Axtarış

8 Nisan 2013 Pazartesi

Saytlar - Şərh


Hər bir sayt üçün şərh yazılması önəmli bir amildir və saytlar buna çox önəm verirlər. Düşüncəli, Özünü bilən və məqsədli istifadəçilər sayta daxil olur və burda məqaləni oxuduqdan sonra istifadəçinin o məqalə haqqındaki rəyinə baxır. Buda səbəbsiz deyil. Çünki, İstifadəçi məqalənin başqalarının gözündə hansı rəyi yaradıb deyə maraqlanır.

Bəs Azərbaycan saytlarında rəylər necədir?
Maraqlı bir məqalə rəyi:
Çox təşəkkür edirəm
Doğrudur istifadəçiyə sizin təşəkkürünüz lazımdır.Ancaq bundan çox o məqaləyə olan rəyiniz necədir? Həmin rəyə əsaslanaraq istifadəçi daha dolğun və keyfiyyətli məqalə yazmağa cəd edir.

Xarici ölkələrin saytlarında məqaləyə olan rəylər əsasən daha mükkəməl və mövzuya aid olur. Mövzudan yeni bir mövzu yaradılır və u da istifadəçini yeni və mükkəməl məqalə yazmağa sövq edir.

Son zamanlar bloggerlərin,Blog yazarlarının blogları tərketməsinin əsas səbəbi şərh azlığı və ya mənasız şərhlərdir.
Blog və sayt adminlərinin də səhvləri var bəzi yerlərdə. Yazılan şərhləri gözləmə rejiminə salır. Bu da istifadəçini saytdan uzaqlaşdırır. İstifadəçi əgər pis rəy veribsə onu yayıma buraxmır və yaxşı rəy veribsə onu yayıma buraxır. Ancaq belə olmamalıdır. Adminlərin istifadəçilərin o sayta yenidən qayıtması üçün rəyləri açıq etməlidir. Ancaq rəylərdə söyüş və ibrətamiz sözləri işlətməyə icazə verilməməlidir. Bunu da yaddan çıxarmayaq.
 

Windows NT- nəsilləri


Kompyuterlərin əməliyyat sistemləri arasında son zamanlar, daha doğrusu XXI əsrdə məşhur olan Windows NT əməliyyat sisteminin nəsilləri haqqında danışacam.
Bu məqaləni qısa yazacam. Nəsillərin üzvlərini və yaranma tarixini yazacam. Daha sonra hər birini ətraflı olaraq sizə yazacam.Windows NT üzvləri:
1.Windows NT 3.1 - 1993
2. Windows NT3.5 - 1994
3.Windows NT 3.51 - 1995
4.Windows NT 4.0 - 1996
5.Windows 2000 - 2000 (Windows NT 5.0)
6.Windows XP - 2001 (Windows NT 5.1)
7.Windows XP 64-bit Edition - 2006 (Windows NT 5.2)
8.Windows Server 2003 - 2003 (Windows NT 5.2)
9.Windows Vista - 2006 -(Windows NT 6.0)
10.Windows Home Server  - 2007 (Windows NT 5.2)
11.Windows Server 2008  - 2008 (Windows NT 6.0)
12.Windows Small Business Server  - 2008 (Windows NT 6.0)
13.Windows 7 - 2009  (Windows NT 6.1 )
14.Windows Server 2008 R2  - 2009 (Windows NT 6.1)

7 Nisan 2013 Pazar

Windows XP - Əməliyyat Sistemi


Microsoftun kompyuterlərin və noutbuklar üçün yaratmış olduğu bir 34-bit və 64 bitlik əməliyyat sistemi. Windows XP,Windows 2000 və  Windows ME əməliyyat sistemlərinin varisidir.  Bu əməliyyat sisteminin yaddaşı 256 MBayt,Prosessorun tezliyi 600 MHS –dən aşağı olmamalıdır. Əməliyyat sistemi əsasən zəif kompyuterlərdə işləyir və yüklənir.
Windows XP –də minium yaddaş (RAM) 64 Mbayt-dan,disk yaddaşı 1 Qbat –dan az olmamalıdır. RAM-ın 128 Mbayt-dan çox olması tövsiyə olunandır. Windows XP əməliyyat sisteminin bir neçə növü daha var:
  1. Windows XP Professional Edition
  2. Windows XP Home Edition
  3. Windows XP Tablet PC Edition
  4. Windows XP Media Center Edition
  5. Windows XP Embedded
  6. Windows Embedded  for Point of Service
  7. Windows XP Professional x64 Edition
  8. Windows XP 64-bit Edition
  9. Windows XP Edition N
  10. Windows XP Strater Edition
Microsoft tez-tez Windows XP kömək edəcək Service Packslar yaradır . Onların yaradılma ardıcıllığı:
Services Packs 1 geniş imkanlı sistem olaraq 9 sentyabr 2002-ci ildə yaradıldı.
Services Packs 2 daha geniş imkanları və Wi-Fi əlavə olunaraq 6 avqust 2004 tarixində yaradıldı.
Services Packs 3 Services Packsın daha geniş imkanlısı olaraq 2007-ci ildə yaradıldı.