Axtarış

Dizayn etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Dizayn etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

26 Ocak 2014 Pazar

İnteriCAD T5

Salam, Hörmətli oxucular. Mövzumuz İnteriCAD Dizayn proqramıdır. Mövzunun sonunda yükləmə linki də veriləcək.
        İnteriCAD rahat istifadə edə biləcəyimiz bir 3D Dizayn proqramıdır. 3ds Max və ya AutoCAD proqramından bir neçə xüsusiyyətinə görə qabaqda gedir İnteriCAD proqramı. İnteriCAD proqramının xüsusiyyətləri:
1. Proqramı rahat öyrənə və istifadə edə bilərik ;
2. Sürətli modelləşdirmə;
3. 2D dən 3D-yə rahat çevrilmə.
4. 3D ekranda istediyimiz figurları, detalları rahat və sürətli istifadə etmək imkanı 

 və s.  İnteriCAD proqramının xüsusiyyətlərini, imkanlarını saymaqla bitməz. 

İnteriCAD
Verisya : T5
Lisenziya: Free
Dil: İngilis
ƏS: Win XP, Win7, Win8, Vista
Yaddaş tutumu: 349 MB

Yüklə

22 Ocak 2014 Çarşamba

Blogcu.com -da blog açmaq

Salam. İndi blogcu.com blog saytında blog açmağı öyrədəcəm. Blog açmaq üçün ilk öncə orda nə yazacağını düşünməli və işini sonunadək getməlisən. blogcu.com saytında ilk əvvəl blog açmaq üçün siz e-mail adresi ilə qeydiyyatdan keçməlisiz. Bunun üçün siz Blogcu.com adresinə daxil olursunuz. Orda yuxarı küncdə giriş/kayıt yazılan yerdə kayıt`ı seçirsiniz. Sonra qarşınıza belə bir səhifə gələcək. Orda siz kullanıcı adınızı, şifrənizi , e-poçtunuzu yazırsınız. Güvənlik kodunu yığırsınız və "KULLANICI SÖZLƏŞMƏSİNİ" oxuyub sonra onu işarə edirsiniz. Bu sizin nə vaxt blogdan block ediləcəyinizi göstərir. Daha sonra aşağıda Blog aç düyməsinə daxil olursunuz.
Siz bundan başqa Facebook ile bağlan düyməsi ilə də qeydiyyatdan keçə bilərsiniz.

daha sonra qarşımıza blogunuzun idarə etmə sistemi gəlir. Bir şeyidə unutmayaq, verəcəyiniz Kullanıcı adına diqqət yetirin. O sizin blogunuzun ünvanı olacaq. Məsələn deyək ki, adı qoyduz həyat , blogunuz həyat.blogcu.com kimi olacaq.
Qeydiyyatdan keçdikdən sonra siz Ayarlar menyusuna daxil olaraq, blogunuzun görüntüsünü yarada bilərsiniz. Əgər sizin Veb Dizayn proqramlarından başınız çıxırsa siz öz blog şablonunuzu yarada bilərsiniz. Bunun üçün siz Şablon seç/düzenle menyusuna daxil ola bilərsizin. Statistikanı yoxlamaq üçün İstatistik bölümünə daxil olun. Blogda kateqoriyalar yaratmaq üçün Kateqoriyalar bölümünə daxil olun.


Əziz oxucular əlavə suallarınız olarsa buyurun şərh bölümünə daxil olaraq yaza bilərsiniz. Yaxın günlərdə bütün blog servisləri göstərən saytlarda blog açmağı yazacam



17 Ocak 2014 Cuma

HTML Dərs -2

Salam Əziz oxucular.
Bu gün HTML mövzusunda ikinci dərsi yazacam. Bağışlayın ki, tez-tez yaza bilmirəm. İşlərimlə bağlı ola problemdir.
HTML öyrənmək üçün ilk öncə kompüterinize NotePad proqramı olmalıdır. Əgər NotePad proqramı yoxdursa onda yükləməyinizi xaiş edirəm.
NotePad proqramını açırıq.Üst paneldə Language menyusuna daxil oluruq və Dili HTML olaraq dəyişirik. və Encoding menyusundan UTF-8`i seçirik. UTF-8 -də azərbaycan hərfləri düzgün görsənir.
Sonra səhifədə aşağıdakıları yazırıq

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">
<html>
<head>
<title> Azerbaijan (istədiyiniz şey yazin) </title>
</head>
<body>
<p> Baku, Sheki, Guba  (İstədiyiniz şey yazın) </p>
</body>
</html>

Daha sonra File menyusundan Save as seçirik. Mətnin adını ders1 (istədiyiniz adı yazın). ve .html edərək , məsələn html1.html
Daha sonra İE brauserinə daxil olaraq faylı açırıq.

Nəticə alındısa şərhdə gözləyirəm.


Gələn dərsdə sizlərə bu kodların mənalarını yazacam....


İzləməyə davam edin.

9 Temmuz 2013 Salı

Google Sketch Up 8 proqramını açmaq

Google Şirkətinin istehsal etdiyi proqramlardan biri də SketchUp 8 3D Dizayn proqramıdır. Bu proqramı açmaq üçün İŞİ SƏHİFƏ`də Sketch Up 8 piktoqrafını seçirik. sonra ENTER düyməsi sıxılıq.


Enter düyməsi sıxıldıqdan sonra Yuxarıda gördüyümüz şəkil qarşımıza gələcək. Orda " Start using SketchUp" yazılan düyməni sıxın. Qarşımıza SketchUp iş səhifəsi açılacaq.
Bu proqramda bəzi qrafiklərdə mövcuddur. Qrafiklərdən istifadə etmək üçün bu menyudan istifadə edilir.