Salam Dostlar, Bu gün ki, yazımız Kompüterlərin Ekran kartı və ya Video kartı haqqındadır. Video kart nə işə baxır bəs? - Cavab, Video kart, məlumatı kompüterin monitoruna verir, məlumatın oxunmasına təşkil edir. Video Kartın keyfiyyəti onun parametrlərindən asılıdır.Video kartlar 4 hissədən ibarətdir:
- Qrafik həll prosessoru
- Qrafik RAM-ı
- Bağlayıcılar
- Soyuducular
Ekran kartlarının kompüterin öz yaddaşından başqa öz sürətli yaddaşlarıda vardır. Ekran kartları 3D səhnələrin , 2D qrafik oxuma qabiliyyəti, Multi monitora qosumaq kimi funksiyaları vardır. Müasir dövrdə ekran kartlarının 2 ən məşhur istehsalçısı vardır. Nvidia və AMD şirkətləridir. Ekran kartlarının yaddaş tutumu 125 MB-dan 8 GB-a qədər dəyişir. Müasir kompüterlərdə ən güclü Ekran kartı Nvidia istehsalı olan QUADRO K6000 modelidir.
İndi isə baxaq biz kompüterimizin Ekran kartının parametrlərinə. Bəzən istifadəçilər sual verirlər biz Ekran kartı haqqında məlumatı hardan alaq. Bunun üçün aşağıdakıları yerinə yetirin.
Windows+R yazıb RUN`u çağırırıq. RUN gələndə biz ora dxdiag yazıb OK klikləyirik.
Qarşımıza aşağıdakı kimi səhifə çıxır.
Gələn bu səhifədə Display`a daxil oluruq
Budur, kompüterimizin Ekran kartı haqqında informasiyalar.
Sağolun yazımızı oxuduğunuz üçün.
Bütün oxucularımızdan izləyicilər siyahısına qoşulmağa dəvət edirəm.
3 yorum:
Salam . Video kartanın özü prosessorda olurda hə . Onu dəyişib güclüsübü qoymaq olar ya prosessoru dəyişmək lazımdı ?? . Komputerim təmiz donur
Salam . Video kartanın özü prosessorda olurda hə . Onu dəyişib güclüsübü qoymaq olar ya prosessoru dəyişmək lazımdı ?? . Komputerim təmiz donur
Salam video kartı kompüterə necə qoşmaq lazımdır
Yorum Gönder