Axtarış

24 Mayıs 2013 Cuma

MS Word 2007 - Səhifələmək

Salam. Bu gün MS Word 2007 sənədində səhifələməyi öyrənəcəyik.
Bunun üçün Пуск - Microsoft Office -Microsoft Office Word 2007 proqramını seçirik. Burda biz Вставка menyusunu seçirik.









Qarşımıza yeni bir funksiyaları özündə birləşdirən Вставка menyusu çıxır. Orda Номер страницы adlanan düyməni sıxırıq. Yuxarıda şəkildə işarələnmişdir. Həmin düyməni sıxırıq. 


Burda oxla göstərilmiş yerdə olan rəqəmin yerinə lazım olan ədədi yazırıq və qırmızı işarəni sıxırıq. Artıq qarşımıza bütün səhifələr ardıcıl olaraq səhifələnmişdir.



13 Mayıs 2013 Pazartesi

Əməmliyyat sistemləri - Andorid

Android Əməliyyat sistemi Google və Open Handest Allience şirkətlərinin birgə fəaliyyəti Linux əsaslı mobil cihazlar üçün istehsal olunmuş əməliyyat sistemidir.İlk dəfə 2007-ci il 5 noyabr tarixində Open Handest Allience tərəfindən yaradıldı.Satışa isə 2008- ci il 21 oktyabr tarixində buraxıldı.
Son versiyası Android 2.3 6 dekabr 2010 tarixində satışa buraxıldı.

Android MPEG4,MP4,H.264,MP3 və AAC,AMR,JPEG,PNG,GİF kimi səs, video və şəkil formatlarını dəstəkləyir.

Android GSM\EDGE,IDEN,CDMA,EV-DO,UMTS,BLOTOOTH,WIFI,LTE və WIMAX kimi şəbəkələri dəstəkləyir.

Androidin rəsmi veb səhifəsi: android.com

12 Mayıs 2013 Pazar

AutoCAD proqramı haqqında qısa anlayış


AutoCAD (Auto computer Aided Design) Autodesk şirkətinin 1982 –ci ildə bazara çıxardığı proqramlardan biridir. Tikinti layihələrinin işlənməsində istifadə edilən proqramlardan biri olaraq çox məşhurdur. Artıq həmin tarixdən bu günə Autodesk şirkəti AutoCAD proqramının 26 versiyası satışa buraxılmışdır. Bu versiyalardan ən sonuncusu AutoCAD 2013 (DW G2013) versiyasıdır.
AutoCAD proqramını aşağıdakı əməliyyat sistemləri dəstəkləyir:
  1. Windows XP
  2.  Mac OS X
  3.  iOS
  4. Android
AutoCad proqramının imkanlarıda xeyli saydadır. Hər bir istifadəçi AutoLİSP dən istifadə edərək, AutoCAD proqramında əlavə sorğu pəncərəsini aça bilər.AutoLİSP - i AutoCAD proqramına qoşmaq üçün NotePaddə proqramı yazıb qurtardıqdan sonra onu .lsp formatında qeydiyyatdan keçirmək lazımdır. Əksi halda AutoCAD AutoLİSP- i tanımayacaq.