Axtarış

22 Ocak 2014 Çarşamba

Blogcu.com -da blog açmaq

Salam. İndi blogcu.com blog saytında blog açmağı öyrədəcəm. Blog açmaq üçün ilk öncə orda nə yazacağını düşünməli və işini sonunadək getməlisən. blogcu.com saytında ilk əvvəl blog açmaq üçün siz e-mail adresi ilə qeydiyyatdan keçməlisiz. Bunun üçün siz Blogcu.com adresinə daxil olursunuz. Orda yuxarı küncdə giriş/kayıt yazılan yerdə kayıt`ı seçirsiniz. Sonra qarşınıza belə bir səhifə gələcək. Orda siz kullanıcı adınızı, şifrənizi , e-poçtunuzu yazırsınız. Güvənlik kodunu yığırsınız və "KULLANICI SÖZLƏŞMƏSİNİ" oxuyub sonra onu işarə edirsiniz. Bu sizin nə vaxt blogdan block ediləcəyinizi göstərir. Daha sonra aşağıda Blog aç düyməsinə daxil olursunuz.
Siz bundan başqa Facebook ile bağlan düyməsi ilə də qeydiyyatdan keçə bilərsiniz.

daha sonra qarşımıza blogunuzun idarə etmə sistemi gəlir. Bir şeyidə unutmayaq, verəcəyiniz Kullanıcı adına diqqət yetirin. O sizin blogunuzun ünvanı olacaq. Məsələn deyək ki, adı qoyduz həyat , blogunuz həyat.blogcu.com kimi olacaq.
Qeydiyyatdan keçdikdən sonra siz Ayarlar menyusuna daxil olaraq, blogunuzun görüntüsünü yarada bilərsiniz. Əgər sizin Veb Dizayn proqramlarından başınız çıxırsa siz öz blog şablonunuzu yarada bilərsiniz. Bunun üçün siz Şablon seç/düzenle menyusuna daxil ola bilərsizin. Statistikanı yoxlamaq üçün İstatistik bölümünə daxil olun. Blogda kateqoriyalar yaratmaq üçün Kateqoriyalar bölümünə daxil olun.


Əziz oxucular əlavə suallarınız olarsa buyurun şərh bölümünə daxil olaraq yaza bilərsiniz. Yaxın günlərdə bütün blog servisləri göstərən saytlarda blog açmağı yazacam



Hiç yorum yok: