Axtarış

21 Nisan 2014 Pazartesi

Windows 7-də "Local Disk D:" -ni Start düyməsi kimi etmək

Salam dostlar
Bu yazımda Kompüterin Windows 7 Əməliyyat sistemində alt panelə Local Disk D:-ni necə əlavə etmək olar onun haqqında danışacam.

Başlayaq.
İlk öncə alt panelin boş sahəsinə sağ düyməni klik edirik

orda Toolbars-a daxil oluruq və New Toolbar klik edirik.


New Toolbar -Choose a toolbar pəncərəsindən biz Local Disk (D:) ni seçirik.


Folder: yazısında Local Disk (D:) göründükdə Select Folder klikləyirik


Və alt paneldə göründüyü kimi Local Disk (D:) yazısı gəlir. Qarşısındakı ox işarəsinə klik etdikdə isə D: diksinə giriş edilir. Ancaq D: diski pəncərə kimi açılmır. Start düyməsi kimi açılır.


17 Nisan 2014 Perşembe

Recuva (silinmiş faylların bərpası) + Video

Salam dostlar.

Bu yazımızı Facebook səhifəmizdə izləyicimizin xaişi ilə yazırıq. 
İlk öncə Recuva nə işə yarayır? - Recuva - PriForm şirkətinin istehsalı olan proqramlardan biridir. Proqram vasitəsi ilə Kompüterimizin Korzina (Recycle Bin - Səbət) -sından silinmiş faylları bərpa etmək olar. Aşağıda video şəklinə istifadəsi göstərilmişdir. Proqamı qurarkən dili Türk dili edin. Daha asan olsun.

Videoya baxarkən HD olmasına diqqət yetirin.


Recuva proqramını yükləmək üçün aşağıdakı linkə klikləyin



Təşəkkürlər




15 Nisan 2014 Salı

Kompüterin işçi stolundə iconların qarışması

Salam dostlar
Bu yazımda İşçi stolda iconların qarışmasından söhbət açacam.


Şəkildə görsəndiyi kimi işçi stolda iconlar qarışıb. Standartlığını itirib. Bu zaman çox istifadəçilər format edirlər. Ancaq formatlıq iş yoxdu burda. Sadəcə olaraq, aşağıda verilən yeri işarə etməyiniz yetərli.

İşçi stolun boş sahəsində mausun sağ düyməsini klik edirik. Orda View - Align icons to gird yazısını klik edirik. Şəkildə göründüyü kimi Yazının qabağında işarə var. İşarəni götürsək, iconları hara istəyirsiz qoya biləcəksiz. Hətda 2-3 iconu eyni yerdə də yerləşdirə bilərsiz.


Bu qədər təşəkkür edirik. Yazımızı sona qədər oxuduğunuz üçün