq tamamilə fərqli fərqli anlayışlardır. Limango, Trendyol, Daybuday, Makrafoni kimi sistemlər budan istifadə edir. 
3.  Satış başına ödəmə (Cost Per Sale - CPS)
Bu model satış menecerlərinə , marketoloqları, məhsulun növündən  asılı olmayaraq satış işini bacaran şəxslərin ən çox sevdiyi modelddir. Reklamaction, Zanox, Gelirortakları sistemləri bu modeldən istifadə edir. 

23 Kasım 2014 Pazar

"İT ilə tanışlıq" təlimi + FOTOLAR

"AXIN" İctimai Birliyi və İKT.Media saytının təşəbbüsü ilə "İnformasiya Texnologiyaları ilə tanışlıq" mövzusunda təlim keçirildi. Təlimi İT üzrə mütəxəssis, İKT.Media saytının rəhbəri Famil Ələkbərov və Blogger, "Kompyuter və İnternet" blogunun rəhbəri Samir Zamanov tərəfindən idarə etdilər. 
Təlim interaktiv şəkildə keçirildi və təlim zamanı sevindirici hal iştirakçıların İT sahəsinə böyük marağın olması idi.  Hətda bəzi tələbələr var idi ki Universitetlərdə İT üzrə oxuyurlar və əlavə informasiya üçün təlimə qatılmışdır.
 Çox gözəl abu-havada keçən təlimdə Famil Ələkbərov tərəfindən Kompüter Arxitekturası geniş şəkildə izah edildi. İştirakçılar da öz suallarını ünvanladılar. 

Təlimə "İnformasiya anlayışı və təsnifatı" mövzusu ilə Samir Zamanov idarəçiliyində start götürdü və "Uğurlu İT mütəxəsis olmaq və uğurlu iş" mövzusu ilə Famil Ələkbərov yekunlaşdırdı. 

Bloglar və Blogger Serverləri və bog yazarlığının müsbət cəhətlərinə toxunan Samir Zamanov Ən məşhur Blog serverləri və Ölkəmizdə yerləşən Blog serverləri haqqında informasiyanı iştirakçılara çatdırdı. 

İştirakçılar sonda "AXIN" İctimai Birliyi nəzdində "İKT Mərkəzi" və ya buna oxşar qurumun yaradılması ilə bağlı təkıif irəli sürdülər.

Təlimdən olan Fotoları təqdim edirik: 







20 Nisan 2013 Cumartesi

Ən nazik Smartfon

Əziz oxucular İKT yenilikləri haqqında olan bir xəbər
"Orro" şirkəti öz titulunu geri qaytarmaq niyyətindədir.Beləki, Orro şirkətinin məhsulu olan 6.13 millimetr nazikliyi olan bir Smartfon istehsal edib. Və 26 Aprel tarixindən satışa buraxılacaq.
Xüsusiyyətləri:
R809T model
4.5 Düymlük HD Displey
IV nüvəli MediaTek MT6589 Prosessoru
Qiyməti 400 USD -dan çox olacağı gözlənilir.
Orro Çin şirkətidir və keçmiş nüfuzu Ən nazik smartfon istehsalçısıdır.