Axtarış

6 Mayıs 2014 Salı

İnternetdən pul qazanmaq (X Yazı) - Google Adsense ödəmələri

Salam dostlar

Bu yazımızda Google Adsense-də üzvlər üçün ən maraqlı hissəsi, pulun bizə necə çatmasını izah edəcəm.

Başlayaq
Deyək ki, Google Adsense hesabınız var, Blogunuzda və ya saytınızda bu reklamları yerləşdirmisiz və Adsense qaydalarına tam riayət edirsiz. Sual yaranacaq, bəs mənə bu pullar necə çatacaq və mən onu necə götürəcəm.

Adsense sizə pulu 2 yolla göndərə bilir. Bu sizin istəyinizə bağlıdır.
Birinci Yol - Hesabı açan zaman Adsense sizdən, Ölkə, rayon, şəhər (kənd), Poçt indeksini və ünvan soruşur. Bu boşuna deyildir. Sizə kargo vasitəsi ilə təxmini 10 -20 USD arası çıxarışla sizin yaşadığınız ünvana göndərir. və yalnız siz imzanızı atdıqdan sonra pulu götürürsüz. Ya evdəkilər, ya valideynlərinizin bu pulu götürməyə hüququ yoxdur və poçt şöbəsi onların götürməsinə icazə verməyəcək. Kargo vasitəsi ilə ünvanınıza Çek göndərilir və gedib Bank-dan pulu çıxara bilərsiz.
İkinci yol - Bank yolu ilə - Qeydiyyatdan sonra siz ödəmələri necə alacaqsız onu qeyd edərək, açdığınız bank hesabının kodunu yazırsınız və heç bir ödəmə edilmədən pulunuz Bank hesabınıza yatırılır və siz gedib Bankdan pulu götürürsüz.

Pulun ödənilməsi əsasən ayın ortalarında olur və Azərbaycana, sizə pul təxmini 7-20 gün arası çatar. Minium ödəniş məbləği səhv eləmirəmsə, 100 USD olmalıdır. 100 USD bitdikdən sonra siz pulunuzun ödənilməsini istəyə bilərsiz.

Əlavə suallarınız yaranarsa, şərhlərdə və ya Facebook səhifəmizdə verə bilərsiz.

Yazımızı sona qədər oxuduğunuz üçün təşəkkürlər

5 Mayıs 2014 Pazartesi

MS PowerPoint 2007-də musiqi əlavə etmək (Bütün slaydlara tək musiqi) - Şəkilli İzah

Salam dostlar 
Bu yazımızda MS PowerPoint 2007-də slaydlara musiqi əlavə etməkdən danışacam.

İlk öncə Proqramımızı açırıq.


Bir neçə slayd yaradırıq və İnsert menyusuna keçirik.


İnsert menyusundan Sound-a gəlib Sound from File-dən muqimizi seçirik.


Musiqini seçdikdə slaydımızın ortasında belə işarə gələcək, 2 dəfə klikləyək və Options menyusuna keçirik


Daha sonra Automatically olan yerdən Play across slides seçirik.


Hazırdı. Slaydımızı çalışdıraq mahnı slayd-videonun müddəti boyunca davam edəcək. Ancaq mahnının vaxtı bitdikdən sonra dayanacaq.

Təşəkkürlər sona qədər oxuduğunuz üçün. Bütün proqramlardan nə probleminiz varsa yazın bizə kömək edək. Bildiyimiz qədər. 







4 Mayıs 2014 Pazar

İnternetdən pul qazanmaq (IX Yazı) - Google Adsense üzvlüyünüzün Ban edilməsi

Salam Dostlar 

Bu yazımızda Google Adsense üzvlüyümüz nə vaxt sonlana bilər onu yazacağıq.

Google Adsense üzvlüyümüz Adsense qaydaları pozulduğu an ləğv edilir. Adsense-yə üzv olan bir istifadəçi hər saniyə izlənilir. Qayda pozulduğu an ya xəbərdarlıq göndərir ya da hesabı bağlayır.
Adsense qaydaları haqqında əvvəlki yazımızda danışmışdıq. Oxumaq üçün bura klikləyin.

Bu yazımızda isə o qaydaları qısa şəkildə konspektləşdirəcəyik.
1.  Reklam qutularının səhv yerləşdirilməsi
2. Ziyarətçiləri aldadan reklam qutuları
3. Məcburi klikləmə
4. Porno vide və porno ilə bağlı məqalə
5. Kopiya material
6. Müəlliflik hüquqlarının pozulması
7. Hit sayısının az olması
8. iki və daha çox Adsense hesabınız olduğu aşkarlanarsa
9. Öz reklam qutularınızı klikləsəniz
10. Adsense reklam qutularının yerlərinin tez-tez dəyişdirilməsi
11. İframe, pop-up və s. bu kimi ziyarətçi artıran proqramlara qoşulma
12. Spam tapıması və s.
Bu yuxarıdakı hallar aşkarlanarsa sizin Adsense hesabınız 2 yolla bağlanacaq.
1. Xəbərdarlıqla bağlamaq - Bu zaman sizə xəbərdarlıq göndəriləcək.Əgər xəbərdarlığa məhəl qoymasanız bağlanacaq hesabınız
2. Xərəbdarlıq olunmadan bağlanma - Bu zaman hesabınız xəbərdarlıqsız bağlanacaq.

Əgər sizin hesabınızda pul varsa, o pullar gedecek. Adsense ilə zarafat olmaz. Çalışın Adsense ilə öz qanunları ilə oynayın. Əmin olun ki, bu zaman qazanan siz olacaqsınız.

Növbəti yazılarda görüşənədək