Axtarış

Admin etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Admin etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

8 Nisan 2014 Salı

Kompüterdə Guest istifadəçi adının dəyişdirilməsi (Windows 7) - Şəkilli izah

Salam dostlar. Bu yazımızda Guest istifadəçi adının dəyişdirilməsi haqqında yazacağıq.

Başlayaq. 

Guest istifadəçi adını dəyişmək üçün aşağıdakı əməliyyatları bir-bir edin. Rus dilli kompüterlərdə isə aşağıdakı şəkillərə uyğun düzeliş etsinlər. Əgər başa düşməsələr müraciət edə bilərlər.
1. My Computer qovluğunun üstünə mausun sol düyməsini klik edin və Manager panelinə
 daxil olun.

2. Daha sonra Local Users and Groups (Локальные пользователи и группы) panelinə daxil olun.


3. Sonra Users (Пользователи) qovluğuna daxil oluruq.


4. Budur Kompüterimizin istifadəçi grupunu görürük. Guest (гость) üstünə klikləyək.


5. More Actions (больше действий) -u klik edən. Orda Rename (переименовать) gələcək. Onu klik edək. 
6. Bu zaman Guest yazısı olan yer açıq olacaq. Adını dəyişək. 


7. Budur Guest adı, Qonaq adı ilə dəyişdirildi.



=========================
Təşəkkürlər. Məqaləmizi sona qədər oxuduğunuz üçün.








9 Mart 2014 Pazar

Flash USB -nin formatini dəyişmək (FAT32 convert NTFS)

Salam dostlar, bu gün USB-ların formatları olan FAT32 və NTFS-dan yazacam. Əvvəlcə FAT32 və NTFS nə olduğuna baxaq.

NTFS (New Texnology File System) - NTFS - fayl sistemlerinin kompüterlərin saxlanma mühitlərini istifadə etməyi təmin edir.
FAT32 isə FAT ailəsinə məxsusdur. FAT ( File Allocation Table-Fayl Yerləşdirmə Sistemi) - əsasən günümüzdə USB, DVD Disk kimi əlavə yaddaş qurğularında olur. FAT-in 3 versiyası vardır FAT12,FAT16 və FAT32. Ən çox istifadə olunanı FAT32-dir.

Bəs biz FAT32 formatlı USB-ı necə NTFS formatına çevirə bilərik.
FAT32 formatını 2 yolla biz NTFS-a çevirə bilərik.
I. USB-a format verməklə
II. USB- format vermədən.
Gəlin USB-a format vermədən USB FAT32 formatından NTFS-a çevirək.
1. Windows+R qısa yolu ilə RUN-u çağırırıq.
2. Gələn pəncərədə cmd yazıb enter tıklayırıq.
3. Bu zaman gələn yeni Administratorla əlaqə bölməsinə aşağıdakı sözü yazın
convert F:/fs:ntfs 
F:/ yerinə siz öz USB-nin disk adini yazin. Məsələn b İ: ,G: ola bilər.
4. Bu zaman Admisitrator bəzi əməliyyatlar aparacaq və bizdən yeni əmr istəyəcək.
Bu zaman aşağıdakı əmri yazın.
convert F:/fs:ntfs 
enteri tıklayın. Və bizim FAT32 formatında olan USB-miz NTFS formatına çevrildi.

Sağolun. Əgər sizdə bir problem çıxarsa, şərh yazın. Şəkilli və ya Video izah hazırlayıb yerləşdirərik

10 Şubat 2014 Pazartesi

Kompüterdə Admin profilin adının dəyişdirilməsi - Şəkilli izah

Salam, Hörmətli blog oxucuları xoş gördük.
Kompüterdə admin adının dəyişdirilməsi qaydasını göstərəcəm. Bir çox qovluqlarin adlari ela Rename düyməsi ilə dəyişərkən Admin adının dəyişdirilməsi başqa cürdür.
İndi baxaq,
Control Panel-ə daxil oluruq. User Accounts and Family Safety menyusuna daxil oluruq.

User Accounts and Family Safety menyusunda User Accounts-a daxil oluruq.
User Accounts kompüterin profil idarəetmə səhifəsidir. Burda biz yeni profil aça bilərik, və ya da Admin Profildə dəyişiklik apara bilərik. Biz indi admin panelin adını dəyişəcəyik.
Bunun üçün User Accounts menyusuna daxil oluruq.

User Accounts-da biz Change your account name -yə daxil oluruq. Biz Burdan Admin adını dəyişəcəyik.
Bu zaman yuxarıdakı kimi səhifə gələcək qarşımıza orda admin adımız yazılan yeri qırmızı işarə etmişəm. Oraya biz istədiyimiz admin adını qeyd edirik. və Change Name tıklayırık.
Bu qədər Admin adını dəyişdirdik. 



Bu qədər Blogumuz Windows 7 Əməliyyat sistemində olan xüsusiyyətləri, əmrləri, funksiyaları, xüsusiyyətləri və s. haqqında oxuculara məlumat vermekdə davam edəcək...