Axtarış

Clipboard etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Clipboard etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2 Nisan 2014 Çarşamba

MS Excel 2007 - Home menyusunun alt menyuları (ClipBoard, Font, Alignment) - Şəkilli izah

 MS Excel 2007 proqramı haqqında əvvəlki mövzularda yazmışdıq. İndi isə Home menyusuna keçirik. Excelin ilk menyusu. Onuda deyim ki, Ofis proqramlarının hamısında bu proqram eynidir demek olar ki, Excelin Home menyusundaki fərgləri ayrı olaraq izah edecem.
 Başlayaq. 
MS Excel 2007 proqramını açdıqdan sonra, İşçi kitabdan yuxarıda aşağıdakı kimi menyu görürük.


Bu Home Menyusudur.  Burda aşağıdakı altmenyular yerləşir:
  1. ClipBoard
  2. Font
  3. Alignment
  4. Number
  5. Styles
  6. Cells
  7. Editing
İndi isə bu altmenyularda yerləşən əmrlərlə tanış olaq. İlk öncə Clipboard
Clipboard menyusunda Paste, Copy,Cut, Format Painter əmrləri yerləşir.
Aşağıdakı qısa düymələr bu əmrləri əvəz edir:
Copy - Ctrl+C - Kopiya etmək
Cut - Ctrl+X - Kəsmək
Paste - Ctrl+V - Yerləşdirmək
Format Painter - seçilmiş xanadakı məlumatı başqasına köçürmək.
Font altmenyusu
Bu menyuda məlumatın ölçüsünü, şriftini, rəngini dəyişmək üçün istifadə edilir.
Font - Şriftini təyin etmək.
Font size - ölçüsünü təyin etmək
İncrease Font size - Ölçünü böyütmək
Decrease Font Size - Ölçünü azaltmaq
Border - Ctrl+B - məlumatı qalınlaşdırmaq
İtalic - Ctrl+İ- Məlumatı əl şriftinə keçirtmək
Underlune - Ctrl+U - Məlumatın altından xətt çəkmək
Bottom Border - Xananın ətrafını təyin etmək. Bu əmrin bir neçə hissəsi vardır. Bunları istifadəçi proqrama daxil edərək öyrənə bilər.
Fill Color - məlumatın arxa fonunu rəngləmək
Font Color - Məlumatı rəngləmək
Alignment Altmenyusu
Align Text Left - Mətni sola yanaşdır.
Align Text Right - Mətni sağa yanaşdır.
Center - Mərkəzləşdir
Top Align - Yuxarı mərkəzəyanaşdır.
Middle align - tam mərkəzə yanaşdır.
Bottom Align - Aşağı mərkəzə yanaşdır.
Orientation - Oriental yazı



Hörmətli İstifadəçilər
Məqalələri oxuduqdan sonra şərh yazmağı unutmayın.
Məqalələri əgər bəyəndizsə o zaman sosial şəbəkələrdən isitfadə edərək paylaşın.