Axtarış

DLL xətaları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
DLL xətaları etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

8 Mayıs 2014 Perşembe

Windows 7 0xc0000005 Xətası (Çıxış yolu - 1)

Salam dostlar
Windows 7 ƏS-ində ən çox rastlaşdığımız bir xətadan danışacam. 0xc0000005 xətası. Güncəlləmə xətasıdır bu. Müxtəlif səbəblərdən yarana bilər. 

"Bu uygulama düzgün başlatılmadı" kimi mesaj ilə qarşımıza çıxır. Xəta yarandıqda kompüter bütün Əmrləri rədd edir. İnternete girişi bağlayır. 

Bu xətanı aradan qaldırmağın yollarından biri haqqında danışacam.

İlk öncə Control Panel-ə daxil oluruq. 


Daha sonra Uninstall a program-a daxil oluruq.


Daha sonra View installed updates klik edirik.

Daha sonra daxil olduğumuz səhifədə KB 2859537 faylını tapırıq və onu silirik. Daha sonra Restart veririk kompüterə. Açıldığı zaman bu xəta gəlməyəcək. Bir daha bu xəta gəlməməsi üçün KB2859537 faylını update etmeyin.

Əgər sizin kompüterinizdə bu fayl yoxdursa şərhdə yaza bilərsiz.




10 Mart 2014 Pazartesi

Kompüter xətaları: 0xc000007b xətası


Salam, dostlar Facebook Səhifəmizdə yazdığımız kimi, bu yazımız 0xc000007b xətası haqqındadır.
Əvvəlcə bu xəta niyə yaranır onu öyrənək. 
Bu xəta biz kompüterimizin Əməliyyat sisteminə uyğun proqram, oyun yükləmədiyimizdə qarşımıza çıxır. Məsələn, Windows 7 32 bit Əməliyyat sistemi işlədirik və kompüterimizə Windows 7 64 bit üçün olan oyun yükləyirik. Bu zaman bu xəta gələcək.
Bəs bu xətanı necə həll edərik?
Əsas yol yüklədiyimiz oyunun, programın kompüterimizin ƏS-inə uyğun olanını axtarıb yükləmək. 
Bu problemi aradan qaldırmaq üçün olan 2-ci yol isə öz ƏS-nizə uyğun dll dosyasını yükləyin System32 qovuluguna atmaq lazımdır.

Bu problemi həll etmək üçün aşağıdakı programı qurun və xəta verən .dll formatlı faylı 32/64 bitə uyğun dəyişin.

Dependenc Walker DLL

5 Mart 2014 Çarşamba

DLL xətaları: d3d11.dll xətası


Salam, dostlar bu gunki yazımızda biz DLL xətalarından birindən danışacağıq. Blogumuzun oxucularından biri (adının qeyd edilməsini istəmədi) bu xəta ilə üzləşib.
 DLL xətalarından biri olan d3d11.dll xətası haqqında danışacağıq. Kompüterimizə oyun və ya program yüklədikdə və onu çalışdırmaq istədikdə qarşımıza d3d11.dl xətası çıxırsa, onda həll yolunu deyirəm.
Bu xəta əsasən Windows 7 64 bit və Windows 7 32 bit Əməliyyat sistemli kompüterlərdə rast gəlinir.
Windows 7 32 bit üçün
1. Perzaqruzka verin.
2. d3d11.dll yükləyin
3. Onu ZİP-dən çıxarıb C:\\Windows\\System32\\   qovluğuna atın.
4. Perzaqruzka verin
Windows 7 64 bit üçün
1. Perzaqruzka verin
2. d3d11.dll yükləyin.
3. Onu ZİP-dən çıxardıb C:\\Windows\\SysWOW64\\ qovluğuna atın.
4. Perzaqruzka verin

Əgər problem yenədə həllini tapmazsa, əlaqə saxlayın.
Sağolun. Yazımızın sonuna çatdıq.