Axtarış

17 Ocak 2014 Cuma

TP- LİNK modemlərinə parol qoymaq qaydası - Yazılı

Salam. Əziz oxucular. İnşAllah yaxşısız.

TP-LİNK modeminə parol qoymaq qaydası haqqında olan video materialımızda bəzi qüsurlar vardı. Bu səbəbdən bir çox oxucular başa düşmədilər. Onların istəyi ilə indi sizlərə yazılı şəkildə şəkillərlə yazacam

İlk önce istifadə etdiyiniz brauserə 192.168.1.1 yazın və qarşınıza aşağıdakı kimi səhifə gələcək
burda login və parol yerinə admin yazın. Hər ikisinə eyni sözü yazdıqdan sonra Giriş Yap düyməsini tıklayın...



Qarşınıza gələn səhifədə İnterface Setup menyusuna girin.
Wireless menyusuna daxil olun
Wireless menyusunda aşağıdakı səhifə gələcək. orda olan xanaları aşağıdakı kimi olduğuna əmin olduqdan sonra SSİD xanasına istediyiniz ad qoyursunuz. Pre-Shared Key xanasına isə parol qoyursunuz.


aşağıda olan sehifede SAVE edirsiniz. 
                                  


Bu qədər.

Şəkillər Vurğun Əliyev`ə məxsusdur.
mətnlərdə bəzi düzəlişləri özüm etdim.


Vurğun müəllim təşəkkürlər.
Vurğun Əliyev Facebookda

Təşəkkürlər...


9 Aralık 2013 Pazartesi

Zaqatala Səyahət Klubundan yeni bir layihə

Bu gün biz informasiya texnologiyalarından ve turizmin əlaqələri haqqında bir xəbəri bildirəcəm. Zaqatala Səyahət Klubu (rəsmi veb səhifəsi www.zsk-tc.webs.com ) yeni bir layihəsi əsasında Zaqatala Turizm Radiyosu işə başlayacaq və bu layihə üçün kadrların yetişdirilməsi başlanılmışdır.

Zaqatala Qəzeti, Zaqatala Səyahət Klubu və Zaqatala Turizm Radiosu birlikdə sizləri Radio Kurs`a dəvət edir. Radio Kursda yiyələnəcəiniz biliklər:

  • Radiosujetlərin hazırlanması;
  • Canlı verilişlərin idarə olunması;
  • Radio debatların təşkili;
  • Radio aparıcılıq;
  • Radioda prodüser işi

Kursa qoşulmaq üçün CV`lərinizi Cavid Vahabovun e-poçtuna göndərməyiniz xaiş olunur.


Zaqatala Turizm Radiosunun əsas məqsədi Azərbaycanın, daha doğrusu Zaqatala` nın turizm potensialı, mədəniyyəti və incəsənətini dünyaya tanıtmaq və məşhurlaşdırmaqdır.

Zaqatala Turizm Radiosu aşağıdakı veb səhifələrdə yayımlanacaq.

Zaqatala Turizm Radiosunun veb səhifəsi
Zaqatala Səyahət Klubu
Ünvan :Zaqatala rayonu Mərkəzi Mədəniyyət Evi, Nizami küç, Zaqatala Səyahət Klubu.

Əlaqə: Cavid Vahabov, cvdjvd@rambler.ru

Ətraflı məlumat http://z-tr.blogspot.com/

24 Eylül 2013 Salı

Tim Berners-Lee


Tim Berners Lee kimdir?
Tim Berners-Lee 1955-ci il 8 iyun tarixində anadan olmuşdu. O WWW yaradıcısı hesab olunur.O Veb`in atası hesab olunur və 1989-cu ikldə HTML dilini o inkişaf etdirərək Dünya Səviyyəsində Şəbəkə sistemini qurmuşdurş MİT`in professurudur. Şəbəkə Scaneri proqramını 1990-cı ildə inkişaf etdirmişdir.2004-cü ildə İngiltərə Kraliçası ona Ser titulunu vermişdir. O HTML dilini məşhurlaşdırmaq üçün Con Pool`s İmage kampaniyasında işə düzəldi.