Salam dostlar
Bu yazımızda Google Adsense-də üzvlər üçün ən maraqlı hissəsi, pulun bizə necə çatmasını izah edəcəm.
Başlayaq
Deyək ki, Google Adsense hesabınız var, Blogunuzda və ya saytınızda bu reklamları yerləşdirmisiz və Adsense qaydalarına tam riayət edirsiz. Sual yaranacaq, bəs mənə bu pullar necə çatacaq və mən onu necə götürəcəm.
Adsense sizə pulu 2 yolla göndərə bilir. Bu sizin istəyinizə bağlıdır.
Birinci Yol - Hesabı açan zaman Adsense sizdən, Ölkə, rayon, şəhər (kənd), Poçt indeksini və ünvan soruşur. Bu boşuna deyildir. Sizə kargo vasitəsi ilə təxmini 10 -20 USD arası çıxarışla sizin yaşadığınız ünvana göndərir. və yalnız siz imzanızı atdıqdan sonra pulu götürürsüz. Ya evdəkilər, ya valideynlərinizin bu pulu götürməyə hüququ yoxdur və poçt şöbəsi onların götürməsinə icazə verməyəcək. Kargo vasitəsi ilə ünvanınıza Çek göndərilir və gedib Bank-dan pulu çıxara bilərsiz.
İkinci yol - Bank yolu ilə - Qeydiyyatdan sonra siz ödəmələri necə alacaqsız onu qeyd edərək, açdığınız bank hesabının kodunu yazırsınız və heç bir ödəmə edilmədən pulunuz Bank hesabınıza yatırılır və siz gedib Bankdan pulu götürürsüz.
Pulun ödənilməsi əsasən ayın ortalarında olur və Azərbaycana, sizə pul təxmini 7-20 gün arası çatar. Minium ödəniş məbləği səhv eləmirəmsə, 100 USD olmalıdır. 100 USD bitdikdən sonra siz pulunuzun ödənilməsini istəyə bilərsiz.
Əlavə suallarınız yaranarsa, şərhlərdə və ya Facebook səhifəmizdə verə bilərsiz.
Yazımızı sona qədər oxuduğunuz üçün təşəkkürlər
Hiç yorum yok:
Yorum Gönder