Axtarış

Klavitura etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Klavitura etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

2 Şubat 2014 Pazar

Wifi hack qarşı qorunma

Salam, dostlar İnşAllah ki, hamınız yaxşısınız. Son günlərin aktual mövzusu Wifi hack etməkdir. İstifadəçilərin bəziləri hack proqramın dalınca bəziləri isə ondan qorunmağın yollarını axtarırlar. İndi bundan qorunmağın yollunu sizlərə deyəcəm..Aşağıda yazdıqlarımı ardıcıllıqla yerinə yetirək:
1. 198.168.1.1-ə Wifi menyusuna girək.
2. Orda Wireless menyusuna daxil olaq.
3. Wireless MAC Filter altmenyusuna keçirik...
4. Orda "Enable" ni işarə edirik.
5. MAC 01 ________
    MAC 02__________

olan yerlərdə öz İP kodunuzu qeyd edirsiz...

 daha sonra allow this ip-ni işarə edirsiz... Bundan sonra Wifi yalniz sizin kompüterdə işləyəcək...
Əlavə suallar olarsa, şərhlərdə gözləyirəm...


24 Mayıs 2013 Cuma

MS Word 2007 - Səhifələmək

Salam. Bu gün MS Word 2007 sənədində səhifələməyi öyrənəcəyik.
Bunun üçün Пуск - Microsoft Office -Microsoft Office Word 2007 proqramını seçirik. Burda biz Вставка menyusunu seçirik.









Qarşımıza yeni bir funksiyaları özündə birləşdirən Вставка menyusu çıxır. Orda Номер страницы adlanan düyməni sıxırıq. Yuxarıda şəkildə işarələnmişdir. Həmin düyməni sıxırıq. 


Burda oxla göstərilmiş yerdə olan rəqəmin yerinə lazım olan ədədi yazırıq və qırmızı işarəni sıxırıq. Artıq qarşımıza bütün səhifələr ardıcıl olaraq səhifələnmişdir.



12 Nisan 2013 Cuma

Internetdən pul qazanmaq dərsləri - I

Bu yazımı İnternetdən pul qazanmaq, Kompyuterin köməyi ilə pul qazanmaq istəyənlər üçün yazmışam. Əgər sizində belə bir marağınız varsa buyurun oxuyun.

İnternetdən pul qazanmaq İlk kompyuter yaradılanda insanlar heç düşünmürdülər ki, bir gün İstifadəçilər internetdən gündə minlərcə dollar pul qazanacaq. Bəli minlərcə və hətda milyonlarca.
Bu mümkündür. İnsanlar internetdən pul qazanmaq diyə yazdıqlarında qarşılarına 0.33 saniyəyə  65900 qədər sayt gəlir. Buda səbəbsiz deyil.Çünki hal-hazırda belə qazananlar çoxdur. Azərbaycanda da çoxdur, ancaq bir o qədər deyil.

Bəs internetdən pul qazanmaq adı altında etdiyimiz axtarışda qarşımıza nə cür saytlar çıxır. Onların məqsədləri nədir?
İnternetdən pul qazanmaq mövzusu altında məqalələr yazan və bloggürlərin əsas məqsədi ŞƏBƏKƏ yığmaqdır !!!
Bəs bu nədir? Bu İnternetdən pul qazanmağın yollarından biridir. İnternetdən üç əsas yolla pul qazanmaq mümkündür.
  1. Tıkla Qazan - Reklam izlə, Anket doldur,Online Tərcümə işi
  2. İşlə qazan -  Online Reklam Agentliyi,Saytdan qazan, Google Adsense ilə qazan və s.
  3. Şəbəkə Marketinqi  - CPA,Afflicate Marketinq, MLM, Online MArketinq, Şəbəkə Biznesi,Şəbəkə Marketinqi kimi bir-birinə oxşar anlayışları  özündə birləşdirən bir üsul.
İndi biz qısa olaraq Tıkla qazan saytları və onların qazanc mənbəyi ,nə məqsədlə onlar 60 saniyəyə və ondan daha çox vaxta görə pul ödəyir və nə qədər? suallarına cavab tapacayıq və suallarınız olsa aşağıdan yaza bilərsiniz.

Tıkla qazan diyən saytlar əsasən sizdən reklam etdiyi şirkətlərin,müəsisələrin və s. veb səhifələrinə daxil olaraq onu izləməyinizi təşkil edir və onlardan pul götürür.
Siz bir reklamı ən azı 1 dəqiqə izləyirsiz və hesabınıza 0.001 USD-dan tutmuş 0.1 USD kimi pul verirlər.
Limit olaraq 10 və ya 100 USD olduqda sizə pulu götürməyə icazə verirlər.
Onların qazancı sizdən çox olur.
Tıkla qazan gərçəkləri
Siz tıklayaraq və vaxtınızı sərf edərək reklamlar izləyirsiniz və pulunuz 10 USD və ya 100 USD çatdıqda sizə bir mesaj gəlir

Siz saytımızın a.b.s qaydasını pozduğunuza görə sizin məbləğ silinir

o qədər zəhət oldu heçnə.
Budur tıkla qazan gərçəkləri . Sizin kimi, internetdən pul qazanmağa başlayanlar belə bir yalana aldanaraq və bəziləri tərəfindən aldadılaraq vaxtınızı itirirsiniz.
Düzdür qazananlar var. Bəs onlar kimlərdir? Həmin saytlar təzə açılan vaxtda qeydiyyatdan keçən istifadəçilər.Niyə? Çünki onlar ilklər sayılırlar.( İLklər haqqında məqaləmiz olacaq. Blogumuzu izləməyə davam edin.)
Budur tıkla qazan haqqında məqaləmiz beləcə qurtardı. Nəsə aydın olmadısa suallarınızı verə bilərsiniz.

11 Nisan 2013 Perşembe

Microsoft Office Word 2003 Fayl açmaq və yaddaşda saxlamaq - I Dərs

İndi biz Ofis Proqramları arasında ən çox istifadə edilən  Word fayl açmaq və onu yaddaşda saxlamağı öyrənəcəyik. Çalışacam ki, həm rus dilli kompyuterlər üçün ,həm də ingilis dilli kompyuterlər üçün yazım
İlk adımımız kompyuteri 3 dəfə obnovit (Refresh) edirik. Daha sonra kompyuterdə mausun sol düyəməsini sıxaraq Sozdat (New) və Document Microsoft Word-ü seçirik. Burda Pəncərəmizdə yeni bir .doc formatında bir fayl açıldı. Biz onun üstünə 2 dəfə sıxaraq daxil oluruq. İstədiyimiz qeydləri apardıqdan sonra File (Fayl) menyusundan "Soxranit kak" (Save as) əmrini veririk. Burda xəbərdarlıq paneli qarşımıza çıxır. Orda biz faylımıza istənilən ad,faylımızın tipini və hara yerləşdirəcəyimizi haqqında informasiyanı kompyuterə veririk. Artıq biz .doc faylını yaratdıq və üzərində bəzi yazılar yazaraq onu yaddaşa saxladıq.
Əgər biz həmin faylın üstündə bəzi dəyişikliklər aparmaq istəyiriksə onda Həmin faylın üstündə 2 dəfə sıxırıq və açılan faylda dəyişiklikləri edirik və fayl menyusundan Soxranit ( Save) əmrini seçirik və faylımıza etdiyimiz dəyişiklikləri qeydə aldıq.
Növbəti dərslərimizdə görüşənədək.

5 Nisan 2013 Cuma

Klavitura

Klavitura daxil etmə qurğusudur.İstifadəçi Klavitura vasitəsi ilə lazım bildiyi informasiyanı kompyuterə yığır. Klaviturada üç növ klavişlər var:
1. Hərf və Rəqəmlər
2.Funksional düymələr
3. idarəedici düymələr.
ENTER - Daxil olmaq üçün olan düymədir
ESC- Rejimdən çıxmaq üçün olan düymədir
CAPS LOOK - Böyük Hərflərə keçmək üçün olan düymədir
SPASE - Boşluq buraxmaq üçün düymə
BACK SPACE - Sol tərəfdəki hərfləri və s. silir
CTRL,SHİFT,ALT - bu düymələrlər başqa düymələrdə işlədilir
CTRL+C - Kopiyanı seçmək üçün
CTRL+V- Kopiyanı yapışdırmaq üçündür.
CTRL+ALT+DEL - Kompyuterin yenidən yüklənməsi üçün
TAB - Kursoru 8 xana sağa atır
PRİNT SCREEN - Ekran görünüşünü bufer yaddaşa köçürür.
PAGE UP,PAGE DOWN- Mətni ekran səhifələrinə görə vərəqləyir
HOME- Sətrin əvvəlinə gəlmək üçün
END- sətrin sonuna gəlmək üçün
YUXARI OX - AŞAĞI OX,SAĞA OX,SOLA OX


Gələn yazılarımızda görüşənədək.