Axtarış

30 Mart 2014 Pazar

MS Excel 2007 - Microsoft Office düyməsi ilə tanışlıq və (Şəkilli izah)


Növbəti bir Excel 2007-dərsimizdə xoş gördük. Bu dərsdə biz Microsoft Office Excel 2007 proqramında Microsoft Office düyməsi ilə tanış olacağıq.


Microsoft Office düyməsi harda yerləşir. Microsoft Office Excel 2007 proqramında Microsoft Excel düyməsi İşçi Kitabın yuxarı hissəsində, Menu Bar-ın yanında yerləşir. 

Həmin Microsoft Office düyməsi aşağıdakı hissələrdən ibarətdir.
1. (New)Yeni (Ctrl+N) - Bu düymə vasitəsi ilə yeni bir işçi kitabı yaradılır.
2.  (Open) Aç (Ctrl+0) - Bu düymə vasitəsi ilə kompüterinizdə olan (yaddaşa verilmiş) excel kitabları açılır.
3. (Save)Yadda Saxla (Ctrl+S) - Bu düymə ilə Excel kitabı düzəliş edilərək kompürerin yaddaşına verilir.
4. (Save as)Yadda Saxla (Ctrl+S) - Bu düymə vasitəsi ilə Excel kitabı ilk dəfə kompüterin yaddaşında saxlanılır.  və bir neçə hissədən ibarətdir.
5. (Print)Çap et (Ctrl+P) - Hazırlanmış Excel kitabını çap etdirmək üçün istifadə edilir
6. (PrePare)Hazırlamaq () - Excel kitabına parol qoymaq ,imza qoymaq və s. kimi əmrlərdə istifadə edilir.
7. (Send)Göndər () - hazırlanmış Excel kitabını başqa bir istifadəçiyə göndərmək üçün istifadə edilir.
8. (Exit) Çıxış () - Proqramdan çıxmaq üçün istifadə edilir.

Qeyd: Bəzi MS Excel proqramlarında Microsoft Office düyməsində yerləşən əmrlərin sayı çox ola bilər. Əgər fərgli bir əmr düyməsi varsa, şərhlərdə yazıb soruşa bilərlər.


Növbəti yazılarımızda Home (Giriş) Menyusu ilə tanış olacağıq.



Hörmətli İstifadəçilər
Məqalələri oxuduqdan sonra şərh yazmağı unutmayın.
Məqalələri əgər bəyəndizsə o zaman sosial şəbəkələrdən isitfadə edərək paylaşın.








Hiç yorum yok: