Axtarış

8 Mayıs 2014 Perşembe

Windows 7 0xc0000005 Xətası (Çıxış yolu - 1)

Salam dostlar
Windows 7 ƏS-ində ən çox rastlaşdığımız bir xətadan danışacam. 0xc0000005 xətası. Güncəlləmə xətasıdır bu. Müxtəlif səbəblərdən yarana bilər. 

"Bu uygulama düzgün başlatılmadı" kimi mesaj ilə qarşımıza çıxır. Xəta yarandıqda kompüter bütün Əmrləri rədd edir. İnternete girişi bağlayır. 

Bu xətanı aradan qaldırmağın yollarından biri haqqında danışacam.

İlk öncə Control Panel-ə daxil oluruq. 


Daha sonra Uninstall a program-a daxil oluruq.


Daha sonra View installed updates klik edirik.

Daha sonra daxil olduğumuz səhifədə KB 2859537 faylını tapırıq və onu silirik. Daha sonra Restart veririk kompüterə. Açıldığı zaman bu xəta gəlməyəcək. Bir daha bu xəta gəlməməsi üçün KB2859537 faylını update etmeyin.

Əgər sizin kompüterinizdə bu fayl yoxdursa şərhdə yaza bilərsiz.




6 Mayıs 2014 Salı

İnternetdən pul qazanmaq (X Yazı) - Google Adsense ödəmələri

Salam dostlar

Bu yazımızda Google Adsense-də üzvlər üçün ən maraqlı hissəsi, pulun bizə necə çatmasını izah edəcəm.

Başlayaq
Deyək ki, Google Adsense hesabınız var, Blogunuzda və ya saytınızda bu reklamları yerləşdirmisiz və Adsense qaydalarına tam riayət edirsiz. Sual yaranacaq, bəs mənə bu pullar necə çatacaq və mən onu necə götürəcəm.

Adsense sizə pulu 2 yolla göndərə bilir. Bu sizin istəyinizə bağlıdır.
Birinci Yol - Hesabı açan zaman Adsense sizdən, Ölkə, rayon, şəhər (kənd), Poçt indeksini və ünvan soruşur. Bu boşuna deyildir. Sizə kargo vasitəsi ilə təxmini 10 -20 USD arası çıxarışla sizin yaşadığınız ünvana göndərir. və yalnız siz imzanızı atdıqdan sonra pulu götürürsüz. Ya evdəkilər, ya valideynlərinizin bu pulu götürməyə hüququ yoxdur və poçt şöbəsi onların götürməsinə icazə verməyəcək. Kargo vasitəsi ilə ünvanınıza Çek göndərilir və gedib Bank-dan pulu çıxara bilərsiz.
İkinci yol - Bank yolu ilə - Qeydiyyatdan sonra siz ödəmələri necə alacaqsız onu qeyd edərək, açdığınız bank hesabının kodunu yazırsınız və heç bir ödəmə edilmədən pulunuz Bank hesabınıza yatırılır və siz gedib Bankdan pulu götürürsüz.

Pulun ödənilməsi əsasən ayın ortalarında olur və Azərbaycana, sizə pul təxmini 7-20 gün arası çatar. Minium ödəniş məbləği səhv eləmirəmsə, 100 USD olmalıdır. 100 USD bitdikdən sonra siz pulunuzun ödənilməsini istəyə bilərsiz.

Əlavə suallarınız yaranarsa, şərhlərdə və ya Facebook səhifəmizdə verə bilərsiz.

Yazımızı sona qədər oxuduğunuz üçün təşəkkürlər

5 Mayıs 2014 Pazartesi

MS PowerPoint 2007-də musiqi əlavə etmək (Bütün slaydlara tək musiqi) - Şəkilli İzah

Salam dostlar 
Bu yazımızda MS PowerPoint 2007-də slaydlara musiqi əlavə etməkdən danışacam.

İlk öncə Proqramımızı açırıq.


Bir neçə slayd yaradırıq və İnsert menyusuna keçirik.


İnsert menyusundan Sound-a gəlib Sound from File-dən muqimizi seçirik.


Musiqini seçdikdə slaydımızın ortasında belə işarə gələcək, 2 dəfə klikləyək və Options menyusuna keçirik


Daha sonra Automatically olan yerdən Play across slides seçirik.


Hazırdı. Slaydımızı çalışdıraq mahnı slayd-videonun müddəti boyunca davam edəcək. Ancaq mahnının vaxtı bitdikdən sonra dayanacaq.

Təşəkkürlər sona qədər oxuduğunuz üçün. Bütün proqramlardan nə probleminiz varsa yazın bizə kömək edək. Bildiyimiz qədər.