Axtarış

şərh etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
şərh etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

21 Ocak 2014 Salı

Blog yazarlarının səhvləri və nəticələr

Salam. Bu dəfəki yazım bloggerlərin səhvləri haqqındadır. Blog yazarlarının səvləri nələrdir və onun nəticələri nədir?

İlk öncə gələk blog yazarının səhvləri nələrdir. blogger blogda yazı yazır və başqa bir sayta, bloga keçid verərkən, qazanc məqsədi ilə əlavə link qoyur. 5-6 saniyə o saytdakı reklam gəlir sonra "SKİP" düyməsini basaraq lazım olan sayta keçirsen. və bu zaman vaxt itkisi yaranır.
Bloggerlər keçid saytların linklərini uzadırlar. bu isə istifadəçidə bu blog haqqında mənfi fikirlər formalaşdırır.
Nəticə olaraq isə istifadəçi saytın yüklənməsini gözləməyərək saytdan çıxır.  Bu onların başqa bloggerlərə də mənfi baxmasına gətirib çıxardır.

Bloggerlər əlavə keçid saytlarının sayını azaltsalar, linkləri qısaltsalar, bloglarda əlavə reklam yerlərinin saylarını azaldaraq istifadəçilərin müsbət fikirlərini qazanarlar bu ona daha çox xeyir verər.

Bu arada istifadəçilərində bəzi səhvləri vardır. İnternetdə axtarış zamanı qarşımıza çıxan saytlara giririk.. Yararlı məlumat aldıqdan sonra yorum, şərh yazmadan ayrılırıq. Bunun nəticəsidə görərik ki, bloglar, saytlar bağlandı. Bunun nətisi nədir? - Blog yazarı istəyir ki, oxucunun tələbatı nəyədi. İstifadəçi saytda istədiyini yazmayıb çıxanda blogger oxucusunun istəyini bilmir və məcbur olur bir müddət sonra həmin blogu tərk edir.

İstifadəçilərdən hər bir blogger həmişə şərh gözləyir. Özüdəki şərhlər "hə əladı" ,"gözəl" və s. kimi şablon sözlər yox. Şərhlər bloggerdən nəsə tələb etməlidir ki, blogger işinə məsuliyyətli olsun. Yalan məlumat yazmasın.

Bu qədər istifadəçilərə və bloggerlərə olan iradlarım çoxdur. Vaxt tapdıqca hamısını yazaram...

Sağolun. Blogumuzu izləməyə davam edin. Şərhlərinizi gözləyirəm.

8 Nisan 2013 Pazartesi

Saytlar - Şərh


Hər bir sayt üçün şərh yazılması önəmli bir amildir və saytlar buna çox önəm verirlər. Düşüncəli, Özünü bilən və məqsədli istifadəçilər sayta daxil olur və burda məqaləni oxuduqdan sonra istifadəçinin o məqalə haqqındaki rəyinə baxır. Buda səbəbsiz deyil. Çünki, İstifadəçi məqalənin başqalarının gözündə hansı rəyi yaradıb deyə maraqlanır.

Bəs Azərbaycan saytlarında rəylər necədir?
Maraqlı bir məqalə rəyi:
Çox təşəkkür edirəm
Doğrudur istifadəçiyə sizin təşəkkürünüz lazımdır.Ancaq bundan çox o məqaləyə olan rəyiniz necədir? Həmin rəyə əsaslanaraq istifadəçi daha dolğun və keyfiyyətli məqalə yazmağa cəd edir.

Xarici ölkələrin saytlarında məqaləyə olan rəylər əsasən daha mükkəməl və mövzuya aid olur. Mövzudan yeni bir mövzu yaradılır və u da istifadəçini yeni və mükkəməl məqalə yazmağa sövq edir.

Son zamanlar bloggerlərin,Blog yazarlarının blogları tərketməsinin əsas səbəbi şərh azlığı və ya mənasız şərhlərdir.
Blog və sayt adminlərinin də səhvləri var bəzi yerlərdə. Yazılan şərhləri gözləmə rejiminə salır. Bu da istifadəçini saytdan uzaqlaşdırır. İstifadəçi əgər pis rəy veribsə onu yayıma buraxmır və yaxşı rəy veribsə onu yayıma buraxır. Ancaq belə olmamalıdır. Adminlərin istifadəçilərin o sayta yenidən qayıtması üçün rəyləri açıq etməlidir. Ancaq rəylərdə söyüş və ibrətamiz sözləri işlətməyə icazə verilməməlidir. Bunu da yaddan çıxarmayaq.