Axtarış

8 Nisan 2014 Salı

Windows 7 -də tərs çevirən panelin düzəltdilməsi

Salam, dostlar
Bəzən istifadəçilərimiz Windows 7-də panel sağda, solda və ya yuxarıda durur, onu necə düzəltmək olar deyə suallar verirlər. Bu yazımızı həmin istifadəçilər üçün düzəltdim.


Məsələn bu yuxarıdakı şəkildəki kimi, panel sol tərəfdə durub. Onu necə düzəltmək olar.

1. İlk öncə Panelin boş yerinə mausun sağ düyməsini klikləyək.


Daha sonra Properties (Cвойства) klik edək.
Gördüyünüz kimi,  panelin sol tərəfdə durmasının səbəbi Taskbar location on screen (Панель задач расположение на экране)-nın Left (слева ) olmasıdır.


Onu dəyişib biz edəcəyik Botton (дно ). və OK klik edək.


Ok düyməsini klik etdikdə. Panelimiz normal olaraq aşağıya dönəcəkdir. Paneli biz ekranın müxtəlif tərəflərində saxlaya bilərik.


Left (слева) - sol
Right (право  ) - sağ
Bottom (дно ) - alt
Top (топ) - üst

Bu dördündən hər hansı birini seçərək, paneli istədiyiniz yerə apara bilərsiniz.

=====================
Yazımızı sona qədər oxuduğunuz üçün təşəkkürlər.
Yazımıza şərh yazmağı, blogumuzun izləyicisi olmağı, və səhifəmizi bəyənməyi unutmayın.\







İnternetdən pul qazanmaq (VII yazı) Şəbəkə Biznesi 1-ci yazı


Salam  dostlar. Uzun zaman idi ki, İnternetdən pul qazanmaq haqqında yazılarımız olmurdu. Bu günə olan son yazımı Şəbəkə Biznesi haqqında olacaq. Yəni sizi , bizi və hamımızı necə aldadırlar ona baxacağıq.

Hər halda metro stansiyalarda, Avtobus dayanacaqlarında iş elanlarına baxırıq.
 Orta və ali təhsilli bəylər və xanımlar işə dəvət olunurlar. Maaş artan və ofis işi
Hər  halda belə elanlar görmüsüz. Fikirləşirik. Ali təhsilim yoxdur. İşçsizəm. Və ofis işi. Bir maraqlanırsız. Verilən nömrəyə zəng etdikdə sizə istənilən iş var deyəcəklər. "YOX" cavabını eşitməniz nə mümkün.

Siz zəng vurduğunuz insan sizi öz ofislərinə dəvət edəcək. Sizdə durub gedəcəksiz. İşlə tanış olmaq adı ilə. Siz gedən kimi, otağa aparacaqlar. Nə baş verdiyini hiss etmədən. Başlayacaq gözəl və səliqəli geyinmiş bəylər və xanımlar gəzməyə ortada və biri oturacaq qabağınızda. Sizinlə telefonda danışan adam. Çünki siz onun Refereri olacaqsız. Siz onun adına yazılacaqsız. Lap yaxşı işi danışacaqlar. Maaşdan söhbət açacaqlar və deyəcəklər filan qədər yatırım et, işçi ol. Sizdə düşünəcəksiz: " Mən az pul verməklə çox pul qazana bilərəm."
Pulu qoyacaqsız və işə başlayacaqsız. Artıq işçisiz.

İndi isə sizə necə sizə fırıldaq gəlirlər onu göstərim.
 Siz zəng vurub soruşsaz, tikinti işi, satış meneceri işi və s. işi deyəcəklər "var və ya yaxında sizinlə əlaqə saxlayacağıq. "
Siz durub gedəndə sizə ünvan verəcəklər. Baxın heç bir Şəbəkə Biznesi ilə məşğul olan şirkət ünvanı metroya yaxın olmur. ya da avtobus dayanacağına. Biraz uzaqda olacaq. Sizə də elə ünvan verəcəklər ki, siz ora çatana qədər yorğun düşəcəksiz. Artıq ora çatanda hal qalmayacaq. 
Onlar bilirlər ki, siz yorğunsuz, səliqəli geyinmiş işçilər ortaya çıxanda yorğun olan işaxtaran gözləri qamaşır. "Məndə belə geyinəcəm???"  .
Artıq ondan pul istəniləndə o pulu istənilən pula fikir verməyəcək və "HƏ" sözü ağızdan çıxan kimi pulu tələb edəcəklər.


ARDI OLACAQ
Blogumuzu izləməyə davam edin. Yazımızın ardı olacaq.


MS Excel 2007 - Excel qrafikləri (Line qrafiki)

Salam dostlar. Bu yazımda sizlərlə Excel qrafikalarından olan Line ilə tanış olacağıq. Excel-də bir neçə növ qrafika vardır. Onlarda biridə Line qrafikasıdır.

Başlayaq Line qrafikasından necə istifadə edirlər görək.

İlk öncə MS Excel 2007 proqramımızı açaq.


Daha sonra Column qrafikasındakı kimi A1, A2, A3, A4 , A5 xanalarını qiymətləndirək (Dolduraq).


Budur. İndi isə İnsert menyusuna daxil olaq.

Daha sonra Line qrafikasını tikalayaq.


İndi isə Line qrafikası adı altında olan qrafikalardan birini seçək. 


Budur qrafikamız artıq hazırıdır. 

===================

Yazımızı sona qədər oxuduğunuz üçün təşəkkür edirik. Qrafikalardan sonra yazılarımız Funksiyalarla davam edəcək.
Blogumuzu izləməyə davam edin.