Axtarış

31 Temmuz 2015 Cuma

BlueStack qara ekran xətası - həlli (Black Screen)

Salam dostlar xeyli bir fasilədən sonra bu gün növbəti məqaləmi yazıram.
Bu gün BlueStack proqramını çalışdırarkən bir xəta ilə rastlaşdım və tez həllini axtardım və həll etdim. 
Həmin problemi və problemin həllini sizinlə bölüşmək istədim.



BlueStack proqramını çalışdırdıqdan sonra 20 saniyə ərzində ekran qaralır. 

Problemi həll etmək üçün aşağıdakıları etməyiniz məsləhətlidir. 

1. Alt Panelə gələrək BlueStacks proqramını yenidən çalışdırın
2. Proqram işləməyə başlayanda tez bir zamanda Play Store və yaxud digər yükləmə xidmətinə (1Mobile Market) daxil olun
3. Screen Timeout Toggle proqramını yükləyin və quraşdırın.

Beləliklə problem həll edildi. 

Problem BlueStacks-ın ekran driverindən qaynaqlanır. Bir müddət işləndikdən sonra belə xətalarla tez-tez rastlaşırıq. Screen Timeout Toggle proqramı bu xətanın qarşısını alır. 


20 Haziran 2015 Cumartesi

Rasmus Lerdorf kimdir?

22 noyabr 1968-ci il tarixində anadan olmuş danimarka əsilli Kanadalı Rasmus Lerdorf PHP script dilinin yaradıcısı kimi İnformasiya texnologiyaları sahəsinin tarixinə keçmişdir. Hal-hazırda Yahoo şirkətində mühəndis kimi işləyir.

Rasmus Lerdorf PHP dilinin yaranması ilə bağlı suala belə cavab verir: "Kodlaşdırmanı sevmədiyim üçün PHP script dilini yaratdım. Çünki bu yolla kodları təkrar-təkrar işlətmək olur"

Özü üçün HTML dili ilə veb sayt yaradarkən yaşadığı problemləri həll etmə məqsədi ilə özü üçün script dil yaradır. Bu script vasitəsi ilə sayt daha dinamik hal almış və script dili PHP-Personal Home Page adlandırmışdır. Hazırladığı saytın dinamikliyi istifadəçilərin böyük marağına səbəb olmuş və onun yaratdığı PHP Group tərəfindən təkmilləşdirilmişdir. Rasmus Lerdorf PHP dilini Perl dili ilə təkmilləşdirmişdir və sonralar PHP dilinin açılışı "PHP: HyperText Preproces" adlandırılmışdır. Bundan başqa Rasmus Lerdorf, Apache HTTP Server-in təkmilləşdirilməsinə, inkişafına əməyi keçmiş və bir çox şirkətlərdə MySQL məshəhətçisi (Consulting) vəzifəsini yerinə yetirmişdir.

19 Haziran 2015 Cuma

Adobe Corporation: qısa tarix



Salam dostlar
Bu gün sizlərə Dünyanın ən məşhur qrafika şirkəti olan Adobe Korporasiyası haqqında məlumat paylaşacam. 


Adobe Systems mərkəzi ABŞ-ın Kaliforniya ştatında yerləşir. Adobe Corporasiyası Dünyanın ən böyük 10 grafik və media yazılım şirkətidir. Şirkətin təsisçisi Jon Warnock bu Adobe adını evinin arxasındakı kərpiçlərdən götürmüşdür. (Adobe ingilis dilində kərpç mənasını verir). Adobe 1982-ci ildə Jon Warnock və Charles Geschke tərəfindən 2.5 milyonluq investisiya ilə qurmuşdular. İlk layihəsi Xerox Park üçün PostScript səhifə oxuma dili idi. 







Adobe şirkətinin ilk logosu Jon Warnockun həyat yoldaşı qrafik dizayner Marva Warnock tərəfindən hazırlanmışdır. 

Adobe Corp. ilk məhsulları PostScript adının hüquqi sahibi TypeOne fontları ilə başlayan rəqəmsal fontlar idi. Apple ardınca isə Microsofta lisenziya əsasda verdiyi rəqabətçi TrueType ilə fontlar təkmilləşdirildi.
1996-cı ildə Adobe və Microsoft Korporasiyaları OpenType formatını elan etdilər. 2003-cü ildə Adobe Type 1 fontlarının kitabxanası tam olaraq OpenType-a çevrildi. 
80-cı illərin ortalarında PostScript bazara çıxarılandan sonra Apple Macintoshları üçün vektorial qrafiki proqram Adobe İllustratoru bazara təqdim etdi. 
1989-cu ildə Adobe Korporasiyası ən məşhur məhsulu olan Macintosh üçün Adobe Photoshopu təqdim etdi. Althought Photoshop 1.0-ın rəqibi olmasına baxmayaraq bazara möhkəm bağlandı. Adobe 2005-ci ilin dekabr ayında Coldfusion, Dreamweaver, Flash, Flex məhsullarını təqdim etdi. 2010-cu ildən Adobe Korporasiyasının işçi sayısı 9117 nəfərə çatdı. 

Adobe Korporasiyasının il İdarə heyəti
Charles Geschke - Qurucusu
John Vornok - Qurucusu
Shantanu Narayen - Direktoru və CEO
Karen Cottle - Baş Direktor müavini, hüquqşunası və Baş Katibi
Mark Garret - Direktor müavini, CFO
Donna Morris - HR üzrə Direktor müavini
 Kevin Lynch - Baş Texnologiya müşaviri, Təcrübə və Texnologiya qrupu üzrə direktor müavini

Adobe məhsuları
Destop proqramları:
Adobe Photoshop , Adobe InDesign , Adobe Illustrator , Adobe Fireworks , Adobe Soundbooth , Adobe Acrobat ve Adobe Audition
Server proqramları:
Adobe ColdFusion , Adobe Content Server və Adobe LiveCycle Enterprise Suite
Formatları:
Adobe Reader, ActionScript, Shockwave Flash ( SWF ) və Flash Video (FLV)
Veb xidmətlər
Adobe Kuler , Photoshop Express ve Acrobat.com
Veb dizayn proqramları:
Adobe Dreamweaver , Adobe Contribute , Adobe Flash Builder , Adobe Flash Catalyst ve Adobe Flash
Video montaj proqramları:
Adobe Premiere Pro ve Adobe After Effects
Elektron təhsil:
Adobe Captivate
Şirkət proqramı
Adobe Extension Manager ve Adobe Bridge
Rəsmi veb səhifəsi: Adobe.com




7 Mayıs 2015 Perşembe

Globososo nədir?


Salam dostlar
Bu mövzumuzda Globososo virusu mövzusunu ələ alacağıq. 
Globososo virusu nədir ilk öncə ona baxaq: Globososo virusu kompüterinizə daxil olduqdan sonra sizin Axtarış servislərinizdəki fəaliyyətinizi yadda saxlayır, axtarışlar zamanı sizi viruslu saytlara yönləndirir və onların istifadəçi axınını yüksəldir, zərərli informasiyaları istifadəçilərə yönləndirir və sizin fəaliyyətinizi digər istifadəçilərlə paylaşır. Globososo virusu üzərində axtarışlar nəticəsində onun Kingtale Technology şirkətinə məxsus olduğu üzə çıxmışdır. Virusa yoluxmuş kompüter axtarışları globososo.com və ya search.globososo.com internet adreslərinə yönləndirir. 

Virusdan müxtəlif çıxış yolları vardır. Sizə 3 yolunu deyəcəm:
1. antispyware qurun: STOPzila pro yükləyə bilərsiz
2. Brauzerinizin ayarlarından axtarış səhifəsini Google edə bilərsiz. 
3. Komponentlərin silinməsi
3.1  İdarəetmə panelinə daxil olaraq burdan Proqramlar və Komponentlər bölməsinə daxil olub Bablyon Toolbar, Bablyon Chrome Toolbar, Search Protect by conduit və s. kimi komponentləri silməklə;
3.2 Brauzerinizin ayarlarına daxil olub burdan Axtarış səhifələri bölməsindən Bablyon və digər komponentlərin internet adreslərini silmək və dəyişikliyi yaddaşa verməklə;

19 Nisan 2015 Pazar

İnternetdən pul qazanmaq XII: Affiliate Marketing qazanc modelləri


Salam dostlar, İKT.Media layihəsində paylaşdığım məqaləni blogumda təkrar sizlərə təqdim edirəm. 
Bundan əvvəlki məqalədə CPL faizi yazmışdım. CPL haqqında ətraflı danışmaq üçün AM-in qazanc modellərindən danışmaq lazımdır. Odur ki, başlayaq.
AM  başqa adla Satış ortaqlığı sisteminin 3 qazanc modeli var:
1. Klik başına ödəmə (Cost Per Click - CPC)
CPC modelində sistem tərəfindən referans linkləri verilir və istifadəçilər sizə verilən bu linkə etdiyi hər bir klik başına sizə 4-15 qəpik arası ödəmə edir. Azərbaycanda CPC modelinin gəlirlilik səviyyəsi çox aşağıdır. Bu modeldən Google Adsense istifadə edir. Adsensedən başqa Gittigidiyor, Hepsiburada.com, Adcahs.com kimi sistemlərdə bu modeldən istifadə edir.
2. Üzv başına ödəmə - (Cost Per Lead - CPL)
CPL modeli ona görə digərlərindən fərqlənir ki, bu modellə qazanmaq üçün xeyli əmək sərf etmək lazım. Auditoriyanızın qarşısında müəyyən qədər inama sahib olmalısız. İmiciniz olmalıdır. CPL modeli üzvlük başına ödəniş edir. Üzvləriniz varsa ödəniş alırsız. Şəbəkə Marketinqinə bir növ oxşayır ancaq tamamilə fərqli fərqli anlayışlardır. Limango, Trendyol, Daybuday, Makrafoni kimi sistemlər budan istifadə edir. 
3.  Satış başına ödəmə (Cost Per Sale - CPS)
Bu model satış menecerlərinə , marketoloqları, məhsulun növündən  asılı olmayaraq satış işini bacaran şəxslərin ən çox sevdiyi modelddir. Reklamaction, Zanox, Gelirortakları sistemləri bu modeldən istifadə edir. 

14 Nisan 2015 Salı

İnternetdən pul qazanmaq XI - Veb saytınızdan gəlir qazanın: Forex Satış Ortaqlığı Proqramı


Salam dostlar, uzun zamandır, tam 23 noyabr 2014 tarixindən etibarən bloguma vaxt ayıra bilmirəm. Bu gün 2015-ci ilin ilk mövzusunu yazıram. 

Forex Satış Ortaqlığı Proqramı

Veb sayt sahibləri, sayt idarəçiləri, bloggerlər və digital ticarətçilər, satış ortaqlarına fokuslanmış gəlirli  bir satış ortaqlığı proqramı haqqında ətraflı məlumatı sizlərlə paylaşıram. 
Əgər veb saytınız varsa və əgər bu veb saytınızın trafiki, istifadəçi sayı xeyli yüksəkdirsə niyə də bundan gəlir götürməyəsiz. Normalda hər bir veb sayt sahibinin məqsədi gəlir qazanmaqdır.

GCM Forex`in reklam ortaqlığı proqramı ilə veb saytınızdan, bloglarınızdan və sosial media səifələrinizdən yüksək miqdarda gəlir götürə bilərsiniz.

GCMpartner sizin saytlarınızın içəriyini genişləndirməklə bərabər həmdə sizə gəlir gətirir. 
GCMpartnerin xüsusiyyətləri ilə tanış olaq:
- Daimi ödənişlər: Hər ayın 10-nda ödənişlər bank yolu ilə göndərilir;
-Yüksək CPL faizi. CPL modeli haqqında yaxın zamanlarda məqalə yazılacaqdır. 
- Ödənişsiz üzvük və istifadə imkanları: Siz GCMpartner proqramına qoşulmaq üçün heç bir ödəniş etmirsiz;
-Saytınızın maliyyə və baza vəsaitləri, analiz və məqalə içəriləri təqdim edir;
- Minimum ödəniş 50 ABŞ dolları;
- Yaşadığınız ölkənin milli valyutasına uyğun ödəniş;
- Sürətli hesabatlar;
- İnkişaf etmiş, mətn və banner reklamları

Sizdə GCMpartner satış proqramına qoşulmaq istəyirsinizsə onda aşağıdakı linkə klik edin. 


Təşəkkürlər.