Axtarış

31 Temmuz 2015 Cuma

BlueStack qara ekran xətası - həlli (Black Screen)

Salam dostlar xeyli bir fasilədən sonra bu gün növbəti məqaləmi yazıram.
Bu gün BlueStack proqramını çalışdırarkən bir xəta ilə rastlaşdım və tez həllini axtardım və həll etdim. 
Həmin problemi və problemin həllini sizinlə bölüşmək istədim.



BlueStack proqramını çalışdırdıqdan sonra 20 saniyə ərzində ekran qaralır. 

Problemi həll etmək üçün aşağıdakıları etməyiniz məsləhətlidir. 

1. Alt Panelə gələrək BlueStacks proqramını yenidən çalışdırın
2. Proqram işləməyə başlayanda tez bir zamanda Play Store və yaxud digər yükləmə xidmətinə (1Mobile Market) daxil olun
3. Screen Timeout Toggle proqramını yükləyin və quraşdırın.

Beləliklə problem həll edildi. 

Problem BlueStacks-ın ekran driverindən qaynaqlanır. Bir müddət işləndikdən sonra belə xətalarla tez-tez rastlaşırıq. Screen Timeout Toggle proqramı bu xətanın qarşısını alır. 


20 Haziran 2015 Cumartesi

Rasmus Lerdorf kimdir?

22 noyabr 1968-ci il tarixində anadan olmuş danimarka əsilli Kanadalı Rasmus Lerdorf PHP script dilinin yaradıcısı kimi İnformasiya texnologiyaları sahəsinin tarixinə keçmişdir. Hal-hazırda Yahoo şirkətində mühəndis kimi işləyir.

Rasmus Lerdorf PHP dilinin yaranması ilə bağlı suala belə cavab verir: "Kodlaşdırmanı sevmədiyim üçün PHP script dilini yaratdım. Çünki bu yolla kodları təkrar-təkrar işlətmək olur"

Özü üçün HTML dili ilə veb sayt yaradarkən yaşadığı problemləri həll etmə məqsədi ilə özü üçün script dil yaradır. Bu script vasitəsi ilə sayt daha dinamik hal almış və script dili PHP-Personal Home Page adlandırmışdır. Hazırladığı saytın dinamikliyi istifadəçilərin böyük marağına səbəb olmuş və onun yaratdığı PHP Group tərəfindən təkmilləşdirilmişdir. Rasmus Lerdorf PHP dilini Perl dili ilə təkmilləşdirmişdir və sonralar PHP dilinin açılışı "PHP: HyperText Preproces" adlandırılmışdır. Bundan başqa Rasmus Lerdorf, Apache HTTP Server-in təkmilləşdirilməsinə, inkişafına əməyi keçmiş və bir çox şirkətlərdə MySQL məshəhətçisi (Consulting) vəzifəsini yerinə yetirmişdir.

19 Haziran 2015 Cuma

Adobe Corporation: qısa tarix



Salam dostlar
Bu gün sizlərə Dünyanın ən məşhur qrafika şirkəti olan Adobe Korporasiyası haqqında məlumat paylaşacam. 


Adobe Systems mərkəzi ABŞ-ın Kaliforniya ştatında yerləşir. Adobe Corporasiyası Dünyanın ən böyük 10 grafik və media yazılım şirkətidir. Şirkətin təsisçisi Jon Warnock bu Adobe adını evinin arxasındakı kərpiçlərdən götürmüşdür. (Adobe ingilis dilində kərpç mənasını verir). Adobe 1982-ci ildə Jon Warnock və Charles Geschke tərəfindən 2.5 milyonluq investisiya ilə qurmuşdular. İlk layihəsi Xerox Park üçün PostScript səhifə oxuma dili idi. 







Adobe şirkətinin ilk logosu Jon Warnockun həyat yoldaşı qrafik dizayner Marva Warnock tərəfindən hazırlanmışdır. 

Adobe Corp. ilk məhsulları PostScript adının hüquqi sahibi TypeOne fontları ilə başlayan rəqəmsal fontlar idi. Apple ardınca isə Microsofta lisenziya əsasda verdiyi rəqabətçi TrueType ilə fontlar təkmilləşdirildi.
1996-cı ildə Adobe və Microsoft Korporasiyaları OpenType formatını elan etdilər. 2003-cü ildə Adobe Type 1 fontlarının kitabxanası tam olaraq OpenType-a çevrildi. 
80-cı illərin ortalarında PostScript bazara çıxarılandan sonra Apple Macintoshları üçün vektorial qrafiki proqram Adobe İllustratoru bazara təqdim etdi. 
1989-cu ildə Adobe Korporasiyası ən məşhur məhsulu olan Macintosh üçün Adobe Photoshopu təqdim etdi. Althought Photoshop 1.0-ın rəqibi olmasına baxmayaraq bazara möhkəm bağlandı. Adobe 2005-ci ilin dekabr ayında Coldfusion, Dreamweaver, Flash, Flex məhsullarını təqdim etdi. 2010-cu ildən Adobe Korporasiyasının işçi sayısı 9117 nəfərə çatdı. 

Adobe Korporasiyasının il İdarə heyəti
Charles Geschke - Qurucusu
John Vornok - Qurucusu
Shantanu Narayen - Direktoru və CEO
Karen Cottle - Baş Direktor müavini, hüquqşunası və Baş Katibi
Mark Garret - Direktor müavini, CFO
Donna Morris - HR üzrə Direktor müavini
 Kevin Lynch - Baş Texnologiya müşaviri, Təcrübə və Texnologiya qrupu üzrə direktor müavini

Adobe məhsuları
Destop proqramları:
Adobe Photoshop , Adobe InDesign , Adobe Illustrator , Adobe Fireworks , Adobe Soundbooth , Adobe Acrobat ve Adobe Audition
Server proqramları:
Adobe ColdFusion , Adobe Content Server və Adobe LiveCycle Enterprise Suite
Formatları:
Adobe Reader, ActionScript, Shockwave Flash ( SWF ) və Flash Video (FLV)
Veb xidmətlər
Adobe Kuler , Photoshop Express ve Acrobat.com
Veb dizayn proqramları:
Adobe Dreamweaver , Adobe Contribute , Adobe Flash Builder , Adobe Flash Catalyst ve Adobe Flash
Video montaj proqramları:
Adobe Premiere Pro ve Adobe After Effects
Elektron təhsil:
Adobe Captivate
Şirkət proqramı
Adobe Extension Manager ve Adobe Bridge
Rəsmi veb səhifəsi: Adobe.com




7 Mayıs 2015 Perşembe

Globososo nədir?


Salam dostlar
Bu mövzumuzda Globososo virusu mövzusunu ələ alacağıq. 
Globososo virusu nədir ilk öncə ona baxaq: Globososo virusu kompüterinizə daxil olduqdan sonra sizin Axtarış servislərinizdəki fəaliyyətinizi yadda saxlayır, axtarışlar zamanı sizi viruslu saytlara yönləndirir və onların istifadəçi axınını yüksəldir, zərərli informasiyaları istifadəçilərə yönləndirir və sizin fəaliyyətinizi digər istifadəçilərlə paylaşır. Globososo virusu üzərində axtarışlar nəticəsində onun Kingtale Technology şirkətinə məxsus olduğu üzə çıxmışdır. Virusa yoluxmuş kompüter axtarışları globososo.com və ya search.globososo.com internet adreslərinə yönləndirir. 

Virusdan müxtəlif çıxış yolları vardır. Sizə 3 yolunu deyəcəm:
1. antispyware qurun: STOPzila pro yükləyə bilərsiz
2. Brauzerinizin ayarlarından axtarış səhifəsini Google edə bilərsiz. 
3. Komponentlərin silinməsi
3.1  İdarəetmə panelinə daxil olaraq burdan Proqramlar və Komponentlər bölməsinə daxil olub Bablyon Toolbar, Bablyon Chrome Toolbar, Search Protect by conduit və s. kimi komponentləri silməklə;
3.2 Brauzerinizin ayarlarına daxil olub burdan Axtarış səhifələri bölməsindən Bablyon və digər komponentlərin internet adreslərini silmək və dəyişikliyi yaddaşa verməklə;

19 Nisan 2015 Pazar

İnternetdən pul qazanmaq XII: Affiliate Marketing qazanc modelləri


Salam dostlar, İKT.Media layihəsində paylaşdığım məqaləni blogumda təkrar sizlərə təqdim edirəm. 
Bundan əvvəlki məqalədə CPL faizi yazmışdım. CPL haqqında ətraflı danışmaq üçün AM-in qazanc modellərindən danışmaq lazımdır. Odur ki, başlayaq.
AM  başqa adla Satış ortaqlığı sisteminin 3 qazanc modeli var:
1. Klik başına ödəmə (Cost Per Click - CPC)
CPC modelində sistem tərəfindən referans linkləri verilir və istifadəçilər sizə verilən bu linkə etdiyi hər bir klik başına sizə 4-15 qəpik arası ödəmə edir. Azərbaycanda CPC modelinin gəlirlilik səviyyəsi çox aşağıdır. Bu modeldən Google Adsense istifadə edir. Adsensedən başqa Gittigidiyor, Hepsiburada.com, Adcahs.com kimi sistemlərdə bu modeldən istifadə edir.
2. Üzv başına ödəmə - (Cost Per Lead - CPL)
CPL modeli ona görə digərlərindən fərqlənir ki, bu modellə qazanmaq üçün xeyli əmək sərf etmək lazım. Auditoriyanızın qarşısında müəyyən qədər inama sahib olmalısız. İmiciniz olmalıdır. CPL modeli üzvlük başına ödəniş edir. Üzvləriniz varsa ödəniş alırsız. Şəbəkə Marketinqinə bir növ oxşayır ancaq tamamilə fərqli fərqli anlayışlardır. Limango, Trendyol, Daybuday, Makrafoni kimi sistemlər budan istifadə edir. 
3.  Satış başına ödəmə (Cost Per Sale - CPS)
Bu model satış menecerlərinə , marketoloqları, məhsulun növündən  asılı olmayaraq satış işini bacaran şəxslərin ən çox sevdiyi modelddir. Reklamaction, Zanox, Gelirortakları sistemləri bu modeldən istifadə edir. 

14 Nisan 2015 Salı

İnternetdən pul qazanmaq XI - Veb saytınızdan gəlir qazanın: Forex Satış Ortaqlığı Proqramı


Salam dostlar, uzun zamandır, tam 23 noyabr 2014 tarixindən etibarən bloguma vaxt ayıra bilmirəm. Bu gün 2015-ci ilin ilk mövzusunu yazıram. 

Forex Satış Ortaqlığı Proqramı

Veb sayt sahibləri, sayt idarəçiləri, bloggerlər və digital ticarətçilər, satış ortaqlarına fokuslanmış gəlirli  bir satış ortaqlığı proqramı haqqında ətraflı məlumatı sizlərlə paylaşıram. 
Əgər veb saytınız varsa və əgər bu veb saytınızın trafiki, istifadəçi sayı xeyli yüksəkdirsə niyə də bundan gəlir götürməyəsiz. Normalda hər bir veb sayt sahibinin məqsədi gəlir qazanmaqdır.

GCM Forex`in reklam ortaqlığı proqramı ilə veb saytınızdan, bloglarınızdan və sosial media səifələrinizdən yüksək miqdarda gəlir götürə bilərsiniz.

GCMpartner sizin saytlarınızın içəriyini genişləndirməklə bərabər həmdə sizə gəlir gətirir. 
GCMpartnerin xüsusiyyətləri ilə tanış olaq:
- Daimi ödənişlər: Hər ayın 10-nda ödənişlər bank yolu ilə göndərilir;
-Yüksək CPL faizi. CPL modeli haqqında yaxın zamanlarda məqalə yazılacaqdır. 
- Ödənişsiz üzvük və istifadə imkanları: Siz GCMpartner proqramına qoşulmaq üçün heç bir ödəniş etmirsiz;
-Saytınızın maliyyə və baza vəsaitləri, analiz və məqalə içəriləri təqdim edir;
- Minimum ödəniş 50 ABŞ dolları;
- Yaşadığınız ölkənin milli valyutasına uyğun ödəniş;
- Sürətli hesabatlar;
- İnkişaf etmiş, mətn və banner reklamları

Sizdə GCMpartner satış proqramına qoşulmaq istəyirsinizsə onda aşağıdakı linkə klik edin. 


Təşəkkürlər.



23 Kasım 2014 Pazar

"İT ilə tanışlıq" təlimi + FOTOLAR

"AXIN" İctimai Birliyi və İKT.Media saytının təşəbbüsü ilə "İnformasiya Texnologiyaları ilə tanışlıq" mövzusunda təlim keçirildi. Təlimi İT üzrə mütəxəssis, İKT.Media saytının rəhbəri Famil Ələkbərov və Blogger, "Kompyuter və İnternet" blogunun rəhbəri Samir Zamanov tərəfindən idarə etdilər. 
Təlim interaktiv şəkildə keçirildi və təlim zamanı sevindirici hal iştirakçıların İT sahəsinə böyük marağın olması idi.  Hətda bəzi tələbələr var idi ki Universitetlərdə İT üzrə oxuyurlar və əlavə informasiya üçün təlimə qatılmışdır.
 Çox gözəl abu-havada keçən təlimdə Famil Ələkbərov tərəfindən Kompüter Arxitekturası geniş şəkildə izah edildi. İştirakçılar da öz suallarını ünvanladılar. 

Təlimə "İnformasiya anlayışı və təsnifatı" mövzusu ilə Samir Zamanov idarəçiliyində start götürdü və "Uğurlu İT mütəxəsis olmaq və uğurlu iş" mövzusu ilə Famil Ələkbərov yekunlaşdırdı. 

Bloglar və Blogger Serverləri və bog yazarlığının müsbət cəhətlərinə toxunan Samir Zamanov Ən məşhur Blog serverləri və Ölkəmizdə yerləşən Blog serverləri haqqında informasiyanı iştirakçılara çatdırdı. 

İştirakçılar sonda "AXIN" İctimai Birliyi nəzdində "İKT Mərkəzi" və ya buna oxşar qurumun yaradılması ilə bağlı təkıif irəli sürdülər.

Təlimdən olan Fotoları təqdim edirik: 







2 Kasım 2014 Pazar

İnternetdən pul qazanmaq X - Google Adsense və 2014-cü il yenilikləri

   Salam dostlar.

Keçən dəfə Facebook səhifəmizdə söz verdiyimiz "Google Adsense 2014 yenilikləri"
 başlıqlı mövzumuzla qarşınızdayıq.

Bu yazımızda biz Azərbaycan reklamyayımlayanları sevindirəcək bir  yeniliyi yazacam.

Adsense ilə işləyən və daima onu izləyən birisi böyük ehtimal nə haqda söhbət getdiyini bilmişdir artıq.

Bildiyimiz kimi əvvələr Azərbaycanlı reklamyayımlayanlar öz məvaciblərini çek vasitəsi ilə alırdılar. Birbaşa ödəniş yox idi. Çek isə ölkəyə 2 ay ərzində çatırdı və ölkə ərazisində yalnız 2 bank bu çekləri pula dəyişirdi. 

Yenilik nədən ibarətdir ....

Google Adsense 2014 İyun-İyul aylarındakı dəyişikliklərə əsasən Azərbaycana nəğd ödənişlər həyata keçirəcək. 
Yəni artıq çek sistemi sona çatdı. Artıq əgər Bank hesabınız varsa pullarınız sizin seçiminiz əsasında Banka yatırılacaq və istədiyiniz zaman gedib götürə biləcəksiz.

Beləliklə artıq Azərbaycan saytları rahatlıqla öz saytlarını Adsense`də qeydiyyatdan keçirəcək (Ölkə Azərbaycan seçərək) və pullarını problemsiz əldə edəcəkdir.

30 Ekim 2014 Perşembe

RePack nədir?

Salam dostlar.

Bu dəfəki mövzumuz RePACK haqqında olacaq. İnternetdən istifadə etdiyimiz zaman, hər hansı proqram axtarışı zamanı qarşımıza tez-tez çıxan bu RePACK nədir.

Əvvəlcə bir nümunə ilə başlayaq. Yaddaşı böyük olan bir proqram və yaxud oyun ( və s.) yükləmək istəyirsiz. Ancaq həmin proqram ödənişlidir. Və siz onu yükləməkdən imtina edəcəksiz, ya da onun açarlarını axtaracaqsız.

Günümüzdə xakerlər, proqramistlər belə proqramlar üzərində işləyib onların həcmlərini azaldıb və orda yerləşən bəzi dosyaları silmiş və yenidən paketləndirərək İnternet aləminə təklif etmişdir. Və biz axtardığımız proqramın FREE (Pulsuz) versiyasını axtararkən birdən həmin proqramın REPACK yazılan formasını görürük. Həmin xakerlərin, proqramistlərin üstündə işləyib və yenidən paketləyib internet aləminə təklif etdiyi həmin proqramlar RePack adlanır. 

RePack - sözü ingilis sözüdür. Repeat - yenidən, təkrar və Pack - paket sözlərindən əmələ gəlmişdir, hərfi tərcümədə Təkrar Paket, Yeni Paket kimi çıxır. 

RePack proqramları sizin aktivləşdirməyinizə ehtiyac yoxdur. O proqramlar özləri aktivasiya olunmuş proqramlardır. 

RePack proqramlar yükləyərkən ehtiyatlı olun.
 Güvənmədiyiniz saytlardan yükləməyin. 
Çünki bəzən bu proqramların tərkibində Crack versiyalar olur. 
RePack və Crack tamam ayrı-ayrı anlayışlardır. 

Crack proqramlar haqqında yaxın zamanlarda yazı yazacam. 

Yazını sona qədər oxuduğunuz üçün təşəkkürlər.

27 Ekim 2014 Pazartesi

İnternetdən pul qazanmaq IX - Forex nədir? Necə qazanılır?

Salam dostlar.

İnternetdən pul qazanmaq mövzusunda yazılarımız davam edəcək. 
İstifadəçilərimizi, oxucularımızı yalançı vasitələrdən uzaqlaşdırıb daha real vasitələrə yönləndirməkdir məqsədlərimiz. 

Bu mövzularla əlaqəli çox sayda oxucularımız bizim Facebook səhifəmizdə, profilimizdə və gmailimizə mesajlar göndərmişlər. Bacarıdığımız qədər yardımçı olmağa çalışdım.

Bu dəfə ki, mövzu isə Forex Valyuta bazarının nə olduğu və orda necə pul qazanmaq olduğudur.

Əvvəlcə FOREX sözünü araşdıraq biraz. FOR EX - Foreign Exchange sözlərinin birləşməsi zamanı yaranmışdır. Forex Maliyyə bazarlarının rəddolunmazlarındandır. Dünyada bir neçə Valyuta bazarı fəaliyyət göstərir. Bunlar Nyu-York, London, Berlin, Singapur, Frankfurt və s. şəhərlərdə yerləşir.

Forex bazarında gün ərzində orta hesabla 5.5 trilyon ABŞ Dolları əl dəyişdirir. 

Forex bazarının əsas iştirakçıları kimlərdir?
1. Mərkəzi Banklar
2. Kommersiya Bankları
3. İri və Orta Şirkətlər
4. Treyderlər

İndi isə gəlin sizə Foreksi sadə dildə izah edək. 

Deyək ki, sizin 100 ABŞ Dolları pulunuz var. ))) Və Valyuta dəyişdirmə məntəqəsindən gedib pulunuzu AZN-ə dəyişirsiz. Siz artıq Valyuta bazarına girdiz. Sizin ABŞ Dollarınız (USD) əmtəə, Azərbaycan Manatınız  (AZN) isə pula çevrildi. Yəni siz əmtəə satıb pul aldız. 
FOREX-də bu başqa cür baş verir. Yəni Forex bazarında bu əməliyyatları aparmaq üçün sizin İnternetə çıxışınız, Forexdən bilginiz və pul kifayətdir. 

Forexə qoşulmaq istəyirsinizsə, Sizə ilk vaxlar Brokerlər kömək edəcəklər. Brokerlərin qazancı siz qazandıqca olur. Yəni sizin itirəcəyimiz 10 AZN, onlar üçün 100 AZN-a bərabərdir. Odur ki, Brokerlərinizə etibar edə bilərsiniz. Əlbətdəki öz intuisiyanıza güvənirsizsə, borkerlərə etibar etmədən öz qərarlarınızı verə bilərsiniz.

Əgər özünüzü sınamaq istəyirsinizsə demo hesab açın və pul yatırmadan analizlərini aparın.

Demo Uye Ol


Sona qədər oxuduğunuz üçün təşəkkürlər.

Plug and Play (P&P) Texnologiyası


Salam dostlar
Bu dəfəki yazımda sizlərə Plug and Play texnologiyası haqqında yazacam. 

Neçə vaxtdır, "nə yazım?" deyə fikirləşirdim. Bu gün "Bakı Olimpiadası"nda bu haqda sual gördüm və bu haqda yazmağı qərar aldım. 

"Plug and Play" tərcümədə "qoş və işlə" mənasını verir. Bu texnologiya əsasında periferiya qurğularının qoşulur.  
MS DOS ƏS-ində periferiya qurğularını qoşmaq xüsusi bilik tələb olunur. Qurğuları qoşmaq üçün xüsusi proqramlar - "usta"lardan istifadə olunur. Həmin "usta"lar P&P Texnologiyasını müdafiə edən istənilən qurğunu aydınlaşdıra bilir. Əgər texnologiya müdafiə etmirsə, onda istifadəçi üçün qurğu barəsində əlavə informasiya verir və qoşulmanı sadələşdirir.

Windows OS  istifadəçilərinə isə  xüsusi bilik lazım deyil. Çünki Windows OS-də bu məsələ çox asanlıqla həll olunur. Sistem özü konfiqurasiya fayllarını dəyişdirir və avtosazlanmasını təmin edir.


23 Ekim 2014 Perşembe

Cross Platform nədir?

Salam dostlar
Bu dəfəki yazımızda "Cross Platform"dan danışacağıq. Cross Platform nədir onu öyrənəcəyik.

Cross Platform Azərbaycan dilində tərcüməsi Çapraz Platform kimi çıxır. 
Cross Platform birdən çox platform üçün yazılan proqramlardır. Əgər başa düşmədizsə misalla izah edək. 
Operanı götürək. Opera Brauzer həm Windows OS, həm Linux, həm də  Mac platformasında istifadə edilir. 

İndi isə sizin üçün Cross Platform proqramlarını yazaq:
Brauzerlər: Opera, FireFox, Chrome -  Windows OS, Linux, Mac
E-Çat : Mercury Messenger - Windows OS, Linux, Mac
FTP : FileZilla - Windows OS, Linux, Mac
Ofis: LibreOffice, Apache OpenOffice - Windows OS, Linux, Mac



19 Ekim 2014 Pazar

Sayta necə daha çox istifadəçi gətirə bilərəm ? SEO Analis


Salam dostlar. Uzun bir fasilədən sonra yenə bir aradayıq. "Kompyuter və İnternet" blogu yeni yazıları ilə qarşınızda olacaq.

Gələk bu gunki mövzuya. Mövzumuz Veb Dizaynerlərə, Veb Managerlərə və ümumilikdə Veb Sayt idarəçilərinədir.
Sayta necə daha çox istifadəçi gətirə bilərəm?

Fikir verək, internetdə gündə neçə milyon insan istifadə edir?. Deməli neçə milyon fikir var,məqsəd, maraq və istək var. Sayt İdarəçiləri zövqə uyğun sayt təklif etməlidirlər. Çox maraqlı və çox gəliz bir işdir.

İstifadəçi axtarış motorları (Google, Yandex,Bing, Rabmler və s.) ilə axtarış etdi . Gəldi səhifənizə. Yaxşı gəldi, lap əcəb elədi. Siz onu məmnun etməlisiz ki, o yenə gəlsin və hətda mümkünsə qeydiyyatdan keçsin və daim saytla maraqlansın. İstifadəçilərin könlünü tutmaq lazım. 

Oxşar nümunə gətirək. Market açmısız, Məhsul satırsız. Alıcı gəldi, siz ona mehriban yanaşmasaz, ona istədiyini vaxtında verməsəz və ona istəmədiyi məhsul satsaz o bir daha bura qayıtmayacaq. 

İnternetdə açılan hər bir veb saytda belədir. Hesab edin internetdə mağaza açmısız. Necə edərsiz ki, müştəriləriniz olsun və daimi olsun.

Sizin yadınıza salıram PitComp.Net saytını. Əgər saytdan istifadə edən dostlarımız varsa bilirlər ki, mən o saytda idarəçi adminlərdən biri idim. Tez-tez SEO-ya, Bloggerə, Ofis Proqramlarına aid dərslər paylaşırdım. Qısa zaman ərzində saytdan 2000-dən çox istifadəçi qeydiyyatdan keçmiş və daimi istifadəçi sayı 500-ü keçmişdi. Bu necə olmuşdu??? 

Bunu düzgün inkişaf strategiyası ilə əldə etmişdik. Saytı tanıtmaqdan əvvəl saytın bazasını yaratdıq. Sonra axtarışa başladıq. İstifadəçilər daha nələrlə sayta gətirə bilərik? Proqramlar, Torrentlər və Proqramlaşdırma dərsləri. 

Onlarıda əlavə etdik və istifadəçi sayımız çoxaldı.


Sizdə öz saytınızı açarkən, əvvəlcə fikirləşin.
1. Mənim bu sahəyə marağım varmı?
2. Mənim burda yazı yazmağa vaxtım varmı?
3. İstifadəçilərin bu sahəyə marağı varmı?
4. Sayt adı necə olsun ki, oda gələcəkdə brend olsun.
5. Saytın istifadəsini istifadəçilərə asanlaşdırın
6. Bazanı qurmadan reklama və kütlə qarşısına çıxmağa çalışmayın.
7. Kütlədən qorxun və qorxunuzu idarə etməyə çalışın
8. Marketingi unutmayın və hər zaman marketing tədqiqatlarından istifadə edin.
9. Kütlənin sizilə əlaqəsini asanlaşdırın.
10. Kütləyə özünüz haqqında müsbət fikir formalaşdırmağa çalışın.

2 Temmuz 2014 Çarşamba

Kompüterdə ekran ayarları (Windows 7)

Salam dostlar
Bu yazımızda biz Kompüterin ekran tənzimləmələrindən danışacağıq. 
Ekran tənzimləmələri harda yerləşir?
 Ekran tənzimələrində Ekranın ölçüsü, ekranın orientasiyası və s. haqqında ayarar yerləşir. 

Ekran tənzimləmələrinə daxil olmaq üçün İlk Öncə İdarəetmə Paneli (Control Panel - панель управления)-ə daxil oluruq


Ekran ayarlarını tənzimləmək(adjust screen resolution - настроить разрешение экрана)  daxil oluruq.


Ekran görünüşü (Resolution - разрешение ) - Burdan ekranın ölçüsünü təyin edirik. 


Oriyentasiya (Orientation - ориентация) bölməsinə daxil oluruq. Burdan isə ekranın görüntüsünü təyin edirik. 

Daha sonra Apply klikləyib və daha sonra Ok klik edirik.

Bu qədər. Növbəti yazılarımızda görüşənədək




25 Haziran 2014 Çarşamba

Kompüterə yazı stili (Font) yükləmək (Windows 7)

Salam dostlar
Bu günki yazımızda Kompüterə font yükləmək olacaqdır. 
Font nədir? əvvəlcə bu suala cavab tapaq.
Font - kompüterimizdə olan yazı stillərinə verilən addır. 
Font yükləmək üçün aşağıdakılara əməl edin.
Mən indi sizlərə Font depolarında olan FontYukle.Net saytından danışacam.
 Sayta daxil olub istədiyimiz fontda Download -ı klik edirik.


Daha sonra növbəti səhifədə gizli kodu daxil edib Submit klikləyirik. 
Bu zaman yukləmə linki açılır.


Download Now düyməsini klik edirik. 


Burda Save klikləyirik.


Daha sonra Control Panel-ə daxil olub View by:- dan Large icon seçib  Font bölməsinə daxil oluruq.


Fonts-a daxil olduqdan sonra həmin yüklədiyimiz fontu sürükləyib qoyuruq bu bölməyə


Budur font yükləndi. Sınamaq üçün MS Word proqramını açın orda yazı yazın və Font-dan yüklədiyiniz fontu axtarın.

Bu yazımız bu qədər.Əgər oxucularımız Video şəklində istəyərlərsə şərhlərdə bildirə bilərlər.

Sona qədər oxuduğunuz üçün təşəkkürlər.





11 Haziran 2014 Çarşamba

Kompüterdə itmiş dil panelini geri qaytarmaq (Windows 7)

Salam dostlar
Bu yazımızda Windows 7 ƏS-da itmiş dil paneli haqqında danışacağıq.

İstifadəçilərin son vaxtlar ən çox verdiyi suallar içində dil panelin itməsi daha çox yer alır. 
Çoxda sizi yormaq istəmirəm başlayaq dil panelini necə qaytarmaq olar izah etməyə.

Əgər dil paneli alt paneldə itibsə onda İdarəetmə Panelinə daxil olun.


Burdan isə Click, Language and Region bölməsinin tərkibində olan Change display Language menyusuna klik edin.


Burda Region and Language pəncərəsinin Keyboards and Language bölümü açılacaqdır. Orda Change Keyboards.. klik edin.


Açılacaq olan Text Services and İnput Language pəncərəsində Language Bar bölümünə baxaq. Hidden sözünün qabağı işarələnmiş olacaqdır. İşarəni götürürük və Dosked in the Taskbar klik edirik və Apply klikləyirik.


Gördüyünüz kimi Dil paneli alt paneldə yerini aldı.

Yazımızı sona qədər oxuduğunuz üçün təşəkkür edirik. Növbəti yazılaarımzda görüşənədək.




6 Haziran 2014 Cuma

Reklamların Saytlarda əhəmiyyəti və Adguard-ın mənfi təsiri - Video

Salam dostlar
Bu dəfəki videomuzda reklam haqqında danışacağıq.
İlk olaraq onu da deyim ki, videomuzda istifadə edilən nümunə saytlardır.
Bu ümumi İnternet dünyasına aid etdim.
Videomda Yandex Brauzer və Adguard tətbiqetməsi haqqında danışdım. 
Adguard tətbiqetməsi haqqında ətraflı məlumatı Yandex Brauzerdə reklamları əngəlləmək (Adguard) , daha doğrusu bir əvvəlki video məqaləmizdə tapa bilərsiz. Buyurun videomuzu izləyin və fikirlərinizi bölüşün


Əvvəlcədən təşəkkürlər

5 Haziran 2014 Perşembe

Yandex Brauzerdə reklamları əngəlləmək, saytların etibarlılıq dərəcəsi, brauzerdə internetin sürətini yüksəltmək + Video

Salam dostlar
Bu videomuz ilə istənilən reklamları əngəlləmyi, saytların etibarlılıq dərəcəsinə səs verməyi, səs verilmiş saytların etibarlılıq dərəcəsini öyrənəcəyik.


Təşəkkürlər
Şərhlərinizi gözləyirik

4 Haziran 2014 Çarşamba

Proqramsız qovluğa və fayla parol qoymaq və ya gizləmək (Windows 7)

Salam dostlar
Bu yazımızda qovluqları və faylları gizlətmək və ya da şifrə qoymağı öyrənəcəyik.

Bunun üçün ilk öncə Yeni bir qovluq açırıq. Həmin qovluğa daxil oluruq.Qovluqda yeni bir mətn sənədi yaradırıq. 

Daha sonra o sənədin içinə aşağıdakı kodları yazırıq.

[color="#ff0000"]cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Qovluqa parol qoymaqa eminsiniz?(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Parolu yaz:
set/p "pass=>"
if NOT %pass%== rutulec goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Parol Yanlis
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End 


Daha sonra File - Save As (Ctrl+S) ilə yaddaşa veririk . Yaddaşa verərkən adını gizli.bat olaraq qeyd edin.
Daha sonra həmin faylın üstünə iki dəfə klik etdiyimizdə Locker adlı qovluq yaranacaq. Gizlətmək və ya parol qoymaq istədiymiz faylları, qovluqları ora atırıq. Daha sonra yenidən gizli.bat faylının üstünə gəlib iki dəfə klik edirik. Gələn sorgu pəncərəsində sizdən şifrələməyə icazə istəyəcək y yazıb enter klik edin və qovluq gizli olacaq.

Fayllarınızı və ya qovluqlarınzı bərpa etmək üçün gizli.bat faylını iki dəfə klik edirik və sizdən parol istəyəcək. ora rutulec yazın. və qovluq bərpa olunacaq. 


Əgər yazdıqlarımız alındısa o zaman şərh yazmağı unutmayın.
Sona qədər oxuduğunuz üçün təşəkkürlər

3 Haziran 2014 Salı

İnternetdən pul qazanmaq (XIII Yazı) - Upload ilə qazanmaq (Qısa izah)

Salam Dostlar

Facebook səhifəmizdə sizə bildirdiyimiz kimi "Upload ilə qazanmaq" adlı məqaləmizlə qarşınızdayıq.
Məqaləmizdə bu işin necə baş verdiyindən danışacağıq. Növbəti yazılarımızda ən məşhur Upload saytlarından 3-ü haqqında yazılar yazacam.

Upload ilə necə qazanmaq olar?
Upload ilə qazanmaq mümkündür. Bəs necə? - Sizin hər hansı videonuz, proqramınız, musiqiniz və s. var və siz upload saytlarında bunu yerləşdirirsiniz. Daha sonra yükləmə linkini forumlarda, saytlarda, facebook profilinizdə, facebook qruplarında və səhifələrində paylaşırsınız və yüklənməsinə çalışırsınız. Hər 1000 Yükləmə başına sizə 2 USD-dan 10 USD-ya dək gəlir gətirəcək. Sizin balansınızda 10 USD tamamlandıqda siz pulunuzu götürə biləcəksiniz. Bu müxtəlif upload saytlarının qaydalarına görə dəyişir. Qeyd etdiyim miniumdur. 
Bəzən upload saytlarda alt üzvlükdə var. Sizin üzvlərinizin hesabınıza sizdə qazanırsınız. Bu maksimum 20% təşkil edir. 

Sualınız yaranacaq , "mən bu pulu necə əldə edəcəm?"
Siz minium məbləği əldə etdikdən sonra pulunuzu PayPal və WebMoney ilə pulunuzu əldə edəcəksiniz. 

Deyəcəksiz, elədisə niyə hamı bu üsuldan istifadə etmir?. Upload ilə gəlir əldə etmək  heçdə asan deyil. Onunda öz qaydaları qanunları var. Növbəti yazılarımızda Hər bir Upload saytınını qaydalarından danışacağıq.
Dediyim kimi sizə 3 məşhur upload saytı yazacam.

Növbəti yazılarda görüşənədək