Salam dostlar, bu gun AutoSum funksiyası haqqında danışacam.
Başlayaq
MS Excel 2007-i proqramını açırıq.
Daha sonra ilk A1, A2,A3, A4, A5, A6, A7, A8, A9 xanalarını istədiyimiz rəqəmlərlə doldururuq. Siz istədiyiniz qədər edə bilərsiz. Mən rahat olsun deye 9 xana seçdim.
Gördüyümüz kimi doldurduq. İndi isə A1-dən A10 xanasına qədər xanaları işarələyək. Əlbətdəki A10 xanasına heçnə yazmırsız.
Daha sonra Home menyusunun alt menyusu olan Editing menyusunda yerləşən AutoSum funksiyasını tıklayırıq.
Gördüyümüz kimi A10 xanasında A1 xanasından A9 xanasına qədər olan xanalarda yazılmış rəqəmlərin cəmi yazıldı.
AutoSum funksiyası ilə autocəmləmə aparılır. Baxın əgər siz A1 xanasından A24 və ya A55 xanasına qədər doldursanız və onların cəmini hesablamaq üçün sizin azı 10 dəqiqənizi aparacaq. Ancaq AutoSum funksiyası ilə sadəcə 1 saniyəniz gedəcək.
Bundan başqa AutoSum-da yerləşən Average ilə ortaq qiyməti tapa bilərik.
Count Numbers - neçə xana doldurulduğunu göstərir.
Max - Ən böyük rəqəmi göstərir.
Min - Ən kiçin rəqəmi göstərir.
Hiç yorum yok:
Yorum Gönder