Axtarış

Qrafiklər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Qrafiklər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

6 Nisan 2014 Pazar

MS Excel 2007 - Excel qrafikləri (Column qrafiki)

Bu dəfəki yazımız Excel 2007 proqramında Column qrafikləri ilə bağlıdır.

Deyək ki, İllər üzrə hər hansı bir gəlir hesablayırsız Excel 2007 proqramında. Və bu gəlirin illər üzrə artıb azalmasını qrafikada görmək istəyirsiz. Bu zaman Excel-də qrafiklərdən istifadə edilir. Column qrafikası ilə tanış olaq.

İlk öncə MS Excel 2007 proqramımızı açırıq


Daha sonra A1, A2, A3, A4, A5 xanalarına qiymətlərini yazırıq. (Mən asan olsun deyə, A1-A5 xanalarını doldurdum, siz istədiyiniz qədər doldurun.)
Daha sonra bütün xanaları işarələyirik,


Daha sonra Excel-də İnsert Menyusuna daxil olub,Charts alt menyusuna keçirik. 


Daha sonra Column başlığını seçirik və qrafikamızı təyin edirik. 


Budur, Qrafikamız hazırdır. Menyu sətrindən istədiyimiz rəngi seçərək, qrafikanı daha aydın şəkildə görə bilərik.



Bu qədər, Əlavə suallarınız olarsa yaza bilərsiz.

Təşəkkürlər, məqaləni sona qədər oxuduğunuz üçün. Çalışacağıq ki, bütün qrafikləri sizlərə göstərək. Növbəti yazılarda görüşənədək.

8 Nisan 2013 Pazartesi

Microsoft Office 2003 proqramları ailəsi

Microsoft Office ailəsindən olan ofis proqramları ən çox istifadə edilən proqramlar sırasındadır. İndi isə həmin proqramları bir -bir hansı əməliyyatları yerinə yetirdiyini öyrənək.Onu da deyim ki, həmin proqramların xüsusiyyətləri ayrıca mövzularda olacaq.
1. Microsoft Office Word 2003- Bu proqram vasitəsi ilə müxtəlif mətnlər redaktə və formatlaşdırılır.
2.Microsoft Office Excel 2003 - Bu proqram vasitəsi ilə Cədvəllər qurulur.Həmin proqramdan Mühasibat və maliyyə işində də istifadə edilir.
3.Microsoft Office Access 2003 - Bu proqramla Verilənlər bazası yaradılır.
4.Microsoft Office Pover Point 2003- Müxtəlis slaydlar,Təqdimatlar,Prezentasiyalar bu proqram vasitəsi ilə yaradılır.
5.Microsoft Office Publisher 2003- Bu proqram vasitəsi ilə Saytların və bukletlərin,rezetkalarıViza kartlarının modelləri yaradılır.

5 Nisan 2013 Cuma

Alqoritmlər

Bu günkü yazımız gördüyünüz kimi, Alqoritmlər ,Alqoritmlərin necə təsvir etmək olar, Alqoritmlərin nöövləri haqqında olacaq.
Alqoritmlər - qabağımızda olan sualları,məsələləri həll etmək üçün əməliyyatlar sistemidir.Hesablama maşınlarınları əsasən proqramlarla idarə olunur.Yəni istənilən tapşırıq proqram vasitəsi ilə həll olunur.

Alqoritmlərlər 4 üsulla təsvir olunur.
1. Mətn şəklində
2. Qrafiklər şəklində
3.Cədvəllər vasitəsilə
4. Proqramlar vasitəsi ilə.

İndi isə bu üsulları izah edək:
1.Mətn şəklində -Bu üsul ilə məsələ mətnlər,sözlər vasitəsi ilə həll edilir. Məsələn, Kartofu sözlərimizlə necə ifadə edərik. Bax bu üsulla məsələ həll olunur. Kompyuterlərdə bu üsul ən çox Office Word və World proqramlarından istifadə edilir.
2.Qrafiklər şəklində - Əsasən tapşırıqları həll edərkən,həmin tapşırığa uyğun qrafiklər qurulur.Bu üsulla daha rahat tapşırıq başa düşmək mümkün olur və həlli asanlaşır.
3. Cədvəllər şəklində - Verilən tapşırığı əll etmək üçün az-çox Cədvəllərə ehtiyac duyulur. Alqoritmlərin ən çox təsvir edən üsullardan biridir. Bu üsuldan Mühasibat işində,Maliyyə işində istifadə daha çox olunur.
4. Proqramlar vasitəsilə - Qarşımıza çıxan məsələləri həll etmək üçün proqralardan da istifadə edilir. Bu üsul daha çox Proqramistlər məşğul olur. Ümumiyyətlə, Alqoritmlərin bu dörd üsulun hər biri öz istifadə aralığı çox yüksəkdir.

Alqoritmlərin üç tipi mövcuddur:
1. Xətti Alqoritmlər - sadə hesablama prosesi ifadə edən və ardıcıllıqlı əmaliyyatlardan istifadə edilən və yazılı alqoritm tipi.
2. Budaqlanan Alqoritmlər- Tərkibi müəyyən miqdarda məntiq mərhələsi əks etdirən alqoritm tipi. Yəni verilən tapşırığın həllind bir neçə şərt verilir və bu şərtlərdən heç olmasa biri ödənməliir. 
3. Dövri Alqoritmlər - təkrar olunan alqoritm qrupu. Dövri Alqoritmlər özləri 2 yerə bölünür: Sadə və mürəkkəb. Sadə alqoritm tipinin bir dövri olur. Mürəkkəb alqoritm tipinin isə çoxlu sayda. 

Kompyuterlərdə ən çox istifadə edilən bir sistem ALQORİTMLƏR haqqında olan məqaləmiz hələlik bu qədər. Növbəti yazılarımızı qaçırmayın.

"Şərh yazmağı unutmayın."